Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-308/2025 22.04.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Şabran Rayon Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və vərəsəlik hüququnun tanınması tələbinə dair mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Şabran Rayon Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edərək, X2, X5nın vəfatından sonra Şabran rayon Notariusu tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin (vərəsəlik işi V-62/2021) etibarsız hesab edilməsi və xx.xx.2021-ci il tarixində vəfat etmiş anası X7 miras qalmış əmlaka dair onun vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinə düzəliş ərizəsi ilə məhkəməyə müraciət edərək, X2, X5nın vəfatından sonra Şabran rayon Notariusu tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və xx.xx.2021-ci il tarixində vəfat etmiş anası X7 miras qalmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən, qeydiyyat tarixi xx.xx.2020-ci il, qeydiyyat nömrəsi **********, reyester nömrəsi **********33 olan çıxarışa əsasən verilmiş 0.4975 ha torpaq sahəsinin 1/7 hissəsinə, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən, qeydiyyat tarixi xx.xx.2020-ci il, qeydiyyat nömrəsi **********, reyester nömrəsi **********31 olan çıxarışa əsasən verilmiş 1.9382 ha torpaq sahəsinin 1/7 hissəsinə, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən, qeydiyyat tarixi xx.xx.2020-ci il, qeydiyyat nömrəsi **********, reyester nömrəsi **********32 olan çıxarışa əsasən verilmiş 3.207 ha torpaq sahəsinin 1/7 hissəsinə, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən, qeydiyyat tarixi xx.xx.2020-ci il, qeydiyyat nömrəsi **********, reyester nömrəsi **********49-10301 olan çıxarışa əsasən 176,4 kvm verilmiş fərdi yaşayış evinin X12 aid olan hissəsinə dair onun vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2006-cı il tarixində Şabran şəhərində anadan olmuşdur. X4, anam X13r. X5 xx.xx.2021-ci il tarixində "ürək çatışmazlığından" vəfat etmişdir, X4 xx.xx.2024-cü il tarixində "Ürək çatışmazlığından" vəfat etmişdir. Özü hərbi məktəbdə oxuyur. 2025-ci ilin fevral ayında qış tətilinə gəldikdə, Şabran rayonu ərazisində anasının vəfatından sonra miras qalmış əmlakı vərəsə kimi qəbul etmək istədikdə Şabran rayon Notariat ofisində ona bildirildi ki, mərhum X4 xx.xx.2021-ci il tarixində anasından qalmış miras əmlaka "Qanun üzrə vərəsəlik hüququ haqqında" Şəhadətnamə alıb və həmin Şəhadətnamədə o vərəsə kimi qeyd edilməmişdir. Şabran rayon Notariat Ofisində ona bildirildi ki, anasından qalan miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməmyə ərizə verərək onun iştirakı olmadan baxıb iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 nümayəndəsi X14 bildirdi ki, X23 qızı X7 miras qalmış ona çatan paydan İddiaçı xeyrinə imtina edir. Bu barədə məhkəməyə ərizə də təqdim etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Şabran Rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında 04 mart 2021-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X9 vərəsəsi X16 miras əmlakdan tam hissədə pay almalıdır. İş materiallarında olan AZ-İİİ seriyalı 829032 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X9 birgə nikahlarından xx.xx.2006-cı ildə İlkin adlı uşaqları olmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı 151552 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2021-ci ildə ölmüşdür. İş materiallarında olan AZ-İİ seriyalı 395542 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2024-cü ildə ölmüşdür. İş materiallarında olan İ-JQ seriyalı 495333 saylı və AZ-T seriyalı 112920 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X15 ilə X18 birgə münasibətlərindən xx.xx.1964-cü ildə Təranə və xx.xx.1973-cü ildə Pərvanə adlı uşaqları olmuşdur. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən, qeydiyyat tarixi xx.xx.2020-ci il, qeydiyyat nömrəsi **********, reyester nömrəsi **********33 olan çıxarışa əsasən X18 və ailə üzvlərinin mülkiyyətinə Şabran rayonu Qalagah kəndi ərazisindən 0.4975 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən, qeydiyyat tarixi xx.xx.2020-ci il, qeydiyyat nömrəsi **********, reyester nömrəsi **********31 olan çıxarışa əsasən X20 və ailə üzvlərinin mülkiyyətinə Şabran rayonu Qalagah kəndi ərazisindən 1.9382 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən, qeydiyyat tarixi xx.xx.2020-ci il, qeydiyyat nömrəsi **********, reyester nömrəsi **********32 olan çıxarışa əsasən verilmiş X20 və ailə üzvlərinin mülkiyyətinə Şabran rayonu Qalagah kəndi ərazisindən 3.207 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən, qeydiyyat tarixi xx.xx.2020-ci il, qeydiyyat nömrəsi **********, reyester nömrəsi **********49-10301 olan çıxarışa əsasən X20 və ailə üzvlərinin birgə mülkiyyətinə Şabran rayonu Qalagah kəndi ərazisindən 176,4 kvm fərdi yaşayış evi verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29.5-ci maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsiində göstərilir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1321-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmenti, belə predmentlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Məcəllənin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərini, ölümün qeydə edilmə faktını və mirasın qəbul edilməsi faktını müəyyən edə bilər. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının X5 xx.xx.2021-ci il tarixində, X4 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. X1 daşınmaz əmlaklar miras qalmışdır. X3 xx.xx.2021-ci il tarixində həyat yoldaşından qalmış miras əmlaka "Qanun üzrə vərəsəlik hüququ haqqında" Şəhadətnamə almış və həmin Şəhadətnamədə iddiaçı vərəsə kimi qeyd edilməmişdir. İddiaçının həmin vaxt 14 yaşı tamam olmadığı üçün vərəsəliyi qəbul edə bilməmişdir. İddiaçının anasından miras qalmış daşınmaz əmlaklar hazırda iddiaçının ana nənəsi X18 adına qeydə alınmış, məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində dindirilən X18 nümayəndəsi X14 məhkəmə iclasında iddia tələbini etiraf etmiş, ərizə ilə məhkəməyə müraciət edərək qızı X7 miras qalmış ona çatan paydan İddiaçı xeyrinə imtna etmişdir. Odur ki, belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X2, X5nın vəfatından sonra Şabran rayon Notariusu tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və xx.xx.2021-ci il tarixində vəfat etmiş X7 miras qalmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən, qeydiyyat tarixi xx.xx.2020-ci il, qeydiyyat nömrəsi **********, reyester nömrəsi **********33 olan çıxarışa əsasən verilmiş 0.4975 ha torpaq sahəsinin 1/7 hissəsinə, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən, qeydiyyat tarixi xx.xx.2020-ci il, qeydiyyat nömrəsi **********, reyester nömrəsi **********31 olan çıxarışa əsasən verilmiş 1.9382 ha torpaq sahəsinin 1/7 hissəsinə, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən, qeydiyyat tarixi xx.xx.2020-ci il, qeydiyyat nömrəsi **********, reyester nömrəsi **********32 olan çıxarışa əsasən verilmiş 3.207 ha torpaq sahəsinin 1/7 hissəsinə, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən, qeydiyyat tarixi xx.xx.2020-ci il, qeydiyyat nömrəsi **********, reyester nömrəsi **********49-10301 olan çıxarışa əsasən 176,4 kvm verilmiş fərdi yaşayış evinin X12 aid olan hissəsinə İddiaçı vərəsəlik hüququ tanınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. X2, X5nın vəfatından sonra Şabran rayon Notariusu tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. xx.xx.2021-ci il tarixində vəfat etmiş X7 miras qalmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən, qeydiyyat tarixi xx.xx.2020-ci il, qeydiyyat nömrəsi **********, reyester nömrəsi **********33 olan çıxarışa əsasən verilmiş 0.4975 ha torpaq sahəsinin 1/7 hissəsinə, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən, qeydiyyat tarixi xx.xx.2020-ci il, qeydiyyat nömrəsi **********, reyester nömrəsi **********31 olan çıxarışa əsasən verilmiş 1.9382 ha torpaq sahəsinin 1/7 hissəsinə, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən, qeydiyyat tarixi xx.xx.2020-ci il, qeydiyyat nömrəsi **********, reyester nömrəsi **********32 olan çıxarışa əsasən verilmiş 3.207 ha torpaq sahəsinin 1/7 hissəsinə, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən, qeydiyyat tarixi xx.xx.2020-ci il, qeydiyyat nömrəsi **********, reyester nömrəsi **********49-10301 olan çıxarışa əsasən 176,4 kvm verilmiş fərdi yaşayış evinin X12 aid olan hissəsinə dair İddiaçı vərəsəlik hüququ tanınsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-308/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-308/2025
22.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver