Məhkəmə qərarları › İş №2(031)-21/2023

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-21/2023

25.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-21/2023 25.07.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İddiaçılar: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Nümayəndə və vəkil: Vəkil1 Cavabdehlər: Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Nümayəndə və vəkil: Vəkil2 Özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi, plan və ölçü sənədinin ləğv edilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı1 məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh1 məxsus Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 5.13 ha torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş **********88 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli, AA 027093 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyətlərində olan, Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 2.6002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh1 qanunsuz sahibliyindən ona və digər mülkiyyətçilərə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh1 məxsus Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 5.13 ha torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş **********88 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli, AA 027093 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyətlərində olan, Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 4.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh1 qanunsuz sahibliyindən mənə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı3 məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh1 məxsus Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 5.13 ha torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş **********88 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli, AA 027093 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyətlərində olan, Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 0.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh1 qanunsuz sahibliyindən ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində Şabran rayonu, Ağalıq kəndi ərazisində 2.6002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. 2019-cu ildən Cavabdeh1 onlara məxsus həmin torpaq sahəsini zəbt etmiş, hal-hazırda qeyd olunan 2.6002 ha torpaq sahəsi Cavabdeh1 qanunsuz sahibliyindədir. Onların faktiki olaraq mülkiyyətlərindən məhrum olmuşlar. Onlar Cavabdeh1 qanunsuz sahibliyindən dəfələrlə əmlaklarını geri tələb etsələr də, heç bir nəticəsi olmamışdır. Üstəlik cavabdeh həmin torpaq sahəsinin ona məxsus olduğunu iddia etməkdədir. “X6” MMC-nin eksperti tərəfindən verilmiş 2 mart 2020-ci il tarixli, 196 nömrəli ekspert rəyində göstərilmişdir ki, Cavabdeh1 plan ölçü sənədində qeyd edilmiş koordinatlar naturaya və ərazinin pay torpaqlarının bölgü layihəsinə uyğun işlənilməmişdir. Pay torpaqlarının bölgü layihəsi üzrə Cavabdeh1 torpaq sahəsinin şimal sərhədi yaxınlıqdakı arxa bitişik yerləşdiyindən, plan ölçü sənədindəki koordinatlar həmin arxdan 60 metrə yaxın cənub hissəyə işlənmişdir. Bundan sonra o, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 2.6002 ha torpaq sahəsinə dair hazırlanmış “torpaq sahəsinin planı və ölçüsü” sənədində koordinatlarla bağlı düzəliş edilməsi barədə xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, həyata keçiriləcək tədbirlər çərçivəsində qeyd olunan torpaq sahəsində mövcud olan uyğunsuzluq aradan qaldırıldıqdan sonra ərizənizin icrasına yenidən baxılacaqdır. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi torpaq sahəsində uyğunsuzluğun olduğunu qeyd etmiş lakin, müvafiq düzəlişləri etməmişdir. Ona görə həmin uyğunsuzluğun aradan qaldırılması üçün Cavabdeh1 məxsus Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 5.13 ha torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********88 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli, AA 027093 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ləğv edilməli, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyətlərində olan, Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 2.6002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 qanunsuz sahibliyindən ona geri qaytarılmalıdır. Belə ki, Cavabdeh1 məxsus plan və ölçü sənədi ləğv edilmədiyindən ətrazidəki digər torpaqların plan və ölçü sənədlərində müvafiq düzəlişlər edilməsi mümkün deyildir. Ona görə də “özgəsinin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi, plan və ölçü sənədinin ləğv edilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət edir. Xahiş edir, Cavabdeh1 məxsus Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 5.13 ha torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş **********88 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli, AA 027093 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyətlərində olan, Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 2.6002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh1 qanunsuz sahibliyindən ona və digər mülkiyyətçilərə geri qaytarılması barədə qətnamə çıxarılsın. İddiaçı2 iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən onun mülkiyyətində Şabran rayonu, Ağalıq kəndi ərazisində 4.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. O, sözügüdən gedən 4.09 ha torpaq sahəsini xx.xx.2013-cü il tarixli, 4Ə- 396 reyestr nömrəli alqı- satqı müqaviləsi əsasında X1. X5 ilə Cavabdeh1 arasında Şabran rayon məhkəməsinin icraatında olmuş “özgəsinin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi, plan və ölçü sənədinin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş və “X6” MMC-nin eksperti tərəfindən verilmiş 2 mart 2020-ci il tarixli, 196 nömrəli ekspert rəyində göstərilmişdir ki, X3 mülkiyyətində olan torpaq sahəsinə dair verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* saylı çıxarışa əlavə edilmiş plan ölçü sənədində qeyd edilmiş koordinatlar naturaya və ərazinin pay torpaqlarının bölgü layihəsinə uyğun işlənilməmişdir. Eyni vəziyyət Cavabdeh1 plan ölçü sənədində təkrarlanmışdır. Pay torpaqlarının bölgü layihəsi üzrə Cavabdeh1 torpaq sahəsinin şimal sərhədi yaxınlıqdakı arxa bitişik yerləşdiyindən, plan ölçü sənədindəki koordinatlar həmin arxdan 60 metrə yaxın cənub hissəyə, o cümlədən iddiaçının pay torpaq sahəsinin bir hissəsinin (təqribən 4.0 ha olan sahə) üzərinə işlənmişdir. Ərazinin pay torpaqlarının bölgü layihəsinə əsasən X3 mülkiyyətində olan torpaq sahəsinin 4.0 hektarına Cavabdeh1 ona məxsus olduğunu iddia edir. Ona görə də torpağa dair məhkəmə mübahisəsi yarandığı üçün X5 ilə 10 sentyabr 2020-ci il tarixdə Şabran rayon Notariat ofisində xx.xx.2013-cü il tarixli, 4Ə-396 reyestr nömrəli müqavilənin ləğvinə dair saziş bağlamışlar və qeyd olunan müqaviləyə xitam vermişlər. X3 Şabran rayon məhkəməsində qaldırdığı iddia üzrə iddiaçı qismində məhkəmə prosesində sonradan iştirakı mümkün olmadığından Şabran rayon məhkəməsində qaldırdığı qeyd ediləm iddia üzrə iddiadan imtina etmiş və məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şabran rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə həmin əsasla mülki iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi mübahisə onun X2 4.09 ha torpaq sahəsi üzərində yarandığından X5 həmin torpaq sahəsini ona geri qaytarmışdır. Bundan sonra o, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 4.09 ha torpaq sahəsinə dair hazırlanmış “torpaq sahəsinin planı və ölçüsü” sənədində koordinatlarla bağlı düzəliş edilməsi barədə xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, həyata keçiriləcək tədbirlər çərçivəsində qeyd olunan torpaq sahəsində mövcud olan uyğunsuzluq aradan qaldırıldıqdan sonra ərizənizin icrasına yenidən baxılacaqdır. Həmçinin o, Cavabdeh1 qanunsuz sahibliyindən dəfələrlə əmlakını geri tələb etsə də, heç bir nəticəsi olmamışdır. Üstəlik Cavabdeh1 həmin torpaq sahəsinin ona məxsus olduğunu iddia etməkdədir. Göründüyü kimi o, faktiki olaraq mülkiyyətindən məhrum olmuşdur. Göründüyü kimi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi torpaq sahəsində uyğunsuzluğun olduğunu qeyd etmiş lakin, müvafiq düzəlişləri etməmişdir. Ona görə həmin uyğunsuzluğun aradan qaldırılması üçün Cavabdeh1 məxsus Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 5.13 ha torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yamnda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş **********88 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli, AA 027093 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ləğv edilməli, xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyətimdə olan, Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 4.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 qanunsuz sahibliyindən ona geri qaytarılmalıdır. Belə ki, Cavabdeh1 məxsus plan və ölçü sənədi ləğv edilmədiyindən ətrazidəki digər torpaqların plan və ölçü sənədlərində müvafiq düzəlişlər edilməsi mümkün deyildir. Ona görə də “özgəsinin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi, plan və ölçü sənədinin ləğv edilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət edir. Xahiş edir, Cavabdeh1 məxsus Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 5.13 ha torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş **********88 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli, AA 027093 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, xx.xx.2012ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyətlərində olan, Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 4.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh1 qanunsuz sahibliyindən mənə geri qaytarılması barədə qətnamə çıxarılsın. İddiaçı3 iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən onun mülkiyyətində Şabran rayonu, Ağalıq kəndi ərazisində 0.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. 2019-cu ildən Cavabdeh1 ona məxsus həmin torpaq sahəsini zəbt etmiş, hal-hazırda qeyd olunan 0.65 ha torpaq sahəsi Cavabdeh1 qanunsuz sahibliyindədir. O, faktiki olaraq mülkiyyətindən məhrum olmuşdur. O, Cavabdeh1 qanunsuz sahibliyindən dəfələrlə əmlakını geri tələb etsə də, heç bir nəticəsi olmamışdır. Üstəlik cavabdeh həmin torpaq sahəsinin ona məxsus olduğunu iddia etməkdədir. ‘X6” MMC-nin eksperti tərəfindən verilmiş 2 mart 2020-ci il tarixli, 196 nömrəli ekspert rəyində göstərilmişdir ki, Cavabdeh1 plan ölçü sənədində qeyd edilmiş koordinatlar naturaya və ərazinin pay torpaqlarının bölgü layihəsinə uyğun işlənilməmişdir. Pay torpaqlarının bölgü layihəsi üzrə Cavabdeh1 torpaq sahəsinin şimal sərhədi yaxınlıqdakı arxa bitişik yerləşdiyindən, plan ölçü sənədindəki koordinatlar həmin arxdan 60 metrə yaxın cənub hissəyə işlənmişdir. Bundan sonra o, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 0.65 ha torpaq sahəsinə dair hazırlanmış “torpaq sahəsinin planı və ölçüsü” sənədində koordinatlarla bağlı düzəliş edilməsi barədə xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, həyata keçiriləcək tədbirlər çərçivəsində qeyd olunan torpaq sahəsində mövcud olan uyğunsuzluq aradan qaldırıldıqdan sonra ərizənizin icrasına yenidən baxılacaqdır. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi torpaq sahəsində uyğunsuzluğun olduğunu qeyd etmiş lakin, müvafiq düzəlişləri etməmişdir. Ona görə həmin uyğunsuzluğun aradan qaldırılması üçün Cavabdeh1 məxsus Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 5.13 ha torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********88 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli, AA 027093 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ləğv edilməli, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyətində olan, Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 0.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 qanunsuz sahibliyindən ona geri qaytarılmalıdır. Belə ki, Cavabdeh1 məxsus plan və ölçü sənədi ləğv edilmədiyindən ərazidəki digər torpaqların plan və ölçü sənədlərində müvafiq düzəlişlər edilməsi mümkün deyildir. Ona görə də “özgəsinin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi, plan və ölçü sənədinin ləğv edilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət edir. Xahiş edir, Cavabdeh1 məxsus Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 5.13 ha torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş **********88 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli, AA 027093 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyətlərində olan, Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 0.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh1 qanunsuz sahibliyindən ona geri qaytarılması barədə qətnamə çıxarılsın. İddiaçılar İddiaçı1 və İddiaçı3 məhkəmə iclasında iddialarını müdafiə edərək iddia tələblərinin tam təmin edilməsini xahiş etdilər. İddiaçı2 vəkili və nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbül etməyərək bildirdi ki, iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 hüquqlarını müdafiə etdiyi Cavabdeh1 və AR ƏMDK yanında DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsində qarşı iddia qaldırmışlar ki, Cavabdeh1 Şabran rayonu, Ağalıq kəndində olan 5,13 ha pay torpaq sahəsi onların torpaq sahələrinin üstünə düşür. Torpaq onlarınkıdır. Aqrar İslahal komissiyasının və keçmiş torpaq komitəsinin tərtib etdiyi torpaqların plan ölçüsü və çıxarışı düz tərtib edilməyib, torpaqlar sürüşdürməli və yenidən plan ölçü və mülkiyyətə dair yeni Çıxarışlar verilməlidir. Onların deməsindən belə çıxır ki, artıq Şabran rayonunun son Elektron xəritəsi işlənmişdir və guya həmin yeni xəritədə pay torpaqlarının koordinotları, plan ölçüləri düz tərtib edilmişdir və xahiş edirlər ki, yeni elektron xəritəyə uyğun plan ölçü sxemi, yeni koordinatlar və onlara dair yeni çıxarışlar verilməlidir. Hesab edir ki, bu haqsız tələbdir və heç bir mütəxəssis 2006-cı ildə verilmiş dövlət aktının və onda nəzərdə tutulan 5,13 ha torpaq sahəsinin koordinatlarının və ölçülərinin dəyişdirilməsi səlahiyyətində deyildir. Əgər Şabran rayon əhalisinin pay torpaqlarının yeni elektron xəritəsi tərtib edilmişdirsə bu əhalinin əlində olan Dövlət Aktlarının və orada torpaqların koordinatlarına əsasən hazırlaya bilər. Əgər bu koordinatlarda və plan ölçüdə uyğunsuzluq varsa bu pay torpaq sahiblərinin indiyə qədər istifadə etdikləri, əkib-becərdikləri və müəyyən infrastruktur yaratdıqları torpaqların onların əlindən alınıb başqasına verilməsi mümkün deyildir. Həmin iş üzrə torpaqşünaslıq ekspertizası təyin edilmiş, onun ekspert qarşısına qoyduğu suallara cavab verilməmişdir. 2006-cı ildə məhkəmə qətnaməsi olmuşdur, torpaq saələri ölçülüb verilmişdir. Cavabdehə qarşı məhkəmədə qaldırılan iddiaları əsassız hesab edir, xahiş edir, iddialar əsassız olduğundan təmain edilməsin. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14 aprel 2021-ci il tarixli 2(031)-314/2021 saylı və 14 aprel 2021-ci il tarixli 2(031)-315/2021 saylı qərardadlardan görünür ki, 2(031)- 313/2021 saylı, 2(031)-314/2021 saylı və 2(031)-315/2021 saylı mülki işlər bir icraatda birləşdirilmişdir. İşə əlavə edilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Şabran rayonu, Ağalıq kəndi ərazisindən 2.6002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı3 mülkiyyətinə Şabran rayonu, Ağalıq kəndi ərazisindən 0.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı2 mülkiyyətinə Şabran rayonu, Ağalıq kəndi ərazisindən 4.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X8 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Şabran Rayon Məhkəməsinin icraatında olan iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 5 saylı Xaçmaz Ərazi idarəsinə qarşı özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi, plan və ölçü sənədinin ləğv edilməsi tələbi barədə Şabran rayon Məhkəməsinin xx.xx.2022- ci il 2(031)-36/2022 saylı qərardadda mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması, iddiaçıların iddia etdikləri torpaq sahələrinin mülkiyyətlərində olan torpaq sahələrinin plan və ölçüsündə göstərilən koordinatlar daxilində Şabran rayon son elektron uçot xəritəsinə əsasən naturaya və ərazinin pay torpaqlarının bölgü layihəsi üzrə məlumatlarının tam inteqrasiyası olmadığından (mülkiyyətlərində olan torpaq sahələrinə dair plan ölçü sənədlərinin məlumatlarının elektron uçot xəritələrinin məlumat bazasında tam əksini tapmadığından) və vətəndaşların mülkiyyətlərində olan torpaq sahəlirinin faktiki olaraq istifadə qaydalarına uyğunlaşdırılınası zamanı torpaq sahələrində azalmaların (Faktiki vəziyyətə görə islahat sahəsi çatışmayan torpaq parseli) mövcud olması səbəbindən mütəxəssis qarşısında qoyulmuş sualların cavabladırılması tərəflərindən mümkün olmamışdır. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 11 aprel 2023-cü il tarixli mütəxəssi rəyindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məxsus torpaq sahələrinin planı və ölçüsü sənədlərində və Cavabdeh1 məxsus Şabran rayonu Ağalıq kəndi ərazisində yerləşən 5.13 ha torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş **********88 reyestr nömrəli, xx.xx.2013ci il tarixli,AA 027093 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş koordinatlar, Şabran rayonu son elektron xəritəsinə əsasən naturaya və ərazinin pay torpaqlarının bölgü layihəsinə uyğun işlənilməmişdir. Uyğunsuzluq (cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsi) mülkiyyətə verilmiş **********88 reyestr nömrəli, xx.xx.2013-ci il tarixli, AA 027093 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş koordinatlar daxılindədir, lakin cavabdehin mülkiyyətində olan **********88 reyestr nömrəli, xx.xx.2013-ci il tarixli, AA 027093 nömrəli 5.13 ha torpaq sahəsi elektron arxiv və yeni işlənmiş üçot xəritə məlumatlarına uyğun deyildir. İddiaçıların iddia etdikləri torpaq sahələri faktiki olaraq və elektron uçot xəritə məlumatlarına əsasən Cavabdeh1 tərəfindən istifadə olunur. Torpaq sahəsinin naturada istifadə vəziyyəti sxemdə əks olunmuşdur. İddiaçılar və cavabdehin Dövlət Aktlarında göstərilən torpağa dair koordinatlar və plan ölçüçüsünün uyğunsuzluğu və üst-üstə düsməsi Şabran rayon əhalisinin pay torpaqlarına dair yeni elektron xəritənin koordinatlarına uyğun gəlməməsi torpaq sahələrinin sürüşdürülməsi, yeni koordinatlar müəyyənləşdirilməsi və torpaq sahələrinin dəyişdirilməsi və digər bu kimi məsələlərin həllini tapılması üçün “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 saylı Fərman verilmişdir və bu fərmanın 2.3cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmışdır. İşə əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 09 iyun 2023-cü il tarixli 10/3247 saylı ekspert rəyindən görünür ki, qərardadın 1-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8in 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məxsus torpaq sahələrinin plan və ölçüsü sənədlərində və Cavabdeh1 məxsus Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 5.13 ha torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daçınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş **********88 reyestr nömrəli xx.xx.2013-cü il tarixli, AA 027093 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş koordinatlar Şabran rayon son elektron xəritəsinə əsasən naturaya və ərazinin pay torpaqlarının bölgü layihəsinə uyğun işlənilmişdir. Uyğunsuzluq (cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsi) mülkiyyətə verilmiş **********88 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli, AA02793 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş koordinatlar daxilindədir, lakin cavabdehin mülkiyyətində olan **********88 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli, AA027093 nömrəli 5.13 ha torpaq sahəsi elektron arxiv və yeni işlənmiş uçot xəritə məlumatlarına uyğun deyildir. Qərardadın 2-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8in 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, iddiaçıların iddia etdikləri torpaq sahələri faktiki olaraq və elektron uçot xəritə məlumatlarına əsasən Cavabdeh1 tərəfindən istifadə olunur. Torpaq sahəsinin naturada istifadə vəziyyəti sxemdə əks olunmuşdur. Qərardadın 3-cü sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8in 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, iddiaçılar və cavabdehin Dövlət aktlarında göstərilən torpağa dair koordinatlar və plan ölçüsünün uyğunsuzluğu və üst-üstə düşməsi Şabran rayon əhalisinin pay torpaqlarına dair yeni elektron xəritənin koordinatlarına uyğun gəlməməsi torpaq sahəsilərinin sürüşdürülməsi yeni koordinatlar müəyyənləşdirilməsi və torpaq sahələrinin dəyişdirilməsi və digər bu kimi məsələlərin həllini tapılması üçün “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 saylı Fərman verilmişdir və bu fərmanın 2.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4.2-ci maddəsinə əsasən torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1. maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 103.1. maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4. maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu gür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Kostitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 2.6002 ha, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı3 mülkiyyətinə verilmiş 0.65 ha və xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı2 mülkiyyətinə verilmiş 4.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri faktiki olaraq və elektron uçot xəritə məlumatlarına əsasən Cavabdeh1 tərəfindən istifadə olunur. Bununla da iddiaçıların daşınmaz əmlak üzərində olan hüquqları pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1. maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmaldır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış, tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 məxsus Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 5.13 ha torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş **********88 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli, AA 027093 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ləğv edilməli, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətlərində olan, Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 2.6002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 qanunsuz sahibliyindən İddiaçı1 və digər mülkiyyətçilərə geri qaytarılmalı, xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı2 mülkiyyətində olan, Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 4.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 qanunsuz sahibliyindən İddiaçı2 geri qaytarılmalı, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı3 mülkiyyətində olan, Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 0.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 qanunsuz sahibliyindən İddiaçı3 geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1 məxsus Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 5.13 ha torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş **********88 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli, AA 027093 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ləğv edilsin. xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətlərində olan, Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 2.6002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 qanunsuz sahibliyindən İddiaçı1 və digər mülkiyyətçilərə geri qaytarılsın. xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı2 mülkiyyətində olan, Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 4.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 qanunsuz sahibliyindən İddiaçı2 geri qaytarılsın. xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı3 mülkiyyətində olan, Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 0.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 qanunsuz sahibliyindən İddiaçı3 geri qaytarılsın. Cavabdeh1 50 (əlli) manat ekspertiza xərci tutularaq kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilsin. Cavabdeh1 mütəxəssis rəyinin alınmasına görə DƏDRX Xaçmaz Ərazi İdarəsinə ödənilmiş 96 manat (doxsan altı) manat alınıb İddiaçı1 ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar