Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-173/2023 16.01.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə ƏRİZƏÇİ: Ərizəçi MARAQLİ TƏRƏF: Maraqlı şəxs Ölüm faktının müəyyən edilməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, atası X4 12 iyul 1992-ci il tarixdə Rusiya Federasiyası Voronji şəhərində ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X6 1939-cu ildə Şabran rayonunda anadan olmuşdur. 12 iyul 1992-ci il tarixdə atası X1 Federasiyası Voronji şəhərində vəfat etmişdir və orada da dəfn edilmişdir. Atası vəfat etdikdən sonra onun barəsində ölüm haqqında şəhadətnamə alınmamışdır. Hal-hazırda vərəsəliklə bağlı atasının ölüm haqqında şəhadətnaməsi ona lazımdır. Lakin atasının ölümü barəsində həkim şəhadətnaməsi alınmaması səbəbindən hal-hazırda ölüm şəhadətnaməsi almaq mümkün deyildir. Xahiş edir, atası X4 12 iyul 1992-ci il tarixdə Rusiya Federasiyası Voronji şəhərində ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılsın. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. İş üzrə maraqlı tərəf Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı tərəfin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işdə olan sənədləri apaşdırıb hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmədə dindirilmiş şahidlər X2 göstərdi ki, X6 onların qonşuları olmuşdur. Təxminən 40-50 il bundan əvvəl Əliməmməd həyat yoldaşından ayrılıb Voronej şəhərinə getmiş və orada da vəfat etmişdir. Onun orada ölməsini oğlu Tofiq ona bildirmişdir. Əliməmməd Voronejdə X3 məhkəmədə göstərdi ki, Ərizəçi onun yaxın qonşusudur. Tofiqin atası Əliməmməd 1973-cü ildə Voronej şəhərinə getmiş, bir daha geri qayıtmamışdır. 1992-ci ldə onun ölməsini eşitmişəm. Tofiq həyətlərində çadır qurub atası üçün yas mərasimi keçirmiş, o, da yas mərasimində iştirak etmişdir. Əliməmmədin nə səbəbdən ölməsini bilmir. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 19 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, X6 1939-cu ildə anadan olmuşdur. İşə əlavə edilmiş AZ seriyalı ******* saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi 12 avqust 1969-cu ildə anadan olmuşdur. Ata qrafasında atası X6 qeyd edilmişdir. İşə əlavə edilmiş Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə Nümayəndəsi tərəfindən verilmiş 23 fevral 2022-ci il tarixli 846 saylı arayışdan görünür ki, Ərizəçi Şabran şəhəri, H.Əliyev prospektində yaşayır. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 23 fevral 2022-ci il tarixli 10 saylı məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, həqiqətən də X6 12 iyul 1992-ci il tarixdə Rusiya Federasiyası Voronji şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1. maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Müəyyən edilmişdir ki, Ərizəçi atası- X4 ölümü haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Azərbaycan Respublikası MPM-nin 311. maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X4 12 iyul 1992-ci il tarixdə Rusiya Federasiyası Voronej şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 1939-cu il təvəllüdlü X4 12 iyul 1992-ci il tarixdə Rusiya Federasiyası Voronej şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi ölümün qeydə alınması üçün qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov.
Məhkəmə qərarları › İş №2(031)-173/2023
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-173/2023
16.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver