Məhkəmə qərarları › İş №2(031)-117/2025

Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-117/2025

13.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-117/2025 13.05.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı1, İddiaçı2, İddiaçı X4, İddiaçı1 vəkili və nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi X8 iştirakları ilə, İddiaçılar İddiaçı1, X4, X2 və İddiaçı2 Cavabdeh qarşı "torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahələrinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılması və vurulmuş zərərin ödənilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, X4, X2 və İddiaçı2 məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, iş üzrə Cavabdeh onlara məxsus torpaq sahəsində qeyri-qanuni inşa etdiyi qeyri-yaşayış sahəsinin onun hesabına sökülməsi, boşaldılması barədə, vəkil xidmətinə görə ödənilmiş 350 manat və dövlət rüsumuna görə ödənilmiş 156 manatın cavabdehdən tutulub ona verilməsi barədə qətnamə və əməlində Azərbaycan Respublikkası CM-nin 188-ci maddəsinin tərkib əlaməti olduğuna görə barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. X3 və X6 ərizə ilə məhkməyə müraciət edərək Azərbaycan Respublikası MPM-nin 57-ci maddəsinə əsasən onları iddiaçılar tərəfindən müstəqil iddia irəli sürən 3-cü şəxslər kimi işə cəlb edilməyləri barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmənin X1 və X6 müstəqil tələb irəli surən 3-cü şəxs qismində cəlb edilmələrini qərara alınmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddianın dəqiqləşməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə Cavabdeh bizə məxsus 80A sahəsi 7645,37 kv/m torpaq sahəsində qeyri-qanuni inşaa etdiyi qeyri-yaşayış sahəsinin onun hesabına sökülməsi, boşaldılması, əldən çıxmış faydaya görə 10 ilə görə 24000 manat pulun, vəkil xidmətinə görə ödənilmiş 350 manat və dövlət rüsumuna görə ödənilmiş 156 manatın Cavabdeh tutulub mənə verilməsi barədə qətnamə çıxarılmasını və əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188- ci maddəsinin tərkib əlaməti olduğuna görə barəsində xüsusi qərardad çıxarılaraq hüquqi qiymət verilməsi üçün müvafiq orqana göndərilməsini xahiş etmişdir. İş üzrə iddiaçılar İddiaçı1, X6, X5 və İddiaçı2 və Cavabdeh nümayəndəsi X10 məhkəməyə barışıq sazişi təqdim etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X6 barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 vəkili və nümayəndəsi Vəkil barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, barışıq sazişi təsdiq olunmalı və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan iddiaçılar İddiaçı1, X6, X5 və İddiaçı2 və Cavabdeh nümayəndəsi X10 arasında bağlanmış xx.xx.2025-ci il tarixdə barışıq sazişindən görünür ki, 1) İş üzrə Cavabdeh özünün mülkiyyətində olan torpaq sahəsində iddiaçılara məxsus torpaq sahəsinin sərhədində ərazidən 5,5 sot torpaq sahəsinin bağışlamağı öhdəsinə götürür. 2) İş üzrə iddiaçılar yuxarıda adları qeyd edilən şəxslər ümumi paylı birgə mülkiyyətdə olan torpaq sahəsinin 3 sotunu Cavabdeh bağışlamasını öhdəsinə götürürlər. 3)Tərəflər arasında bağlanmış barışıq sazişinə görə Notariat orqanında bütün çəkiləcək xərcləri Cavabdeh üzərinə götürür. 4) Notariat orqanında əməliyyatlar başa çatdıqdan sonra torpağa texniki sənədlərin çıxarışın alınması və digər əməliyyatların aparılmasına görə çəkilən xərcləri tərəflər öz üzərinə götürür. 5) Cavabdeh iddiaçılar tərəfindən çəkilmiş 2800 manat məbləğində pulu iddiaçılara iki ay müddətinə qədər ödəməyi üzərinə götürür. 6) Barışıq sazişi qanuni qüvvəsini aldıqdan sonra bir ay müddətində tərəflər torpaq sahəsinə görə gəldikləri razılığı həyata keçirməlidirlər. Tərəflər barışıq sazişini öz imzaları ilə təsdiq etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-ci maddəsinə əsasən Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.3 -264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, X4, X2 və İddiaçı2 Cavabdeh qarşı "torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahələrinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılması və vurulmuş zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. X5 və İddiaçı2 və Cavabdeh nümayəndəsi X10 arasında bağlanmış xx.xx.2025-ci il tarixdə barışıq barışıq sazişi təsdiq edilsin. 1) İş üzrə Cavabdeh özünün mülkiyyətində olan torpaq sahəsində iddiaçılara məxsus torpaq sahəsinin sərhədində ərazidən 5,5 sot torpaq sahəsinin bağışlamağı öhdəsinə götürür. 2) İş üzrə iddiaçılar yuxarıda adları qeyd edilən şəxslər ümumi paylı birgə mülkiyyətdə olan torpaq sahəsinin 3 sotunu Cavabdeh bağışlamasını öhdəsinə götürürlər. 3)Tərəflər arasında bağlanmış barışıq sazişinə görə Notariat orqanında bütün çəkiləcək xərcləri Cavabdeh üzərinə götürür. 4) Notariat orqanında əməliyyatlar başa çatdıqdan sonra torpağa texniki sənədlərin çıxarışın alınması və digər əməliyyatların aparılmasına görə çəkilən xərcləri tərəflər öz üzərinə götürür. 5) Cavabdeh iddiaçılar tərəfindən çəkilmiş 2800 manat məbləğində pulu iddiaçılara iki ay müddətinə qədər ödəməyi üzərinə götürür. 6) Barışıq sazişi qanuni qüvvəsini aldıqdan sonra bir ay müddətində tərəflər torpaq sahəsinə görə gəldikləri razılığı həyata keçirməlidirlər. İddiaçıya izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar