Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-117/2023 13.01.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə ƏRİZƏÇİ: Ərizəçi MARAQLİ TƏRƏF: Maraqlı şəxs Ölüm faktının müəyyən edilməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1942-ci il təvəllüdlü X2 xx.xx.2022-ci ildə Şabran rayonunda vəfat olunması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X1 arvadı olmuşdur. Anası xx.xx.2022ci ildə Şabran rayonunda vəfat etmiş və Şabran rayon Uzunboyad kənd qəbiristanlığında dəfn edilmişdir. Vəfat edərkən təcili tibbi yardım çağırılmış, xəbərdarlıq vərəqəsi yazılmış, lakin ölməsi haqqında tibbi arayış alınmamışdır. Hazırda vərəsəlik məsələlərinin həlli üçün ölüm haqqında şəhadətnamə almaqdan ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilə bilməz, bu barədə məhkəməyə müraciət edilməlidir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmişdir. Xahiş edir, xx.xx.1942-ci il təvəllüdlü X2 xx.xx.2022-ci ildə Şabran rayonunda vəfat olunması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılsın. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. İş üzrə maraqlı tərəf Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı tərəfin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işdə olan sənədləri apaşdırıb hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X7 və X6 ayrı-ayrılıqda bildirdilər ki, həqiqətən də Ərizəçi həyat yoldaşı X5 xx.xx.2022-ci ildə Şabran rayonu Uzunboyad kəndində vəfat etmiş və kənd qəbiristanlığında dəfn edilmişdir. İşə əlavə edilmiş V-JQ seriyalı 278516 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X5 24 mart 1978-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İşə əlavə edilmiş 01 avqust 2022-ci il tarixli 2761 saylı Təcili və X4 Statisiyası xəbərdarlıq Vərəqəsindən görünür ki, xəstə xx.xx.1942-ci il təvəllüdlü X5 xx.xx.2022-ci ildə ürək çatışmamazlığından vəfat etmişdir. İşə əlavə edilmiş Şabran rayon Uzunboyad İƏD-si üzrə Nümayəndəsi tərəfindən verilmiş 28 oktyabr 2022-ci il tarixli 385 saylı arayışdan görünür ki, Əliyev X3 rayonu Uzunboyad kəndində yaşayır. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən 25 oktyabr 2022-ci il tarixli 63 saylı məktubdan görnür ki, ölüm haqqında tibbi şəhadənamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İşə əlavə edilmiş qəbr daşının foto şəkilindən görünür ki, xx.xx.1942-ci il təvəllüdlü X5 xx.xx.2022-ci ildə vəfat etmişdir. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, həqiqətən də X5 xx.xx.2022-ci ildə Şabran rayonunda vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1. maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Müəyyən edilmişdir ki, Ərizəçi arvadı X2 ölümü haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Azərbaycan Respublikası MPM-nin 311. maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1942-ci il təvəllüdlü X2 xx.xx.2022-ci ildə Şabran rayonunda vəfat etməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1942-ci il təvəllüdlü X2 xx.xx.2022-ci ildə Şabran rayonunda vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi ölümün qeydə alınması üçün qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Çingiz İsgəndərov.
Məhkəmə qərarları › İş №2(031)-117/2023
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-117/2023
13.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver