Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-354/2020 12.05.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə ƏRİZƏÇİ: Ərizəçi MARAQLİ TƏRƏF: Maraqlı şəxs Ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 16 noyabr 2019-cu il təvəllüdlü x2 04 fevral 2020-ci il tarixində Şabran şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, x5 onun qızı olmuşdur. Qızı 04.02.2020-ci ildə vəfat etmiş və Şabran rayon qəbiristanlığında dəfn edilmişdir. Qızı vəfat edərkən təcili tibbi yardım çağrılmadığı üçün ölüm haqqında tibbi arayış alınmamışdır. Qızı üçün ölüm haqqında şəhadətnamə almaqdan ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilə bilməz, bu barədə məhkəməyə müraciət edilməlidir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmişdir. Xahiş edir, 16 noyabr 2019-cu il təvəllüdlü x2 04 fevral 2020-ci il tarixində Şabran şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılsın. İş üzrə maraqlı tərəf Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı tərəfin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işdə olan sənədləri apaşdırıb hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş x6 və x1 bildirdilər ki, 16 noyabr 2019-cu il təvəllüdlü x5 onların nəvələridir. Nəvələri x5 04 fevral 2020-ci il tarixində Şabran şəhərində vəfat etmiş və Şabran rayon qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında dindirilmiş x7 da eyni məzmunlu ifadə verərək qızı x2 04 fevral 2020-ci il tarixində Şabran şəhərində vəfat etməsini bildirdi. İşə əlavə edilmiş AZ-İİ seriyalı 257730 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə x8 03 iyul 2018-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İşə əlavə edilmiş AZ-İV seriyalı 339788 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə x3 birgə nikahlarından 16.11.2019-cu ildə Cəmilə adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 19 fevral 2020-ci il tarixli 13 saylı məktubdan görünür ki, x2 ölüm haqqında tibbi şəhadətnaməsi olmadığından ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməlidir. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, həqiqətən də x5 04 fevral 2020-ci il tarixində Şabran şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1. maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Müəyyən edilmişdir ki, Ərizəçi qızı x2 ölümü haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Azərbaycan Respublikası MPM-nin 311. maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 16 noyabr 2019-cu il təvəllüdlü x2 04 fevral 2020-ci il tarixində Şabran şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə q ət etdi: Ərizə təmin edildi. 16 noyabr 2019-cu il təvəllüdlü x2 04 fevral 2020-ci il tarixində Şabran şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi ölümün qeydə alınması üçün qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №2(031)-354/2020
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-354/2020
12.05.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver