Məhkəmə qərarları › İş №2(031)-34/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-34/2024

24.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-34/2024 24.12.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "özbaşına tiklilərin sökülməsi, mülkiyyətə qarşı qəsd və başqa maneələrə son qoyulması, mülkiyyətə cürbəcür hədsiz təsirlərin qadağan edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh qarşı "özbaşına tiklilərin sökülməsi, mülkiyyətə qarşı qəsd və başqa maneələrə son qoyulması, mülkiyyətə cürbəcür hədsiz təsirlərin qadağan edilməsi" tələbi dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Şabran şəhəri, İ. Qayıbov küçəsində qanunsuz sahibliyində olan torpaq sahəsində inşa edilmiş özbaşına tiklilərin onun hesabına sökülməsi, Cavabdeh tərəfindən mülkiyyətinə qarşı etdiyi qəsd və başqa maneələrə son qoyulması, cavabdehin mülkiyyətinə cürbəcür hədsiz (qanunsuz) təsirlərinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bununla yanaşı İddiaçı xx.xx.2022ci il tarixli iddia ərizəsinə dəqiqləşmə ərizəsini məhkəməyə təqdim edərək, Cavabdeh tərəfindən Şabran şəhəri, İ. Qayıbov küçəsində evlərinin yaxınlığında inşa edilmiş özbaşına tiklilərin onun hesabına sökülməsi, Cavabdeh tərəfindən mülkiyyətinə qarşı etdiyi qəsd və başqa maneələrə son qoyulması, cavabdehin mülkiyyətinə cürbəcür hədsiz (qanunsuz) təsirlərinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Dəvəçi (indiki Şabran) rayonu Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli 06 saylı qərarı ilə onun və anası X4 ümumi birgə mülkiyyətinə Şabran şəhəri ərazisindən 0.10 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Onlara torpağın mülkiyyətə verilməsinə dair JN-573F, kod 30401004 saylı şəhadətnamə verilmişdir. Onların həmin torpaq sahəsində fərdi yaşayış evləri mövcuddur. X2 bələdiyyə mülkiyyətində olan torpaq sahəsini, həmçinin onlara məxsus torpaq sahəsinin bir hissəsini özbaşına olaraq zəbt etməklə evlərinin pəncərəsinin altında tikinti işləri aparmaqdadır. Cavabdehin tikinti işlərini apardığı torpaq sahəsi onun mülkiyyətində deyil, onun qanunsuz sahibliyindədir. Cavabdeh tikinti işlərini heç bir layihə olmadan və lazımi icazə almadan aparmaqdadır. Göründüyü kimi həmin tikili özbaşına tikinti sayılır. O, ondan tikinti işlərini dayandırmasını və özbaşına olaraq inşa etdiyi tikililəri söküb yığışdırmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Həmçinin qeyd edir ki, vaxtı ilə cavabdehin yaşadığı evdə yanğın baş vermiş, onun zəngindən və müdaxiləsindən sonra həmin yanğın söndürülmüşdür. Əgər o, vaxtında yanğının söndürülməsi üçün zəng vurmasaydı evləri də yanıb kül olacaqdı. Göründüyü kimi həm də təhlükəsizliyi baxımından həmin özbaşına tikililər sökülməlidir. O, qeyd olunan məsələ ilə bağlı Şabran rayon Polis Şöbəsinə müraciət etsə də, ona tələbi mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Şabran RPŞ-nin TQ- nun 20 noyabr 2021-ci il tarixli “cinayət təqibinin başlanılmasımn rədd edilməsi haqqında” qərarında qeyd olunmuşdur ki, ünvan 1 ünvanında yaşayan X6 istifadəsində olan 600 m2 torpaq sahəsində heç bir rəsmi sənəd olmadan, qeyri-qanuni fərdi yaşayış evi və köməkçi otaqlar tikmişdir. Beləliklə, X5 əməlində Azərbaycan Respublikası İXM-nin 395-ci maddəsinin tərkib hissəsinin olması izahatlarda tam sübuta yetirilmişdir. Göründüyü kimi Şabran RPŞ-nin TQ-nun qərarı ilə də bir daha cavabdehin özbaşına tikililər inşa etdiyi öz təsdiqini tapmışdır. O, uzun illər Azərbaycan Dəmir Yolları QSC-də müxtəlif vəzifələrdə işləmişdir. Səhhətində bir sıra problemlər var və bununla əlaqədar müalicələr alır. Cavabdeh bunu bilə-bilə tikinti işləri aparmaqla qəsdən səs-küy yaradaraq ona acıq verir, bu da müalicəsinə mənfi təsir göstərən narahatçılığa səbəb olur. Cavabdeh həmçinin müxtəlif formalarda mülkiyyətinə qarşı qəsd və başqa maneələr etməkdədir. Qeyd olunan məsələlərlə bağlı dəfələrlə aidiyyatı orqanlara (Şabran rayon İcra Hakimiyyətinə, Şabran şəhər İƏD üzrə nümayəndəliyə, Şabran şəhər bələdiyyəsinə) rəsmi qaydada müraciətlər etsə də, müraciətlərinin heç bir müsbət nəticəsi olmamış, üstəlik cavabdeh onu hədələyir və nə istəsə onu da edəcəyəm deyir. Ona görə də cavabdeh tərəfindən özbaşına tikililərin sökülməsi, mülkiyyətə qarşı qəsd və başqa maneələrə son qoyulması, mülkiyyətə cürbəcür hədsiz (qanunsuz) təsirlərin qadağan edilməsi iddia ərizəsi ilə məhkəməyə müraciət edir Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, onun tərəfindən Şabran şəhəri, İ.Qayıbov küçəsində evlərin yaxınlığında inşa edilmiş tikililər özünə məxsus JN-574A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən verilmiş torpaq sahəsində yerləşir. Onun zəbt edərək hasara aldığı 2 sot torpaq sahəsi Şabran bələdiyyəsinə məxsusdur. Zəbt edilən hissə mübahisələndirilən əraziyə aid deyil. Onun Şabran şəhərində yerləşən üzərində fərdi yaşayış və həyət tikilisi olan torpaq sahəsinin sərhədləri mişar daşı, çay daşı və metal torla hasarlanmışdır. O, İddiaçı məxsus torpaq sahəsini zəbt etməmişdir. Bu səbəbdən də, iddia əsassız olduğundan təmin edilməsin. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-34/2-6592/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, Şabran Rayon Məhkəməsinin 2(031)-30/2023- 016 saylı, xx.xx.2023-cü il tarixli qərarda əsasında 1-ci sual üzrə Cavabdeh tərəfindən X3 (sahəsinə) hədsiz (qanunsuz) təsirlərin səs küyün yaradılıb yaradılmamasını müəyyən etmək “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətləri xaricində olduğundan aidiyyəti üzrə yönəldilməsi xahiş edilmiş, 3-cü sual üzrə isə Cavabdeh Şabran şəhərində yerləşən üzərində fərdi yaşayış və həyət tikilisi olan torpaq sahəsinin sərhədləri mişar daşı, çay daşı və metal torla hasarlandığı, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş xəritə məlumatlarına əsasən Cavabdeh istifadəsində olan torpaq sahəsinin 0.01016 ha hissəsi JN-573F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnmə ilə X1 və anası X4 mülkiyyətinə verilmiş 0.10 ha torpaq sahəsinin cizgilərinin üzərində yerləşdiyi, Cavabdeh ilə JN-573F saylı şəhadətnaməyə məxsus torpaq sahəsinin sərhədinin bir hissəsinin çay daşı ilə, bir hissəsinin metal torla hasarlandığı və çay daşı ilə hasarlanmış hissənin uzun illər öncə inşa edildiyinin müəyyən olunduğu qeyd edilərək, mübahisələndirilən sahəyə yenidən komissiya şəklində müvafiq nümayənələr ilə yerində baxış keçirilməsinin məqsədəuyğun hesab edildiyi bildirilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 05 noyabr 2024-cü il tarixli 3-16-16/2-10/7034 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin texnik inventarlaşdırıcısı Mircavad Ağayevin mütəxəssis rəyində qeyd edilir ki, yerində baxış keçirilməklə JN-574A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında Cavabdeh mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin üzərində mişar daşından fərdi yaşayış evi və saman kərpicdən inşa edilmiş həyət tikilisi (mübahisələndirilən tikili) mövcuddur. Həmin tikililər JN-574 A saylı şəhadətnamənin cizgiləri daxilindədir. Sahənin üzərində bu tikililərdən başqa tikili yoxdur. Cavabdeh tərəfindən X3 (sahəsinə) hədsiz (qanunsuz) təsirlərin səs-küyün yaradılıb- yaradılmamasını müəyyən etmək “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publim hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyələri xaricində olduğundan aidiyyəti üzrə yönəldilməsi xahiş edilir. Cavabdeh tərəfindən Şabran şəhəri, İ.Qayıbov küçəsində evlərin yaxınlığında (evlərinin pəncərəsinin altında) inşa edilmiş tikililərin yerləşdiyi torpaq sahəsi Cavabdeh məxsus JN-574A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin cizgiləri daxilindədir. Cavabdeh zəbt edərək hasara aldığı 2 sot torpaq sahəsi Şabran bələdiyyəsinə məxsusdur. Zəbt edilən hissə mübahisələndirilən əraziyə aid deyil. Cavabdeh Şabran şəhərində yerləşən üzərində fərdi yaşayış və həyət tikilisi olan torpaq sahəsinin sərhədləri mişar daşı, çay daşı və metal torla hasarlanmışdır. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olan torpaq sahəsinin 0.01016 ha hissəsi JN-573F saylı torpağı mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X1 və anası X4 mülkiyyətinə verilmiş 0.10 ha torpaq sahəsinin cizgilərinin üzərində yerləşir. Cavabdeh JN- 573F şəhadətnaməyə məxsus torpaq sahəsinin sərhədinin bir hissəsi çay daşı ilə, bir hissəsi metal torla hasarlanıb. Çay daşı ilə hasarlanmış hissənin uzun illər öncə inşa edildiyi müəyyən olundu (hasar fiziki olaraq aşınıb, köhnəlib, üzəri mamır bitkisi ilə bağlanıb). Bu səbəbdən mübahisələndirilən sahəyə yenidən komissiya şəklində müvafiq nümayəndələrilə birlikdə baxış keçirilməsi məqsədə uyğun hesab edilir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh tərəfindən Şabran şəhəri, İ.Qayıbov küçəsində evlərin yaxınlığında (evlərinin pəncərəsinin altında) inşa edilmiş tikililərin yerləşdiyi torpaq sahəsi Cavabdeh məxsus JN-574A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin cizgiləri daxilindədir. Cavabdeh zəbt edərək hasara aldığı 2 sot torpaq sahəsi Şabran bələdiyyəsinə məxsusdur. Zəbt edilən hissə mübahisələndirilən əraziyə aid deyil. Cavabdeh Şabran şəhərində yerləşən üzərində fərdi yaşayış və həyət tikilisi olan torpaq sahəsinin sərhədləri mişar daşı, çay daşı və metal torla hasarlanmışdır. Eyni zamanda, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 05 noyabr 2024-cü il tarixli 3-16-16/2-10/7034 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin texnik inventarlaşdırıcısı Mircavad Ağayevin mütəxəssis rəyində qeyd edilir ki, yerində baxış keçirilməklə JN-574A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında Cavabdeh mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin üzərində mişar daşından fərdi yaşayış evi və saman kərpicdən inşa edilmiş həyət tikilisi (mübahisələndirilən tikili) mövcuddur. Həmin tikililər JN-574 A saylı şəhadətnamənin cizgiləri daxilindədir. Sahənin üzərində bu tikililərdən başqa tikili yoxdur. Cavabdeh tərəfindən X3 (sahəsinə) hədsiz (qanunsuz) təsirlərin səs-küyün yaradılıb- yaradılmamasını müəyyən etmək “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publim hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyələri xaricində olduğundan aidiyyəti üzrə yönəldilməsi xahiş edilir. Cavabdeh tərəfindən Şabran şəhəri, İ.Qayıbov küçəsində evlərin yaxınlığında (evlərinin pəncərəsinin altında) inşa edilmiş tikililərin yerləşdiyi torpaq sahəsi Cavabdeh məxsus JN-574A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin cizgiləri daxilindədir. Cavabdeh zəbt edərək hasara aldığı 2 sot torpaq sahəsi Şabran bələdiyyəsinə məxsusdur. Zəbt edilən hissə mübahisələndirilən əraziyə aid deyil. Cavabdeh Şabran şəhərində yerləşən üzərində fərdi yaşayış və həyət tikilisi olan torpaq sahəsinin sərhədləri mişar daşı, çay daşı və metal torla hasarlanmışdır. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olan torpaq sahəsinin 0.01016 ha hissəsi JN-573F saylı torpağı mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X1 və anası X4 mülkiyyətinə verilmiş 0.10 ha torpaq sahəsinin cizgilərinin üzərində yerləşir. Cavabdeh JN- 573F şəhadətnaməyə məxsus torpaq sahəsinin sərhədinin bir hissəsi çay daşı ilə, bir hissəsi metal torla hasarlanıb. Çay daşı ilə hasarlanmış hissənin uzun illər öncə inşa edildiyi müəyyən olunmuşdur. Belə olan halda, məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "özbaşına tiklilərin sökülməsi, mülkiyyətə qarşı qəsd və başqa maneələrə son qoyulması, mülkiyyətə cürbəcür hədsiz təsirlərin qadağan edilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstrilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "özbaşına tiklilərin sökülməsi, mülkiyyətə qarşı qəsd və başqa maneələrə son qoyulması, mülkiyyətə cürbəcür hədsiz təsirlərin qadağan edilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı isə Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar