Məhkəmə qərarları › İş №2(031)-334/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-334/2025

04.03.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-334/2025 04.03.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediatorun iştirakı ilə bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/8/2024-00353 saylı "Barışıq Sazişi"-nin alimentə aid hissəsində məhkəmə qaydasında təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə alimentin artırılması ilə bağlı Bakı 8 saylı Mediasiya Təşkilatının MŞB/8/2024-00353 saylı xx.xx.2024- ci il tarixli "Barışıq Sazişi"nə əsasən birgə nikahdan dünyaya gələn övladları xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Maraqlı şəxs xx.xx.2024-ci il tarixdən etibarən ona hər ayın 10-dək hər uşaq üçün 235 manat, cəmi 470 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Ancaq Maraqlı şəxs tərəfindən bu günə kimi sazişin alimentə dair şərtləri yerinə yetirilməmişdir. Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, aliment ödənişlərində gecikmə və ödənişin qalıqları olmuşdur. Buna səbəb olaraq bildirir ki, birgə nikah dövründə olan kredit borclarını maddi və səhhəti ilə əlaqədar ödəyə bilmədiyi üçün Şabran rayon məhkəməsinin qərarına əsasən əmək haqqından hal-hazırda tutmalar var. Xahiş edir, bu nəzərə alınsın. Alimentin qalan qalıqları və ödənişləri tez bir zamanda aradan qaldıracağına söz verir. Aliment ödənişlərinin çeklərini təqdim edir, bu çeklər son 2 ay-dekabr və yanvar ayına olan çeklərdir. Aliment məbləğini iddiaçı Elina Mammedovanın adına açılan kart hesabına köçürülmüşdür. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəsini müdafiə edərək əlavə olaraq bildirdi ki, Maraqlı şəxs uşaqların saxlanılması üçün hər üç aydan bir aliment ödəyir, həmin almenti də dəfələrlə ona zəng etdikdən sonra ödəyir. Xahiş edir, ərizəsi təmin edilsin, alimentin tutulması əmək haqqına yönəldilsin. Maraqlı şəxs notariatda təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar təyin olunmuş məhkəmə iclasında iştirak edə bilmir. Aliment borcunu vaxtıvaxtında ödədiyi üçün qaldırılan iddia tələbini qəbul etmir və növbəti məhkəmə iclasının aprel ayında keçirilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2007-ci ildə Haciqulu və xx.xx.2010-cu ildə Rəsul adlı uşaqları olmuşdur. İş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış Bakı 8 saylı mediasiya təşkilatının mediatoru X4 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MŞB/8/2024-00353 saylı barışıq sazişindən görünür ki, tərəflər İkinci tərəf: Maraqlı şəxs Bu Sazişi imzalandıqdan sonra Birinci tərəf həyat yoldaşı Ərizəçi ilə 5 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2021-ci il tarixdə № 485 qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdır. 2. İkinci tərəf: Əmirov X5 tərəf həyat yoldaşı Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2010- cu il təvəllüdlü X3 Birinci tərəf Ərizəçi (ananın) yanında (himayəsində) qalmalarına razıdır. 3. İkinci tərəf: Əmirov X5 tərəf həyat yoldaşı Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Birinci tərəf Ərizəçi xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 10-dək hər uşaq üçün 235 manat olmaqla, 470 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürür. Bu aliment məbləğini birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öhdəlik götürür. 4. İkinci tərəf: Əmirov X5 tərəf həyat yoldaşı Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2010- cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Birinci tərəf Ərizəçi ödəyəcəyi aliment məbləği, gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə, aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına (ödəyəcəyinə) dair öhdəlik götürür. 5. İkinci tərəf: Əmirov X5 tərəf həyat yoldaşı Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 uşaqların mənafei nəzərə alınmaqla (ananın iştirakı olmadan) vaxt məhdudiyyəti qoyulmadan ünsiyyətdə olmasına Birinci tərəf Ərizəçi şərait yaradacağına dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. 6. İkinci tərəf: Maraqlı şəxs Bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və Birinci tərəfə qarşı qarşılıqlı tələblərinin olmadığını təsdiq edir.Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət edəcəyi ilə razıdır və buna etiraz etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, Ərizəçi Gürcüstan Respublikasının vətəndaşıdır, o, hazırda müvvəqqəti olaraq Bakı şəhəri, Binəqədi rayonu, 9 mik., Mir Cəlil 59K ünvanında yaşayır. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilən 82201626 saylı bildirişdə də Ərizəçi xx.xx.2025-ci il tarixinədək olduğu yer üzrə qeydiyyata alınması göstərilmiş, lakin hansı ünvanda yaşaması göstərilməmişdir. Hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış rəsmi nikah Şabran Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2(031)-373/2024 saylı qətnaməsinə əsasən pozulmuşdur. Ərizəçi uzun bir müddət Şabran şəhərində yaşamış və axırıncı yaşayış yeri Şabran şəhəri olmuşdur. Belə olan halda, Ərizəçi "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə Şabran Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/8/2024-00353 saylı barışıq sazişinin alimentə dair hissəsinin təsdiq edilməsi barədə Ərizəçi ərizəsi təmin edilməli, İkinci tərəf: Əmirov X5 tərəf həyat yoldaşı Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Birinci tərəf Ərizəçi xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 10-dək hər uşaq üçün 235 manat olmaqla, 470 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürür. Bu aliment məbləğini birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öhdəlik götürür. İkinci tərəf: Əmirov X5 tərəf həyat yoldaşı Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2010- cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Birinci tərəf Ərizəçi ödəyəcəyi aliment məbləği, gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə, aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına (ödəyəcəyinə) dair öhdəlik götürür hissəsi təsdiq edilməlidir.Belə ki, Maraqlı şəxs öz ərizəsində göstərmişdir ki, aliment ödənişlərində gecikmə və ödənişin qalıqları olmuşdur. Buna səbəb olaraq bildirir ki, birgə nikah dövründə olan kredit borclarını maddi və səhhəti ilə əlaqədar ödəyə bilmədiyi üçün Şabran rayon məhkəməsinin qərarına əsasən əmək haqqından hal-hazırda tutmalar var. Xahiş edir, bu nəzərə alınsın. Alimentin qalan qalıqları və ödənişləri tez bir zamanda aradan qaldıracağına söz verir.Göründüyü kimi Maraqlı şəxs barışıq sazişinin icrasından imtina edir. Belə olduğu halda Maraqlı şəxs hər ayın 10-dək xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat məbləğində aliment tutularaq Ərizəçi ödənilməlidir. Həmçinin barışıq sazişinin təsdiq edilməsi alimentin tutulması məsələsi ilə bağlı olduğundan qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediatorun iştirakı ilə bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/8/2024-00353 saylı barışıq sazişinin alimentə aid “3. İkinci tərəf: Əmirov X5 tərəf həyat yoldaşı Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Birinci tərəf Ərizəçi xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 10-dək hər uşaq üçün 235 manat olmaqla, 470 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürür. Bu aliment məbləğini birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öhdəlik götürür. 4. İkinci tərəf: Əmirov X5 tərəf həyat yoldaşı Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Birinci tərəf Ərizəçi ödəyəcəyi aliment məbləği, gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə, aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına (ödəyəcəyinə) dair öhdəlik götürür “ hissəsi təsdiq edilsin. Maraqlı şəxs hər ayın 10-dək xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat məbləğində aliment tutularaq Ərizəçi ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar