Məhkəmə qərarları › İş №2(031)-216/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-216/2024

02.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-216/2024 02.05.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh lüstür 3 ədəd - 250 manat dəyərində xrustal qonaq otağı üçün, 150 manat dəyərində yataq otağı üçün, 80 manat dəyərində mətbəx üçün dəsmallar – çay dəsmalı 10 ədəd 30 manat dəyərində, əl-üz dəsmal üç qutu 75 manat dəyərində, hamam dəsmalı – on qutu 105 manat dəyərində, pastellər – 55 manat dəyərində üç qutu komplekt ağ rəng, 90 manat dəyərində rəngli iki qutu, 50 manat dəyərində prostinalar 5 ədəd, 30 manat dəyərində yastıq üzləri 12 ədəd, cəmi 430 manat dəyərində süfrələr 10 ədəd krijavalı, ağ rəngli sadə, 4500 manat dəyərində qonaq otağı mebeli – stol, 8 ədəd stul, qorka servant dəsti, künc divanı, jurnal stolu, 2650 manat dəyərində mətbəx mebeli – divan künc, 4 ədəd stul, 1 ədəd stol, yorğan döşək – 600 manat dəyərində 6 yorğan, 400 manat dəyərində 4 döşək, 400 manat dəyərində taxt döşəyi və yorğanı, 530 manat dəyərində 12 yastıq, 480 manat dəyərində 12 nalça, uşaqlara aid – 850 manat dəyərində uşaq çarpayısı, 150 manat dəyərində yorğan döşəyi, 250 manat dəyərində velosiped, 200 manat dəyərində müxtəlif oyuncaqlar, 250 manat dəyərində gəlinlik sandığı, 10 manat dəyərində 10 cüt corab, 25 manat dəyərində 1 ədəd qadın şalı, 50 manat dəyərində 2 ədəd kişi köynəyi, 70 manat dəyərində alt qadın paltarları qarışıq, 10 manat dəyərində əl dəsmalları 12 ədəd, 7 manat dəyərində ağ rəngli kəlayağı, 17 manat dəyərində tutacaq, aş qazanı ağzı, çaynik altı, 4500 manat dəyərində yataq otağı mebeli – taxt, tumbuçka 2 ədəd, termo, şifonerlər, 650 manat dəyərində xalçalar 2 ədəd İran çeşidli, 300 manat dəyərində pərdələr – qonaq otağı üçün, 250 manat dəyərində yataq otağı üçün, 220 manat dəyərində mətbəx üçün, dibvan üstü, stol çexolları pərdəsi, 160 manat dəyərində künc divan üstü, qızıl-zinət əşyaları hədiyyə – kişi üzüyü dollar şəkilli 10 qram, qadın üzüyü ədəd – 5 ulduz 5 qram, yaşıl qaşlı fantaziya 4 qram, nazik qaşlı 3 qram, bulud rəngli qaşı olan 4 qram, sep qolbaq toxunma 30 qram, nişan üzüyü ağ xırda qaşlı 10 qram, üzük sırğa dəsti yarpaq formaı 12 qram, uşaq üçün hədiyyə alınanlar – üzük 3 qram, sep döyülmə 5 qram, qolbaq 4 qram, qızıl diş 4 ədəd 8 qram, 150 manat dəyərində tok peçi İtimat (türkiyə ist.), 150 manat dəyərində tozsoran Samsung (yaponoya ist.), 250 manat dəyərində tok termus (rosiyya isteh), 70 manat dəyərində sok çəkən (kitay ist.), 50 manat dəyərində güldan, 120 manat dəyərinlə ütü stolu, 450 manat dəyərində pismennıy stol, 700 manat dəyərində 2 vedre, bıçaq dəsti-2 nabor, çamadan-1ədəd, qaşıq nabor-2 nabor, obednıy nabor (çexs), 150 manat dəyərində bakallar-6 ədəd, salfetka qabı, darojka, 40 manat dəyərində ütü, 30 manat dəyərində suşelka, Boşqab dəsti, 50 manat dəyərində Podnis (nabor), 50 manat dəyərində naçnik, 150 manat dəyərində Kasa- 6 ədəd, bıçaq dəsti-1, alminium qazan 20 kq, tek çüyün qazan, xrustal stakan-12 ədəd, bakal dəsti, zibil vedrəsi, plasmas qablar, qırmızı şərf, kofeynıy nabor, 200 manat dəyərində nelbeki-12 ədəd, duz qabıları, dərin boşqab-12 ədəd, obednıy dəsti-, 2 mertebeli qablar, çaynik 1 ədəd, dəm çayniki, 2 balaca güldan, meyvə qabı (xrustal), Tort nabor-göyərti-ət doğruyan, caşka dəsti nabor, ət dəhrəsi, qayçı nabor-aş süzən və ya onların dəyərinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinə dəqiqləşmə verərək cehiz və qızıl-zinət əşyalarının Qurbanova Məlahətin yaşadığı evdən götürülməsi və Cavabdeh 29554 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2015-ci ildə rəsmi nikahla ailə qurmuşlar. Ər-arvad münasibətindən xx.xx.2016-cı ildə X2 və xx.xx.2018-ci ildə X6 adlı uşaqları olmuşdur. Ailə münasibətləri uyğun gəlmədiyindən ayrılmışlar, məhkəmənin 22 dekabr 2022-ci il tarixli 2(031)-864/2022 saylı qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar onun himayəsində qalmışdır. Lakin buna baxmayaraq xx.xx.2016-cı ildə doğulmuş X2 atasının yanındadır. Gəlin köçərkən özü ilə cehiz əmlakı aparmışdır. Cehiz əşyaları və qızıl-zinət əşyalarının hamısı cavabdehdə qalmışdır. Həmin əşyaları cavabdeh vermək istəmir. O, əmlak tələbi barədə əvvəlcə Mediasiya şurasına müraciət etmişdir. Cavabdeh Mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də, məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ərizəsində yazdıqlarının əksəriyyəti yalan və iftiradır. Bundan başqa iddiaçı tərəfindən tələbinin əsası kimi istinad etdiyi hallara dair iddia ərizəsində heç bir sübut növü təqdim edilməmişdir. İddiaçı xx.xx.2015-ci ildə gəlin gələrkən gətirdiyi əmlakın siyahısını təqdim edir: lüstur -1 ədəd, pastellər - 2 dəst, stol-stul - 8 ədəd, qorka, divan, yorğan - 3 ədəd, döşək - 2 ədəd, taxt - 1 ədəd, taxt döşəyi - 1 ədəd, taxt yorğan — 1 ədəd, yastıq - 6 ədəd, nalça - 6 ədəd, xalça - 1 ədəd, daroşka qapı ağzı üçün - 1 ədəd, uşaq çarpayısı - 1 ədəd, velosiped - 1 ədəd, sandıq - 1 ədəd, tumbuçka - 2 ədəd, termo - 1 ədəd, şifoner - 1 ədəd, pərdə yataq otağı üçün - 1 ədəd, tozsoran - 1 ədəd, toktermus - 1 ədəd, sok çəkən - 1 ədəd, güldan - 1 ədəd, bıçaq dəsti - 1 ədəd, çamadan - 1 ədəd, qaşıq naboru - 1 dəst, nabor - 1 dəst, bakallar - 6 ədəd, rumka - 6 ədəd, dəm çayniki - 1 ədəd, bakal dəst - 1 ədəd, çüyün qazan - 1 ədəd, kofeniy nabor. Qeyd etmək istəyir ki, İddiaçı 2020-ci ildə gecə saat 4-də evdən qaçarkən 1500 manat dəyərində qızıl-brilyant əşyalarını özünən aparıb və sonra onları satmışdır. Bütün göstərdiklərini nəzərə alaraq məhkəmədən xahiş edir ki, iddianın qalan hissəsinin təmin olunmaması barədə qətnamə çıxarılsın. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək tam təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək, məhkəməyə təqdim etdiyi etiraz ərizəsini müdafiə edərək, əlavə olaraq bildirdi ki, iddiaçı gəlin gələrkən etiraz ərizəsində qeyd etdiyi cehiz əmlakını gətirmişdir, iddia ərizəsində tələb edilən qızıl-zinət əşyaları isə onlar Bakı şəhərinə qonaq gedərkən iddiaçının üzərində olmuşdur. İddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid X1 ifadəsində göstərdi ki, o, iddiaçının anasıdır. Qızı ailə qurarkən ona 98 qram qızıl vermiş, 30.000 manat dəyərində də avadanlıq vermişdir. Ailə qurarkən cavabdeh tərəf qızına qızıl qolbaq almışdır. O da qızıl saatı pay olaraq toyun içində qızının qoluna taxmışdır. Qızı yay aylarında anasının evinə qayıdıb gəlmişdir. Atası qızını nənəsinin yanına gətirib qoymuşdur. Qızı ayrılıb gələrkən həmin vaxt o, burada olmamışdır. 2022-ci ilin yay ayında o, Rusiyadan qayıtmışdır. Bu əşyalarla bağlı 102-yə müraciət etməmişlər. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərdi ki, o, iddiaçının atasıdır. Qızı oğlanın əmisi gildən götürmüşdür. Oğlan da orada olmuşdur. Qızı və cavabdehin valideynləri arasında mübahisə olmuşdu. Qızının bütün cehiz əşyaları cavabdehin evində qalmışdır. Qızının əynində həmin gün ev paltarları olmuşdur. Cavabdehin əmisi çox da uzaqda yaşamır. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərdi ki, iddiaçı onun nəvəsidir. Nəvəsi ayrılıb onun evinə gələrkən üzərində qızıl əşyası olmamışdır. Qızıl əşyalarını qaynanasının evində qoyub gəlmişdir. Əynində bir dəst paltarı olmuş, gələrkən özü ilə heç nə gətirməmişdir. Onun evinə gələndə yay ayları olmuşdur. Cehiz olaraq nəvəsinə televizor, paltaryuyan verməmişlər. O, nəvəsinin çatışmayan əşyaları olduğu üçün 2000 manat məbləğində Muğan Bankdan kredit götürüb vermişdir, hazırda da həmin krediti ödəyir. İş materiallarında olan Şabran rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Cavabdeh ilə İddiaçı 29 aprel 2015-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İş materiallarında olan Şabran rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, tərəflərin birgə nikahlarından 05 iyul 2016-cı ildə Peykər və 25 yanvar 2018-ci ildə Ayxan adlı uşaqları olmuşdur. İş materiallarında olan Şabran rayon İHB-nın Çölquşçu İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş 02 fevral 2023-cü il tarixli 65 saylı arayışdan görünür ki, X5 ərazinin Çölquşçu kəndində yaşayır. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2(031)-864/2022 saylı qətnaməsinə əsasən tərəflər arasında olan nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2023-cü il tarixli 2(105)-698/2023 saylı qətnaməsinə əsasən nikahın pozulmasına dair Şabran Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2(031)-864/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak edərək ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 61 manat məbləğində mediasiya xərcini ödəmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı iddia tələbi üzrə 165 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə həm iddiaçının, həm də cavabdeh tərəfin üzərinə düşür. Belə ki, mübahisəli cehiz əşyalarının bir qismi mövcud olmaqla, bu əşyaların Şabran rayonu Ağalıq kəndində yerləşən cavabdehin valideynlərinə məxsus evdə qalması öz təsdiqini tapmaqla, yanaşı, tərəflərin birgə nikah dövründə onların ümumi istifadələrində olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bununla da, məhkəmə iclasında verilən izahatlar, şahid ifadələri, həmçinin tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, tərəflər xx.xx.2015-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş və bu nikahdan xx.xx.2016-cı ildə X2 və xx.xx.2018-ci ildə X6 adlı uşaqları olmuşdur. Ailə münasibətləri uyğun gəlmədiyindən məhkəmənin xx.xx.2022ci il tarixli 2(031)-864/2022 saylı qətnaməsi ilə rəsmi ayrılsalar da, iddiaçıya məxsus cavabdehin etiraf etdiyi əmlaklar cavabdehin valideynlərinə məxsus evdə qalmışdır. Bundan sonra, iddiaçı əşyalarının qaytarılması məqsədi ilə cavabdeh tərəfə müraciət etsə də, bu nəticə verməmiş, bu səbəbdən də o, məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. Bundan başqa, tərəflərin tələb edilən mübahisəli cehiz əşyalarının bir qisminin, yənilüstur -1 ədəd, pastellər - 2 dəst, stol-stul - 8 ədəd, qorka, divan, yorğan -3 ədəd, döşək - 2 ədəd, taxt - 1 ədəd, taxt döşəyi - 1 ədəd, taxt yorğan - 1 ədəd, yastıq - 6 ədəd, nalça - 6 ədəd, xalça - 1 ədəd, daroşka qapı ağzı üçün - 1 ədəd, uşaq çarpayısı - 1 ədəd, velosiped - 1 ədəd, sandıq - 1 ədəd, tumbuçka - 2 ədəd, termo - 1 ədəd, şifoner - 1 ədəd, pərdə yataq otağı üçün - 1 ədəd, tozsoran - 1 ədəd, toktermus - 1 ədəd, sok çəkən - 1 ədəd, güldan - 1 ədəd, bıçaq dəsti - 1 ədəd, çamadan - 1 ədəd, qaşıq naboru - 1 dəst, nabor - 1 dəst, bakallar - 6 ədəd, rumka - 6 ədəd, dəm çayniki - 1 ədəd, bakal dəst - 1 ədəd, çüyün qazan - 1 ədəd, kofe dəsti cavabdeh tərəfdən mövcudluğunun etiraf edilməsi, eləcə də iddiaçıya qaytarılacağını bildirməklə, buna etiraz etməməsi işin mübahisələndirilməyən hallarından olsa da, iddiaçının tələb etdiyi cehiz əmlakının digər qismi və qızıl-zinət əşyalarına münasibətdə tərəflər arasında mübahisə hazırda da davam etməkdədir. Çünki, cavabdeh tərəf İddiaçı hədiyyə edilmiş qızıl-zinət əşyalarının sonuncu tərəfindən evi tərk edib gedərkən aparıldığını qeyd edir. İddiaçı tərəf də bu faktın əksini təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Bununla da, məhkəmə hesab edir ki, mübahisələndirilən əmlaklar, yəni cehiz əşyalarından lüstur -1 ədəd, pastellər - 2 dəst, stol-stul - 8 ədəd, qorka, divan, yorğan -3 ədəd, döşək - 2 ədəd, taxt - 1 ədəd, taxt döşəyi - 1 ədəd, taxt yorğan — 1 ədəd, yastıq - 6 ədəd, nalça - 6 ədəd, xalça - 1 ədəd, daroşka qapı ağzı üçün - 1 ədəd, uşaq çarpayısı - 1 ədəd, velosiped - 1 ədəd, sandıq - 1 ədəd, tumbuçka - 2 ədəd, termo - 1 ədəd, şifoner - 1 ədəd, pərdə yataq otağı üçün - 1 ədəd, tozsoran - 1 ədəd, toktermus - 1 ədəd, sok çəkən - 1 ədəd, güldan - 1 ədəd, bıçaq dəsti - 1 ədəd, çamadan - 1 ədəd, qaşıq naboru - 1 dəst, nabor - 1 dəst, bakallar - 6 ədəd, rumka - 6 ədəd, dəm çayniki - 1 ədəd, bakal dəst - 1 ədəd, çüyün qazan - 1 ədəd, kofeniy naboru, İddiaçı məxsusdur və cavabdeh tərəfdən onun qanuni sahibliyindən alınmışdır. İddiaçı öz əmlaklarını başqalarının qanunsuz sahibliyindən tələb etməkdə haqlıdır. Məhkəmə, həmçinin, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi şahidlərin ifadələrinə qiymət verərək qeyd edir ki, həmin şahidlər birbaşa iddiaçının anası, atası və nənəsi olmaqla yaxın qohumlarıdır. Ona görə də verilən ifadələrin mötəbərliyinə əsaslı şübhələr yaranır. Məhkəmə bu cür sübutları iddianın təmin edilməsi üçün əsas götürə bilməz. Digər tərəfdən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Sübutların əsas xüsusiyyətlərindən biri onların mötəbərliyi olmaqla, həmin Məcəllənin 389-cu maddəsinə əsasən qeyri-mötəbər sübutlara istinad edilməsi məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut olunmaması kimi qiymətləndirilir. Bundan başqa, tərəflər arasındakı nikah Şabran Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qətnaməsi ilə pozulsa da, nə həmin dövrdə, nə də ondan sonrakı dövrdə iddiaçı qızıl-zinət əşyalarının tələb edilməsi ilə əlaqədar hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət etməmişdir. Doğrudur, Şabran Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2(031)-864/2022 saylı qətnaməsində cavabdeh iddia ərizəsinə etirazda “...onu evdən qovarkən əlindən bütün qızıllarını almışlar ...” bildirsə də, bunu təsdiq edəcək sübutu nə həmin dövrdə, nə də hazırki məhkəmə mübahisəsi zamanı təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, uzun zaman kəsiyində iddiaçının qızıl-zinət əşyalarının tələb edilməsi üçün cavabdehə və hüquq-mühafizə orqanlarına müraciət etməməsi həmin əşyaların özü ilə aparması qənaətinə gəlməyə əsas verir. Məhkəmə, həmçinin hesab edir ki, cavabdehin etiraf etmədiyi cehiz əşyalarının məhz iddiaçı tərəfindən alınması, cavabdehə məxsus evə gətirməsi sübuta yetirilməmişdir. İddiaçı bununla əlaqədar hər hansı şəkil belə təqdim etməmişdir. Beləliklə, iddiaçı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh lüstur -1 ədəd, pastellər - 2 dəst, stol-stul - 8 ədəd, qorka, divan, yorğan -3 ədəd, döşək - 2 ədəd, taxt - 1 ədəd, taxt döşəyi - 1 ədəd, taxt yorğan — 1 ədəd, yastıq - 6 ədəd, nalça - 6 ədəd, xalça - 1 ədəd, daroşka qapı ağzı üçün - 1 ədəd, uşaq çarpayısı - 1 ədəd, velosiped - 1 ədəd, sandıq - 1 ədəd, tumbuçka - 2 ədəd, termo - 1 ədəd, şifoner - 1 ədəd, pərdə yataq otağı üçün - 1 ədəd, tozsoran - 1 ədəd, toktermus - 1 ədəd, sok çəkən - 1 ədəd, güldan - 1 ədəd, bıçaq dəsti - 1 ədəd, çamadan - 1 ədəd, qaşıq naboru - 1 dəst, nabor - 1 dəst, bakallar - 6 ədəd, rumka - 6 ədəd, dəm çayniki - 1 ədəd, bakal dəst - 1 ədəd, çüyün qazan - 1 ədəd, kofe dəsti və ya onların dəyəri alınıb İddiaçı verilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh lüstur -1 ədəd, pastellər - 2 dəst, stol-stul - 8 ədəd, qorka, divan, yorğan -3 ədəd, döşək - 2 ədəd, taxt - 1 ədəd, taxt döşəyi - 1 ədəd, taxt yorğan — 1 ədəd, yastıq - 6 ədəd, nalça - 6 ədəd, xalça - 1 ədəd, daroşka qapı ağzı üçün - 1 ədəd, uşaq çarpayısı - 1 ədəd, velosiped - 1 ədəd, sandıq - 1 ədəd, tumbuçka - 2 ədəd, termo - 1 ədəd, şifoner - 1 ədəd, pərdə yataq otağı üçün - 1 ədəd, tozsoran - 1 ədəd, toktermus - 1 ədəd, sok çəkən - 1 ədəd, güldan - 1 ədəd, bıçaq dəsti - 1 ədəd, çamadan - 1 ədəd, qaşıq naboru - 1 dəst, nabor - 1 dəst, bakallar - 6 ədəd, rumka - 6 ədəd, dəm çayniki - 1 ədəd, bakal dəst - 1 ədəd, çüyün qazan - 1 ədəd, kofe dəsti və ya onların dəyəri alınıb İddiaçı verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar