Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-1286/2025 02.02.2026 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Tariyel Aydın oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3nun, xx.xx.1999-cu il tarixində X1 "Sol ağciyər infiltrativ vərəmi, dağılma mərhələsində, VM(+) pozitiv.Vərəm intoksikasiyası" xəstəliyi nəticəsində vəfat etməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, X3 xx.xx.1965-ci ildə Dəvəçi (indiki Şabran) şəhərində anadan olmuşdur. xx.xx.1999-cu il tarixində qardaşı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkərkən, "Ağciyər vərəmi diaqnozu ilə X2 göndərilmişdir. Stasionarda klinik, laborator, rentgenoloji müayinələrdən keçirilmişdir və qardaşında son klinik diaqnoz "Sol ağciyər infiltrativ vərəmi, dağılma mərhələsində, VM(+) pozitiv.Vərəm intoksikasiyası" təsdiq edilmişdir. Aparılmış bütün tibbi tədbirlərə baxmayaraq xəstənin ümumi vəziyyəti proqressiv olaraq pişləmişdir və xx.xx.1999-cu il tarixində X1 vəfat etmişdir. Dəvəçi (indiki Şabran) qəbirstanlığında dəfn edilmişdir. Bu faktları o, qohum və qonşular təsdiq edə bilər. Məhkəmənin iclasında şahid qismində dindirilən X6 və X7 ayrı-ayrılıqda izahatlarında bildirdilər ki, qardaşları X5 xx.xx.1965-ci ildə Dəvəçi (indiki Şabran) şəhərində anadan olmuşdur. xx.xx.1999-cu il tarixində qardaşları Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkərkən, "Ağciyər vərəmi diaqnozu ilə X2 göndərilmişdir. X3 xəstə olduğu üçün həmin müəssisədə vəfat etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin məhkəmə iclasında verdiyi ifadələrini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1, 307.2.3, 308, 309.1 və 310-311-ci maddələrinin tələblərini rəhbər tutaraq, müəyyən etmişdir ki, X5, xx.xx.1999cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 52 nömrəli məktubunda göstərilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə şöbəyə təqdim edilmədiyindən X4 ölümünün qeydə alınması mümkün deyildir. Şabran rayonu Şabran Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 632 saylı arayışdan görünür ki, Ərizəçi 1965-ci il təvəllüdlü X3 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin arayışına əsasən xx.xx.1999-cü il tarixdə vəfat etmişdir və Şabran qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə qeyd edir ki, iş materiallarının məcmusu ərizənin doğruluğunu təsdiq edir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, xx.xx.1965-ci ildə Dəvəçi şəhərində doğulmuş X4 xx.xx.1999-cu il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1965-ci ildə Dəvəçi şəhərində doğulmuş X4 xx.xx.1999-cu il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-1286/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-1286/2025
02.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver