Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-143/2021 04.02.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə ƏRİZƏÇİ: Ərizəçi MARAQLİ TƏRƏF: Maraqlı şəxs Ölüm faktının müəyyən edilməsi barədə mülki işə xx xxxxxx 2021-ci ildə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 1888-ci il təvəllüdlü X2 1960-cı ildə, 1904-cü il təvəllüdlü X3 1987-ci ildə Dəvəçi şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, X5 onun atası və X6 onun anasıdır. Atası 1960-cı ildə, anası isə 1987-ci ildə vəfat etmişdir. Vəfat edərkən təcili tibbi yardım çağrılmadığı üçün ölüm haqqında şəhadətnamə almaqdan ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə verilə bilməz, bu barədə məhkəməyə müraciət edilməlidir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmişdir. Xahiş edir, 1888-ci il təvəllüdlü X2 1960-cı ildə, 1904-cü il təvəllüdlü X3 1987-ci ildə Dəvəçi şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılsın. İş üzrə maraqlı tərəf Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı tərəfin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işdə olan sənədləri apaşdırıb hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4, X7 və X8 bildirdilər ki, həqiqətən də, 1888-ci il təvəllüdlü X5 1960-cı ildə, 1904-cü il təvəllüdlü X6 1987-ci ildə Dəvəçi şəhərində vəfat etmişdir. Hər ikisi Şabran rayonu Çinarlar kənd qəbristanlığında dəfn olunmuşdur. İşə əlavə edilmiş qəbr daşının foto şəkillərindən görünür ki, 1888-ci il təvəllüdlü X5 1960-cı ildə, 1904-cü il təvəllüdlü X6 1987-ci ildə vəfat etmişdir. İşə əlavə edilmiş xx xxxxxxx 2000-ci il tarixli aktdan görünür ki, X5 və X6 həqiqətən birgə nikahda olmuşlar. X5 1960-cı ildə, X6 isə 1987-ci ildə vəfat etmişlər. Hər iki mərhum Şabran rayonu Çinarlar kənd qəbristanlığında dəfn olunmuşdur. Aktın doğruluğunu R.Aslanov, N.Qəribov və M.Əmrullayeva öz imzaları ilə təsdiq etmişlər. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 55 və 56 saylı məktublardan görünür ki, ölüm haqqında tibbi şəhadənamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İşə əlavə edilmiş AZ seriyalı ******* saylı doğum haqqında şəhadətnamədən görünür ki, X5 ilə X3 birgə nikahlarından xx xxxxxx 1947-ci ildə Əzizağa adlı uşaqları olmuşdur. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, həqiqətən də X5 və X1 şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1. maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Müəyyən edilmişdir ki, Ərizəçi atası X2 və X3 ölümü haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Azərbaycan Respublikası MPM-nin 311. maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 1888-ci il təvəllüdlü X2 1960-cı ildə, 1904-cü il təvəllüdlü X3 1987-ci ildə Dəvəçi şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edildi. 1888-ci il təvəllüdlü X2 1960-cı ildə, 1904-cü il təvəllüdlü X3 1987-ci ildə Dəvəçi şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi ölümün qeydə alınması üçün qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV.
Məhkəmə qərarları › İş №2(031)-143/2021
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-143/2021
04.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver