Məhkəmə qərarları › İş №2(031)-278/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-278/2025

03.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-278/2025 03.06.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1991-ci ildə Şabran şəhərində doğulmuş X1 29 mart 1992-ci ildə Şabran şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, X2 onun qızı olmuşdur. X2 xx.xx.1991-ci ildə Şabran şəhərində anadan olmuş, 29 mart 1992-ci ildə Şabran şəhərində vəfat etmiş və Şabran şəhər qəbiristanlığında dəfn olunmuşdur. Vəfat edərkən təcili tibbi yardım çağırılmadığı üçün ölüm haqqında tibbi arayış alınmamışdır. Hazırda vərəsəlik işlərinin həyata keçirilməsindən üçün ölüm haqqında şəhadətnamə almaqdan ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığından qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilə bilməməsi, bu barədə məhkəməyə müraciət edilməli olduğu bildirilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə proses iştirakçısının izahatını, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 17 yanvar 2025-ci il tarixli aktdan görünür ki, Şabran şəhəri, Melorasiya küçəsi, ev 25-də yaşayan Ərizəçi qızı X2 29 mart 1992-ci ildə Dəvəçi (indiki Şabran) şəhərində vəfat etmiş və şəhər qəbirisanlığında dəfn edilmişdir. Aktın doğruluğunu S.Dostiyeva, S.Məmmədova və F.Çaxayeva öz imzaları ilə təsdiq etmişdir. İş materiallarında olan "Şabran Rayon Mərkəzi Xəstəxanası" X4 tərəfindən verilmiş 05 aprel 2025-ci il tarixli məktubdan görünür ki, vəfat etmiş X1 ölümü ilə bağlı olan sənədlərin saxlanma müddəti bitdiyi üçün müəssisənin arxivindən çıxarılaraq ləğv edildiyinə görə ölümün səbəbi barədə heç bir məlumat verə bilməmişdirlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2024-cü il tarixli, 2 nömrəli məktubdan görünür ki, X1 ölümü haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən, ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməlidir. İş materiallarında olan Şabran rayon İcra Hakimiyyəti başçısının Şabran şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən Tərlan Əliməmmədova ünvanlanmış 7 may 2025-ci il tarixli məktubdan görünür ki, X1 vəfat etməsi ilə bağlı heç bir sənəd təqdim edilmədiyindən, sözü gedən arayışın hazırlanması mümkün olmamışdır. İş materiallarında olan Şabran Rayonu Şabran Bələdiyyəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X2 xx.xx.1991-ci ildə Şabran şəhərində anadan olmuş, 29 mart 1992-ci ildə Şabran şəhərində vəfat etmiş və Şabran şəhərinin Dəvəçikənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, həqiqətən də X2 29 mart 1992-ci ildə Şabran şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Müəyyən edilmişdir ki, Ərizəçi qızı X1 ölümü haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1991-ci ildə Şabran şəhərində doğulmuş X1 29 mart 1992-ci ildə Şabran şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1991-ci ildə Şabran şəhərində doğulmuş X1 29 mart 1992-ci ildə Şabran şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar