Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-1214/2025 05.03.2026 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Vəkil1 iştirakı ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı əmlak tələbinə dair ilkin iddia, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi barədə tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı əmlak tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şabran rayonu, Xəlilli kəndində Cavabdeh adına şəxsi mülkiyyət kimi qeydə alınmış birgə mülkiyyətləri olan torpaq sahəsi və fərdi yaşayış evində paylarının 1\2 hissədə müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı nümayəndəsi Vəkil2 dəqiqləşdirmə ərizəsi ilə müraciət edərək Şabran rayonu, Xəlilli kəndində Cavabdeh adına şəxsi mülkiyyət kimi qeydə alınmış birgə mülkiyyətləri olan torpaq sahəsi və fərdi yaşayış evində paylarının 1\2 hissədə müəyyən edilməsinə, həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintisinə sərf edilmiş vəsaitin 1/2 hissəsinin-20000 manatın cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şabran rayonu, Xəlilli (Çölquşçu) kəndində onun adına olan 0,12 ha torpaq sahəsinin paylara bölünməsi tələbinin rədd edilməsi, ünvan 1 üzərində paylarının 1/2 hissədə müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, iclasda iştirak etməmiş və etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2026-cı il tarixli barışıq sazişindən görünür ki, İddiaçı Cavabdeh məxsus birgə nikah dövründə əldə edilmiş Şabran rayonu, Xəlilli kəndində yerləşən 0,12 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evində qanuni payının müəyyən edilməsi barədə olan iddiasından və həmin əmlakda olan payından imtina etdiyini və bu əmlaklara dair gələcəkdə hər hansı bir iddia və tələbinin olmayacağını bildirmişdir. Cavabdeh İddiaçı məxsus birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən mənzildə qanuni payının ayrılmasına dair iddiasından və həmin əmlakda olan payından imtina etdiyini və gələcəkdə həmin mənzilə dair hər hansı bir iddia və tələbinin olmayacağını bildirmişdir. Barışıq sazişi əsasında işin icraatına xitam verilməsi barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5 və 262.4-cü maddələrində nəzərdə tutulmuş hüquqi nəticələr tərəflərə məlumdur. Barışıq sazişi ilkin iddia üzrə İddiaçı nümayəndəsi Vəkil2 və Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Vəkil1 tərəfindən imzalanmışdır. Göründüyü kimi hazırkı mülki iş üzrə tərəflərin məhkəməyə təqdim etdikləri xx.xx.2026-cı il tarixli barışıq sazişinə əsasən mübahisəni tərəflər qarşılıqlı razılaşma və güzəştlər yolu ilə məhkəmədənkənar qaydada həll edərək müvafiq saziş bağlamışdırlar. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək mövcud mübahisəni məhkəmədənkənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.4-cü maddəsinə əsasən Qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Həmin Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək mübahisənin məhkəmədənkənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından və bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin hər biri göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilməsini xahiş etdiklərindən işə mahiyyəti üzrə baxılması üçün əsas yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmamaqla hər hansı üçüncü şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə məhkəmə tərəfindən qəbul edilir. Buna görə də artıq mövcud olmayan və mübahisə doğurmayan iddia tələbi mahiyyəti üzrə baxıla bilməz. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Mülki Prossesual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 191, 261-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İlkin iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh arasında bağlanmış xx.xx.2026-cı il tarixli barışıq sazişi təsdiq edilsin: Barışığın şərtləri: 1.İddiaçı Cavabdeh məxsus birgə nikah dövründə əldə edilmiş Şabran rayonu, Xəlilli kəndində yerləşən 0,12 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evində qanuni payının müəyyən edilməsi barədə olan iddiasından və həmin əmlakda olan payından imtina edir və bu əmlaklara dair gələcəkdə hər hansı bir iddia və tələbinin olmayacağını bildirir. 2.Cavabdeh İddiaçı məxsus birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən mənzildə qanuni payının ayrılmasına dair iddiasından və həmin əmlakda olan payından imtina edir və gələcəkdə həmin mənzilə dair hər hansı bir iddia və tələbinin olmayacağını bildirir. 3.Barışıq sazişi əsasında işin icraatına xitam verilməsi barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5 və 262.4-cü maddələrində nəzərdə tutulmuş hüquqi nəticələr tərəflərə məlumdur. İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı əmlak tələbinə dair ilkin iddia, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi barədə tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə 2(031)-1214/2025 saylı mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şabran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-1214/2025
Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-1214/2025
05.03.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver