Məhkəmə qərarları › İş №2(031)-130/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-130/2025

03.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-130/2025 03.02.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X9 katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1956-cı ildə Quba Rayonu, Zərqova kəndində doğulmuş X2 xx.xx.2024-cü ildə Quba Rayonu, Bərgov kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, X3 onun həyat yoldaşı olmuşdur. Yoldaşı xx.xx.1956-cı ildə Quba Rayonu, Zərqova kəndində anadan olmuş və xx.xx.2024cü ildə Quba rayonu Bərgov kəndində vəfat etmiş və Quba Rayonu, Bərqov kəndində dəfn olunmuşdur. Vəfat edərkən təcili tibbi yardım çağırılmadığı üçün ölüm haqqında tibbi arayış alınmamışdır. X3 üçün ölüm haqqında şəhadətnamə almaqdan ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilə bilməz, bu barədə məhkəməyə müraciət edilməlidir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, Zenfira İsmayılova onun bibisi, yəni atasının bacısıdır. Ərizəçi həyat yoldaşı olmuşdur. O, uzun müddət onkoloji xəstə olmuşdur, 14 noyabr 2024-cü il tarixdə Quba rayonu Bərgov kəndində vəfat etmiş və kənd qəbristanlığında dəfn olunmuşdur. Vəfat edərkən təcili tibbi yardıma məlumat verilməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidin hazırlıq iclasında verdiyi ifadəsini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1, 307.2.3, 308, 309.1 və 310-311-ci maddələrinin tələblərini rəhbər tutaraq, müəyyən etmişdir ki, X3 xx.xx.2024cü ildə Quba Rayonu, Bərgov kəndində vəfat etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 41 nömrəli məktubunda göstərilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə şöbəyə təqdim edilmədiyindən X2 ölümünün qeydə alınması mümkün deyildir. Quba Rayon Vəlvələ Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 10 saylı arayışdan görünür ki, həqiqətən Şabran şəhər sakini mərhumə X1 rayon Bərqov kənd qəbristanlığında xx.xx.2024-cü il tarixində dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə qeyd edir ki, iş materiallarının məcmusu ərizənin doğruluğunu təsdiq edir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, xx.xx.1956-cı ildə Quba Rayonu, Zərqova kəndində doğulmuş X2 xx.xx.2024-cü ildə Quba Rayonu, Bərgov kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1956-cı ildə Quba Rayonu, Zərqova kəndində doğulmuş X2 xx.xx.2024-cü ildə Quba Rayonu, Bərgov kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar