Məhkəmə qərarları › İş №2(031)-1228/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-1228/2024

29.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-1228/2024 29.12.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X12 katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 yanvar 1964-cü il tarixində Dəvəçi (indiki Şabran) rayonunda anadan olmuş X3 30 aprel 1964-cü il tarixində Dəvəçi (indiki Şabran) rayonunda, 16 oktyabr 1969-cu il tarixində Dəvəçi (indiki Şabran) rayonunda anadan olmuş X1 28 yanvar 1970-ci il tarixində Dəvəçi (indiki Şabran) rayonunda, 29 oktyabr 1973-cü il tarixində Dəvəçi (indiki Şabran) rayonunda anadan olmuş X4 01 mart 1974-cü il tarixində Dəvəçi (indiki Şabran) rayonunda pnevmoniya səbəbindən vəfat etmələri faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, atası X15 ilə anası X6 birgə nikahlarından anadan olmuş övladlarından bacıları X9 30 aprel 1964-cü ildə Dəvəçi (indiki Şabran) rayonunda, X5 28 yanvar 1970-ci ildə Dəvəçi (indiki Şabran) rayonunda, X10 isə 01 mart 1974-cü Dəvəçi (indiki Şabran) rayonunda pnevmoniya səbəbdən vəfat etmişlər, lakin, qohumlardan heç kəs müraciət edərək X9mn, X2, X4 adlarına ölüm haqqında şəhadətnamələr əldə etməmişdir. Valideynləri vəfat etdiklərindən o, bacıları X3, X1, X4 adlarına ölüm haqqında şəhadətnamələr almaq məqsədilə Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli cavab məktubları ilə ona bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının Dövlət Qeydiyyatı qaydasının 8.5 maddəsinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında tibbi şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar X3, X1, X4 ölüm faktlarının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməlisiniz. Həqiqətən də, X3, X1, X4 ölümlərini təsdiq edəcək tibb müəssisəsinin sənədi mövcud deyildir, belə bir sənəd əldə edilməmişdir. X3, X1, X4 müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etmələri faktının qeydiyyatı qaydasına riayət edilmədiyindən və mövcud şəraitdə belə qaydadan istifadə olunması qeyri-mümkün olduğundan o, X3, X1, X4 ölümləri haqqında şəhadətnamələr ala bilmir. X3, X1, X4 müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktlarının müəyyən edilməsi ölüm haqqında şəhadətnamələr alınması məqsədi ilə lazımdır. Ona görə də o, X3, X1, X4 müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında bildirmişdir ki, Ərizəçi onun qardaşıdır. Onlar hələ uşaq ikən onların üç bacıları doğulmuş və hələ körpə vaxtı da vəfat etmişdir. Bacısı Mahilə 1969-cu ildə, Nurxanım 1970-ci ildə və Zeynab 1974-cü ildə vəfat etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, Ərizəçi onun qardaşıdır. Onlar hələ uşaq ikən onların üç bacıları doğulmuş və hələ körpə vaxtı da vəfat etmişdir. Bacısı Mahilə 1969-cu ildə, Nurxanım 1970-ci ildə və Zeynab 1974-cü ildə vəfat etmişlər. Nurxanımla Zeynabın vəfat etməsi onun yadındadır. Mahilənin vəfat etməsini isə anasıgil danışırdı. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1, 307.2.3, 308, 309.1 və 310-311-ci maddələrinin tələblərini rəhbər tutaraq, müəyyən etmişdir ki, X9 30 aprel 1964-cü il tarixində Dəvəçi (indiki Şabran) rayonunda, X8 28 yanvar 1970-ci il tarixində Dəvəçi (indiki Şabran) rayonunda, X10 01 mart 1974-cü il tarixində Dəvəçi (indiki Şabran) rayonunda pnevmoniya səbəbindən vəfat etmişdilər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixli № 03-16-5/8-11-151/24 nömrəli məktubunda göstərilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə şöbəyə təqdim edilmədiyindən X1 ölümünün qeydə alınması mümkün deyildir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixli № 03-16-5/8-11-149/24 nömrəli məktubunda göstərilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə şöbəyə təqdim edilmədiyindən X4 ölümünün qeydə alınması mümkün deyildir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixli № 03-16-5/8-11-150/24 nömrəli məktubunda göstərilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə şöbəyə təqdim edilmədiyindən X3 ölümünün qeydə alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə qeyd edir ki, iş materiallarının məcmusu ərizənin doğruluğunu təsdiq edir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, 28 yanvar 1964-cü il tarixində Dəvəçi (indiki Şabran) rayonunda anadan olmuş X3 30 aprel 1964-cü il tarixində Dəvəçi (indiki Şabran) rayonunda, 16 oktyabr 1969-cu il tarixində Dəvəçi (indiki Şabran) rayonunda anadan olmuş X1 28 yanvar 1970-ci il tarixində Dəvəçi (indiki Şabran) rayonunda, 29 oktyabr 1973-cü il tarixində Dəvəçi (indiki Şabran) rayonunda anadan olmuş X4 01 mart 1974-cü il tarixində Dəvəçi (indiki Şabran) rayonunda pnevmoniya səbəbindən vəfat etmələri faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 28 yanvar 1964-cü il tarixində Dəvəçi (indiki Şabran) rayonunda anadan olmuş X3 30 aprel 1964-cü il tarixində Dəvəçi (indiki Şabran) rayonunda, 16 oktyabr 1969-cu il tarixində Dəvəçi (indiki Şabran) rayonunda anadan olmuş X1 28 yanvar 1970-ci il tarixində Dəvəçi (indiki Şabran) rayonunda, 29 oktyabr 1973-cü il tarixində Dəvəçi (indiki Şabran) rayonunda anadan olmuş X4 01 mart 1974-cü il tarixində Dəvəçi (indiki Şabran) rayonunda pnevmoniya səbəbindən vəfat etmələri faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar