Məhkəmə qərarları › İş №2(031)-335/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-335/2025

14.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-335/2025 14.04.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X6 katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1937-ci il təvəllüdlü X3 xx.xx.1991-ci ildə Dəvəçi (indiki Şabran) şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, X4 onun anasıdır. Anası 1937-ci ildə Xaçmaz rayonunun Qalağan kəndində anadan olmuşdur. X1 isə xx.xx.1991-ci ildə Dəvəçi (indiki Şabran) şəhərində vəfat etmiş və şəhər qəbiristanlığında dəfn olunmuşdur. Atası vəfat edərkən təcili tibbi yardım çağırılmadığı üçün ölüm haqqında tibbi arayış alınmamışdır. X2 xx.xx.2010-cu ildə vəfat etmişdir. Valideynlərindən miras qalmış əmlaka vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün anasının ölümü haqqında şəhadətnamə almaqdan ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilə bilməz, bu barədə məhkəməyə müraciət edilməlidir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, Ərizəçi onun qonşusudur, 1991-ci ilin əvvəllərində onun özünün toyu olmuş, toyun səhəri günü onunla yaşayan anası Gövhər xala vəfat etmişdir, şəhər qəbiristanlığında dəfn edilmişdir. Yas mərasimlərində qonşu kimi iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidin hazırlıq iclasında verdiyi ifadəsini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1, 307.2.3, 308, 309.1 və 310-311-ci maddələrinin tələblərini rəhbər tutaraq, müəyyən etmişdir ki, X4 xx.xx.1991ci ildə Dəvəçi (indiki Şabran) şəhərində vəfat etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 7 nömrəli məktubunda göstərilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə şöbəyə təqdim edilmədiyindən X3 ölümünün qeydə alınması mümkün deyildir. İş materiallarında olan 13 fevral 2025-ci il tarixli aktdan görünür ki, X4 xx.xx.1991-ci ildə Şabran şəhər qəbristanlığında dəfn edilmişdir. Aktın doğruluğunu Ş.Eynalov, S.Salmanov, Ə.Salmanov, G.Eynalova öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan İE seriyalı 212815 saylı evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X4 08 dekabr 1955-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İş materiallarında olan AZ seriyalı 026373 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X3 birgə nikahlarından xx.xx.1961-ci ildə Zahir adlı uşaqları olmuşdur. İş materiallarında olan AZ-İ seriyalı 460793 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2010-cu ildə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə qeyd edir ki, iş materiallarının məcmusu ərizənin doğruluğunu təsdiq edir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, 1937-ci il təvəllüdlü X3 xx.xx.1991-ci ildə Dəvəçi (indiki Şabran) şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1937-ci il təvəllüdlü X3 xx.xx.1991-ci ildə Dəvəçi (indiki Şabran) şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar