Məhkəmə qərarları › İş №2(031)-1183/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-1183/2025

21.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-1183/2025 21.01.2026 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxsnə qarşı ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxsnə qarşı ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1996-cı ildə Şabran şəhərində doğulmuş X2 10 dekabr 1996-cı ildə Şabran rayonu Rəhimli kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi dəqiqləşdirmə ərizəsi ilə müraciət edərək xx.xx.1996-cı ildə Şabran şəhərində doğulmuş X2 10 dekabr 1996-cı ildə Şabran rayonu Rəhimli kəndində ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, X4 onun bacısı olmuşdur. Bacısı xx.xx.1996-cı ildə Şabran rayonu, Rəhimli kəndində anadan olmuş və 10 dekabr 1996-cı ildə Şabran rayonu, Rəhimli kəndində vəfat etmiş və Rəhimli kənd qəristanlığında dəfn olunmuşdur. Vəfat edərkən təcili tibbi yardım çağırılmadığı üçün ölüm haqqında tibbi arayış alınmamışdır. Bacısı üçün ölüm haqqında şəhadətnamə almaqdan ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından, qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilə bilməz, bu barədə məhkəməyə müraciət edilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə proses iştirakçısının izahatını, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2025-ci il tarixli, 55 nömrəli məktubdan görünür ki, X2 ölümü haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən, ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, həqiqətən Dəvəçi (indiki Şabran) rayonu Rəhimli kəndində doğulmuş X4 1996-cı ildə vəfat etmişdir. Körpə 9 aylıq olmuşdur. Rəhimli kənd qəbirsanlığında dəfn olunmuşdur. Aktın doğruluğunu X6, X9, X7, X12 və X5 imzaları ilə təsdiq etmişdirlər. İş materiallarında olan İX-ЮС seriyalı, 324998 saylı doğum haqqında şəhadətnamədən görünür ki, atası X11 və anası X1 Ərizəçi xx.xx.1989-cu ildə doğulmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, atası X10 və anası X8 olan X4 xx.xx.1996-cı ildə doğulmuşdur. İş materiallarında olan Şabran Rayon İHB-nin Rəhimli İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 yanvar 2026-cı il tarixli arayışdan görünür ki, Şabran rayonu Rəhimli kəndində 1996-cı ildə anadan olmuş X4 1996-cı ildə vəfat etmiş və Rəhimli kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan fotoşəkillərdən görünür ki, X4 qəbiristanlıqda dəfn edilmişdir. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, həqiqətən də X4 10 dekabr 1996-cı ildə Şabran rayonu Rəhimli kəndində vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Müəyyən edilmişdir ki, Ərizəçi bacısı X2 ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1996-cı ildə Şabran şəhərində doğulmuş X2 10 dekabr 1996-cı ildə Şabran rayonu Rəhimli kəndində ölümün qeyd edilməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1996-cı ildə Şabran şəhərində doğulmuş X2 10 dekabr 1996-cı ildə Şabran rayonu Rəhimli kəndində ölümün qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar