Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-192/2025 03.03.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı X3 iştirakı ilə, İddiaçı X3 cavabdeh X5rşı “nikahın pozulması, uşaqların öhdədə qalması və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X10 xx.xx.2024-cü il tarixdə cavabdeh X5rşı “nikahın pozulması, uşaqların öhdədə qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı X10 ilə cavabdeh X13 arasında xx.xx.2013-cü il tarixdə Siyəzən rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, xx.xx.2022-ci il tarixdən onun himayəsində yaşayan xx.xx.2014-cü ildə doğulmuş X4 və xx.xx.2015-ci ildə doğulmuş X1 öhdəsinə verilməsi, hər bir uşağa yetkinlik yaşına çatanadək hər ay 235 manat olmaqla, cəmi 470 manat məbləğində alimentin alınaraq ona ödənilməsi, eyni zamanda Mediasiya təşkilatına ödədiyi 60 manat məbləğində dövlət rüsumunun və Şabran Rayon Məhkəməsinə ödədiyi 50 manat məbləğində dövlət rüsumunun, cəmi 110 manat məbləğində pul vəsaitinin cavabdeh X7 alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X13 ərizə ilə məhkəməyə müraciət edərək, boşanmağa razı olduğunu, uşaqların ananın yanında qalmasına etiraz etmədiyini bildirmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o və cavabdeh R/F vətəndaşı X8 18 aprel 2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Nikahlarını Siyəzən rayon Qeydiyyat şöbəsində bağlamışlar. Onların birgə nikahlarından xx.xx.2014-cü ildə X12 və xx.xx.2015-ci ildə isə X9 anadan olmuşdur. Əvvəllər mehriban yaşayırdılar, sonradan ailə münasibətlərində soyuqluq əmələ gəldiyinə görə, cavabdeh X6 iki qızı ilə birlikdə xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyasından təyyarə ilə Azərbaycan Respublikasına yola salmışdır. xx.xx.2022-ci il tarixdən o, övladları ilə valideynlərinə məxsus evdə yaşayır. Həmin vaxtdan nikahları formal xarakter daşıyır. Bu müddət ərzində cavabdeh bir dəfə də olsun nə onunla, nədə ki, övladları ilə maraqlanmamışdır. İki yetkinlik yaşına çatmayan övladları onun himayəsində artıq 3-cü ildir ki, yaşayırlar. O vaxtdan onların aralarındakı nikah faktiki pozulmuşdur və onlar artıq ər-arvad kimi birlikdə yaşamırlar, aralarındakı nikah formal xarakter daşıyır. Elə bu səbəbdən bundan sonra cavabdehlə ailə münasibətlərinin bərpası və barışaraq birgə yaşamaqları mümkün deyil, ona görə nikahları təxirə salınmadan, möhlət verilmədən məhkəmə qaydasında pozulmalıdır. Eyni zamanda xx.xx.2022 ci il tarixindən övladları onun himayəsində yaşadıqlarına görə, onlar onun öhdəsinə verilməlidir. Bu müddət ərzində ataları bir dəfə də olsun övladları ilə maraqlanmayıb. O, onları çox çətinliklə valideynlərinin, yaxınlarının yardımı ilə saxlayır. Hansı ki, hər bir valideyn öz uşaqlarını yetkinlik yaşına çatanadək saxlamağa borcludurlar. Məhkəmə iclasında iştirak edən iddiaçı X10 iddia tələbini müdafiə edərək, iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Belə ki, məhkəmə Ailə Məcəlləsinin 7-1, 19.1, 20.1, 21.1, 21.3, 22.2, 32, 36, 75.1, 75.4, 76.1.1, 84.2.2, 100.2-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası Qanununu və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndini rəhbər tutaraq, müəyyən etmişdir ki, tərəflər xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, ər-arvad münasibətlərindən xx.xx.2014-cü il təvəllüdlü X12, xx.xx.2015-ci il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. Uşaqlar hazırda ananın yanında yaşayırlar. Cavabdeh də uşaqların ananın yanında yaşamasına və iddiaçı ilə aralarında bağlanmış rəsmi nikahın pozulmasına etiraz etmir. Bu barədə cavabdeh məhkəməyə ərizə də göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə işdə olan sənədləri araşdıraraq, hesab edir ki, mülki iş 2024-cü ildə məhkəmənin icraatına daxil olmuşdur. Azərbaycan Respublikasında 2024-cü il üçün minimumu əmək haqqı 345 manat məbləğində müəyyən edilmişdir. Bu səbəbdən də, uşaqların saxlanılması üçün aliment məbləği sabit pul məbləğində hər uşaq üçün 200 manat müəyyən edilməli, müəyyən edilmiş aliment məbləği indeksasiya edilərək minimum əmək haqqının 0.58 misli həddində indeksasiya aparılmalıdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, nikah pozulmaqla, xx.xx.2014-cü il təvəllüdlü X12, xx.xx.2015-ci il təvəllüdlü X9 analarının yanında qalmalı, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh X7 iddiaçı X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Odur ki, alimentin tutulma hissəsi dərhal icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı X10 ilə cavabdeh X13 arasında xx.xx.2013-cü il tarixdə Siyəzən Rayon Qeydiyyat şöbəsində 54 saylı akt qeydi ilə bağlanmış nikah pozulsun. xx.xx.2014-cü il təvəllüdlü X12, xx.xx.2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi anaları X3 yanında qalsınlar. xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh X7 iddiaçı X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh X7 60 (altımış) manat mediasiya xərci və 50 (əlli) manat ödənilmiş dövlət rüsumu iddiaçı X3 xeyrinə tutulsun. Alimentin tutulması dərhal icra edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-192/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-192/2025
03.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver