Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-168/2025 12.02.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X5 katibliyi, Ərizəçi nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1995-ci il təvəllüdlü X3 13 dekabr 1995-ci ildə Dəvəçi (indiki Şabran) rayonun Uzunboyad kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, X7 onun oğlu olmuşdur. Oğlu xx.xx.1995-ci ildə Dəvəçi (indiki Şabran) rayonunda anadan olmuşdur və həmin ilin dekabr ayının 23-də Dəvəçi (indiki Şabran) rayonun Uzunboyad kəndində vəfat etmiş və Uzunboyad kənd qəbristanlığında dəfn olunmuşdur. Vəfat edərkən təcili tibbi yardım çağırılmadığı üçün ölüm haqqında tibbi arayış alınmamışdır. Vərəsəlik məsələlərin həlli üçün oğlunun ölümü haqqında şəhadətnamə almaqdan ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilə bilməz, bu barədə məhkəməyə müraciət edilməlidir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, Ərizəçi onun bacısıdır, o, Uzunboyad kəndində ərdə olmuşdur. Uzunboyad kəndində yaşayarkən onun 1995-ci ilin əvvəlində Coşqun adlı uşağı olmuşdur, həmin ilin dekabr ayında vəfat etmişdir. Uzunboyad kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X2 ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidin hazırlıq iclasında verdiyi ifadəsini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1, 307.2.3, 308, 309.1 və 310-311-ci maddələrinin tələblərini rəhbər tutaraq, müəyyən etmişdir ki, X7 13 dekabr 1995-ci ildə Dəvəçi (indiki Şabran) rayonun Uzunboyad kəndində vəfat etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 47 nömrəli məktubunda göstərilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə şöbəyə təqdim edilmədiyindən X3 ölümünün qeydə alınması mümkün deyildir. İş materiallarında olan 18 dekabr 2024-cü il tarixli aktdan görünür ki, Uzunboyad kəndində yaşamış Ərizəçi ilə X4 birgə nikahlarından 17 fevral 1995-ci il tarixində anadan olmuş X7 23 dekabr 1995-ci ildə vəfat etmişdir və Uzunboyad kənd qəbirsanlığında dəfn olunmuşdur. Aktın doğruluğunu N.Nəzirov, F.Abasova və R.Nəzirov öz imzaları ilə təsdiq etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə qeyd edir ki, iş materiallarının məcmusu ərizənin doğruluğunu təsdiq edir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, xx.xx.1995-ci il təvəllüdlü X3 13 dekabr 1995-ci ildə Dəvəçi (indiki Şabran) rayonun Uzunboyad kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1995-ci il təvəllüdlü X3 13 dekabr 1995-ci ildə Dəvəçi (indiki Şabran) rayonun Uzunboyad kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-168/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-168/2025
12.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver