Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-204/2025 08.04.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1998-ci il təvəllüdlü X2 xx.xx.1999-cu ildə Dağ Bilici kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, X3 onun qızı olmuşdur. Qızı xx.xx.1998-ci ildə Şabran rayonu, Dağ Bilici kəndində anadan olmuşdur və xx.xx.1999-cu ildə Dağ Bilici kəndində vəfat etmiş və Şabran rayonu, Dağ Bilici kənd qəbristanlığında dəfn olunmuşdur. Qızı vəfat edərkən təcili tibbi yardım çağırılmadığı üçün ölüm haqqında tibbi arayış alınmamışdır. Mülkiyyət hüquqlarını həyata keçirmək istəyir, qızının ölümü haqqında şəhadətnamə almaqdan ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilə bilməz, bu barədə məhkəməyə müraciət edilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmənin hazırlıq iclasında şahid qismində dindirilən Şahid bildirmişdir ki, onun bacısı qızı Ərizəçi həyat yoldaşıdır. Həqiqətən də Seymurun 1998-ci ildə bir qız övladı dünyaya gəlmiş, uşağın bir yaşı olmadan ölmüş, Dağ Bilici kəndində dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X11 bildirmişdir ki, Ərizəçi onun qardaşıdır. Ərizəçi qız övladı X3 xx.xx.1998-ci ildə Şabran rayonu, Dağ Bilici kəndində anadan olmuşdur. xx.xx.1999-cu ildə Dağ Bilici kəndində vəfat etmiş və onların iştirakı ilə Şabran rayonu, Dağ Bilici kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirmişdir ki, Ərizəçi onunla qonşuluqda yaşamışdır. Ərizəçi 1998-ci ildə Şabran rayonu, Dağ Bilici kəndində bir qız övladı anadan olmuşdur, sonradan uşaq xəstələnib ölmüşdür və Şabran rayonu, Dağ Bilici kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə proses iştirakçısının izahatını, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 491 saylı çıxarışdan görünür ki, Ərizəçi ilə X5 birgə nikahından xx.xx.1998-ci il tarixdə X1 rayonu, Dağ Bilici kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1998-ci il tarixdə Şabran Rayonu İHB-nin Bilici İƏD üzrə nümayəndəliyi tərəfindən 30 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, həqiqətən Ərizəçi qız övladı X3 xx.xx.1998-ci ildə Şabran (Dəvəçi) rayonu, Dağ Bilici kəndində anadan olmuşdur. xx.xx.1999-cu ildə Dağ Bilici kəndində vəfat etmiş, Şahid, X4 və X8 iştirakı ilə Şabran rayonu, Dağ Bilici kənd qəbristanlığında dəfn olunmuşdur. X2 məzarı həqiqətən Şabran rayonu, Dağ Bilici kənd qəbristanlığındadır. Aktın doğruluğunu Şahid, X4 və X11 imzaları ilə təsdiq etmişdirlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs Ərizəçi ünvanlanan xx.xx.2024-cü il tarixli 01 saylı məktubdan görünür ki, X2 ölümü haqqında tibbi şəhadətnamə olmadığından onun ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməlidir. İş materiallarında olan Şabran Rayon Prokurorluğu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 91x-25 saylı məktubdan görünür ki, xx.xx.1999-cu il tarixdə vəfat etmiş X2 ölümü ilə bağlı Şabran Rayon Prokurorluğundan hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan "Şabran Rayon Mərkəzi Xəstəxanası" X14 tərəfindən verilmiş 21 fevral 2025-ci il tarixli məktubdan görünür ki, vəfat etmiş X2 ölümü ilə bağlı olan sənədlərin saxlanma müddəti bitdiyi üçün müəssisənin arxivindən çıxarılaraq ləğv edildiyinə görə ölümün səbəbi barədə heç bir məlumat verə bilməmişdirlər. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, həqiqətən də X3 xx.xx.1999-cu ildə Dağ Bilici kəndində vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Müəyyən edilmişdir ki, Ərizəçi qızı X2 ölümü haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1998-ci il təvəllüdlü X2 xx.xx.1999-cu ildə Dağ Bilici kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1998-ci il təvəllüdlü X2 xx.xx.1999-cu ildə Dağ Bilici kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-204/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-204/2025
08.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver