Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-162/2024 05.07.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X3 iclas katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan daşınmaz əmlakı qanunsuz sahiblikdən geri tələbinə dair”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı və Bakı şəhəri 20 saylı notariat kontoruna qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbinə dair” iddia ərizələri üzrə mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan daşınmaz əmlakı qanunsuz sahiblikdən geri tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış evindən çıxarılması və onun mülkiyyətində olan evin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 20 saylı Notariat kontorunun xx.xx.2001-ci il tarixli 2B-41 nömrəli vərəsəlik şəhadətnaməsi əsasında o, Dəvəçi (indiki ünvan 2 ünvanda yerləşən evə mülkiyyətçi kimi qeydiyyat vəsiqəsi almışdır. Həmin ev atası, X8, tərəfindən 1960-ci ildə tikilmişdir. Həmin evin mövcud olmasını təsdiq edən, "şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid" Pasport tərtib olunmuşdur. Həmin evdə onun bacı və qardaşları anadan olmuşdur. 60cı illərin əvvəllərində atasının iş yerinin Bakı şəhərinə dəyişdirilməsi ilə əlaqədar onlar ailəvi olaraq Bakı şəhərinə köçmüşlər. Sonradan atası təqaüdə çıxdığına görə, 1990-cı ildə Şabran şəhərinə qayıtmış və hal-hazırda cavabdehin qanunsuz sahibliyində olan evdə bir müddət tək yaşamışdır. Təxminən 1996-cı ildə cavabdeh ailəsi ilə birlikdə kirayə ev axtardıqda, atasına müraciət ediblər və atası təmənnasız olaraq, onlara evlərində yaşamağa icazə verib. Onlar atası ilə 9 ay bir evə yaşadıqdan sonra, atası 1997-ci ilin may ayında vəfat etmişdir. Atası vəfat etdikdən sonra onlar (ailələri) cavabdehin orada qalmasına etiraz etməmişlər. Onlar həmin dövrdə və hal-hazırda Bakı şəhərində yaşayırlar. O, təqaüdə çıxmağı ilə əlaqədar, mülkiyyətində olan evə qayıdıb yaşamaq istədikdə, cavabdeh evini tərk etməyə narazılıq etmiş və dəfələrlə ona mülkiyyətində olan evin boşaldılmasını xahiş və tələb etsə də, onun sözlərinə əhəmiyyət verməmişdir. Ona görə də, məhkəməyə müraciət etmişdir. Prosesin gedişatında ilkin iddiaçı Cavabdehlər İddiaçı və Bakı şəhəri 20 saylı notariat kontoruna qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi verərək, 2(031)-162/2024 saylı mülki iş üzrə ilkin İddiaçı iddia tələblərinin rədd edilməsi, Bakı şəhəri 20 saylı notariat kontorunda açılmış, Dəvəçi (indiki ünvan 3 ünvanında yerləşən yaşayış evinə dair xx.xx.2001-ci il tarixli 2B41 №li Vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Prosesin gedişində qarşılıqlı iddia üzrə iddiaçı MPM-nirı 53-cü maddəsinə əsasən qarşılıqlı iddia tələbinin artırılması barədə ərizə verərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-i DƏDKR-i publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Bakı şəhəri 20 saylı notariat kontorunun xx.xx.2001-ci il tarixli 2B41 №li Vərəsəlik şəhadətnaməsi əsasında İddiaçı adı ilə bağlı ünvan 4 ünvanı ilə əlaqədar dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Prosesin gedişində qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı şəhəri 20 saylı notariat kontorunda açılmış, xx.xx.2001-ci il tarixli 2B41 №li Vərəsəlik şəhadətnaməsinin Dəvəçi (indiki ünvan 3 ünvanında yerləşən yaşayış evinə dair hissəsinin etibarsız hesab edilməsi və DƏDKR-i publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Bakı şəhəri 20 saylı notariat kontorunun xx.xx.2001-ci il tarixli 2B41 №li Vərəsəlik şəhadətnaməsi əsasında İddiaçı adı ilə bağlı ünvan 4 ünvam ilə əlaqədar dövlət reyestrində aparılmış qeydiyyatın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, X8, hazırda mübahisələndirilən evdə 1992-ci ildən tamamilə tənha, kimsəsiz, ağır şəraitdə və yalnız qonşularının himayəsi altında yaşamışdır. Buna səbəb onun ailə üzvlərinin ona olan münasibətinin münaqişəli həddə çatması olmuşdur. Onun mərhum həyat yoldaşı X22, kirayə ev axtararkən, qonşuların tövsiyyəsi ilə kimsəsiz vəziyyətdə yaşayan, X5 müraciət etmişdir. Abdulla müəllim ziyalı insan olmuşdur və həmin dövrlərdə öz övladları ilə onlara məlum olmayan səbəblərdən heç bir münasibət saxlamamışdır. 1995-ci ildə onlar ailəliklə onun evinə köçdükdən sonra mehriban münasibətlər əsasında bağlılığları yaranmış və bir ailə kimi bir yerdə yaşamışlar. Birgə yaşadığları müddətdə onun heç bir övladı onunla maraqlanmamış, o özü də bu barədə danışmaq istəməmişdir. Onların ailədə hər kəs onu ata kimi qəbul edərək, qayğısına qaldığı üçün yaranmış isti münasibətə görə Abdulla müəllim qonşuların yanında onların onunla olan rəftarlarından razı qaldığını və buna görə də özünə məxsus əmlakı, hazırda mübahisə predmeti olan evi onlara bağışladığını dəfələrlə elan etmişdir. Bununla bağlı yaxın qonşular tərəfindən akt tərtib olunaraq Şabran Rayon Məhkəməsinə təqdim olunmuşdur. Miras qoyan X4, hazırda miras əmlakı mübahisələndirən İddiaçı anası ilə nikahda olması barədə məlumat yoxdur. Miras hesab edilən əmlakla bağlı vərəsələr mərhum X4 qayğısına onlar qaldıqlarına görə heç bir zaman həmin əmlakı mübahisələndirməmişlər. İddiaçı vərəsəlik şəhadətnaməsini əldə etmək üçün Şabran rayon dövlət notariat ofisinə deyil, Bakı şəhəri 20 saylı notariat kontoruna müraciət etməsi də qanunun tələbinə ziddir. Digər tərəfdən, mərhum X5 məxsus yaşayış evinin ünvanı Şabran (keçmiş Dəvəçi) şəhəri Sabir küçəsi deyil, M.S.ünvan 5li mənzil üçün tərtib olunmuş Texniki pasport və daha sonra Bakı şəhəri 20 saylı notariat kontorunun xx.xx.2001-ci il tarixli 2B41 №li Vərəsəlik şəhadətnaməsi əsasında aparılmış qeydiyyat və verilmiş Qeydiyyat vəsiqəsi qanunun tələbləri ilə ziddiyyət təşkil edir. Belə bir qanunsuz qeydiyyatın aparılması onların ailəyə məxsus əmlakın, JN- 2268A (KOD ********) saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında tam müliyyət hüquqlarının dövlət qeydiyyatından Çıxarışın verilməsinə maneçilik yaratmışdır. X8 rəhmətə getdikdən sonra onun dəfn edilməsi və dəfn mərasimlərinin təşkil edilməsi onların ailə tərəfindən qarşılanmışdır. Onun övladları ilə olan soyuq münasibəti rayonun ictimai-siyasi mətbuatı olan Şabran qəzetinin 20 may 1997-ci il tarixli 13 №li (№5419 - qəzet 1932-ci ildən nəşr olunur) sayında geniş işıqlandırılmışdır. İlkin İddiaçı mənzil istismar sahəsindən mərhum atası X4 guya Bakı şəhərində yaşaması barədə saxta arayış əldə edərək notariusa təqdim etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-i DƏDKR publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi Şabran Rayon Məhkəməsinə məlumatın təqdim olunması barədə məktubunda Şabran şəhəri, Sabir küçəsi 1a ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus olduğu göstərilmişdir. İddiaçı Şabran Rayon Məhkəməsinə Texniki invertarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş möhürsüz Qeydiyyat vəsiqəsini təqdim etmişdir. Mənzilin 1977-ci ilin oktyabr ayında hazırlanmış Texniki Pasportunun dərkənarında Bakı şəhəri 20 saylı notariat kontorunun xx.xx.2001-ci il tarixli 2B41 №li Vərəsəlik şəhadətnaməsi barədə məlumat göstərilmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını, qarşılıqlı iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını, ilkin iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış qarşılıqlı iddia üzrə cavabdeh Bakı şəhəri 20 saylı notariat kontoru məhkəmə iclasında iştirak etməmiş və işə onun (nümayəndəsinin) iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, gəlməyən cavabdehlərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən Şabran (keçmiş Dəvəçi) şəhəri, Sabir küçəsində yerləşən iki mərtəbəli, iki yaşayış otaqlı, yaşayış sahəsi 43,4 kvm, ümumi sahəsi 113, 6 kvm olan, 1 nömrəli yaşayış evi İddiaçı adına 2001-ci il tarixində qeydə alınmışdır. İş materiallarında olan İV-JQ seriyalı 463379 saylı və V-JQ seriyalı 319993 saylı ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X8 12 may 1997-ci ildə və X16 xx.xx.1998-ci ildə ölmüşlər. İş materiallarında olan İİİ-JQ seriyalı 315964 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X23 ilə Cavabdeh 12 sentyabr 1983-cü ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İş materiallarında olan Şabran şəhər sakinləri tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli aktdan görünür ki, X23 həyat yoldaşı Cavabdeh, övladları X17, X20 və X2 şəhəri Sabir küçəsi 1 saylı ünvanda yerləşən, X5 məxsus evə 1995-ci ildə kömüşlər. Əmlak sahibi X8 özünə məxsus əmlakı X18 və onun ailəsinə onların iştirakları ilə bağışlamışdır. Abdulla müəllim bu ailə ilə birlikdə yaşadıqda onlardan daim razılıq etmiş və mehriban münasibətə görə X14 bütün ailə üzvlərini öz doğmaları kimi qəbul etmişdir. Aktın doğruluğunu R.Süleymanov, Ş.Məmmədov, V.Fərmanov, A.Fərmanov, T.Ağayev, R.Əfəndiyev, N.Ağayev, E.Məmmədov, B.Musayev öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan AZ-İ seriyalı 460870 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.2011-ci ildə ölmüşdür. İş materiallarında olan Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-2268F, kod 30401004 saylı şəhadətnamənin surətindən görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli 06 saylı qərarına əsasən X14 və ailə üzvlərinin mülkiyyətinə Şabran şəhəri ərazisindən 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, keçirilmiş sorğuya, tərtib olunmuş akta əsasən xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh ünvan 7 ünvanında qediyyatda olmaqla Şabran şəhəri, Sabir küçəsində 1995-ci ildən etibarən yaşamışdır, hazırda həmin ünvanda övladları- X17 və X20 ilə birlikdə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 21 fevral 2024-cü il tarixli məktubdan görünür ki, 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza və arxiv məlumatlarına əsasən Şabran şəhəri, Sabir küçəsində 1 və 1a ünvanları qeydiyyata alınmışdır. ünvan 10ş evi X11, ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı məxsusdur. İş materiallarında olan xx.xx.2001-ci il tarixli B-25/2001 saylı X27 X7 surətindən görünür ki, xx.xx.1997-ci ildə vəfat etmiş X4 vərəsəsi İddiaçı miras əmlakdan irs almalıdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********42, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışdan görünür ki, Cavabdeh və ailə üzvlərinin ümumi mülkiyyətlərinə Şabran şəhəri ərazisindən 0.06 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, ilkin iddia üzrə iddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X10 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1. maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sənərncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddənin şərhinə görə, mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək imkanından məhrum edən hərəkət uzanan hüquq pozuntusudur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. İşin faktiki hallarından, eləcə də, məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlardan görünür ki, ilkin iddia üzrə Cavabdeh ilə mübahisəli mənzilin mülkiyyətçisi ilkin iddia üzrə İddiaçı arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı ilə bağlı notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmamışdır. Lakin, mülkiyyətçi İddiaçı atası X1 Natəvan Neman qızına və onun ailə üzvlərinə müvəqqəti yaşamaq imkanı vermişdir. Bununla da, ilkin iddia üzrə İddiaçı atası ilkin iddia üzrə Cavabdeh mübahisəli mənzildə müvəqqəti yaşamaq imkanı versə də, məhkəmə iclasında aparılmış araşdırma zamanı sonuncunun mübahisəli mənzilə istifadə hüququnun mövcud olması barədə hər hansı hüquqi əsas aşkar edilməmişdir. Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən Şabran (keçmiş Dəvəçi) şəhəri, Sabir küçəsində yerləşən iki mərtəbəli, iki yaşayış otaqlı, yaşayış sahəsi 43,4 kvm, ümumi sahəsi 113, 6 kvm olan, 1 nömrəli yaşayış evi İddiaçı adına qeydə alınmışdır. Odur ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış evindən çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, “Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. Qarşılıqlı iddia bilavasitə ilkin iddianı mahiyyəti üzrə təkzib etməsə də, onun təmin olunmasını imkansız edir. İlkin iddia təmin olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilməz.” Hazırda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı və Bakı şəhəri 20 saylı notariat kontoruna qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı müdafiə etdikləri tələbləri ümumiyyətlə əsaslandırmamış, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Habelə, iddiaçının gətirdiyi “dəlillər” məhkəmə üçün inandırıcı gəlmir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qarşılıqlı iddia üzrə tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, yuxarıda sadalanan qanun normalarına əsaslanmaqla hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız sayılmalı və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış evindən çıxarılsın və ev boşaldılaraq İddiaçı təhvil verilsin. İlkin iddia tələbi təmin edildiyindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh tutulub iddiaçıya ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı və Bakı şəhəri 20 saylı notariat kontoruna qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbinə dair” qarşılıqlı iddia tələbi rədd edilsin. Qarşılıqlı iddia tələbi təmin edilmədiyindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-162/2024
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-162/2024
05.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver