Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-156/2025 12.02.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X5 katibliyi, Ərizəçi X2 iştirakı ilə, Ərizəçi X2 maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X6 maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 iyun 1986-ci il təvəllüdlü X4 28 mart 2005-ci ildə Dəvəçi (indiki Şabran) şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, X8 onun qızı olmuşdur. Qızı 28 mart 2005-ci ildə Dəvəçi şəhərində vəfat etmiş və Şabran şəhər qəbiristanlığında dəfn olunmuşdur. Vəfat edərkən təcili tibbi yardım çağırılmadığı üçün ölüm haqqında tibbi arayış alınmamışdır. Vərəsəlik işlərinin həyata keçirilməsi üçün ölüm haqqında şəhadətnamə almaqdan ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilə bilməz, bu barədə məhkəməyə müraciət edilməlidir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, Ərizəçi onun qonşusudur. Qızı Günay onkoloji xəstə olmuşdur. Günay 2005-ci ilin mart ayının əvvəllərində vəfat etmişdir, şəhər qəbristanlığında dəfn edilmişdir. Yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi X6 ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidin hazırlıq iclasında verdiyi ifadəsini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1, 307.2.3, 308, 309.1 və 310-311-ci maddələrinin tələblərini rəhbər tutaraq, müəyyən etmişdir ki, X8 28 mart 2005-ci ildə Dəvəçi (indiki Şabran) şəhərində vəfat etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 45 nömrəli məktubunda göstərilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə şöbəyə təqdim edilmədiyindən X4 ölümünün qeydə alınması mümkün deyildir. İİİ-JQ seriyalı 498011 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Məmmədova (Quliyeva) Nərgiz Hüseyn qızı 24 avqust 1985ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. Xİİ-JQ seriyalı 262766 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X1 birgə nikahlarından xx.xx.1986-cı ildə Günay adlı uşaqları olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə qeyd edir ki, iş materiallarının məcmusu ərizənin doğruluğunu təsdiq edir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, 27 iyun 1986-ci il təvəllüdlü X4 28 mart 2005-ci ildə Dəvəçi (indiki Şabran) şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 27 iyun 1986-ci il təvəllüdlü X4 28 mart 2005-ci ildə Dəvəçi (indiki Şabran) şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-156/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-156/2025
12.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver