Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-369/2022 01.04.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə ƏRİZƏÇİ: Ərizəçi MARAQLİ TƏRƏF: Maraqlı şəxs Ölüm faktının müəyyən edilməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 17.04.1940-cı il təvəllüdlü X2 04.02.2022-ci ildə Şabran rayon, Gəndov kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, X4 onun atası olmuşdur. Atası 04.02.2022-ci il, səhər saat 9:00-da, Şabran rayon, Gəndov kəndində vəta etmiş və həmin gün kənd qəbristanlığında dəfn olunmuşdur. Atası vəfat edərkən təcili tibbi yardım çağırılmadığı üçün ölüm haqqında tibbi arayış alınmamışdır. Atası üçün ölüm haqqında şəhadətnamə almaqdan ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilə bilməz, bu barədə məhkəməyə müraciət edilməlidir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmişdir. Xahiş edir, 17.04.1940-cı il təvəllüdlü X2 04.02.2022-ci ildə Şabran rayon, Gəndov kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılsın. İş üzrə maraqlı tərəf Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı tərəfin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işdə olan sənədləri apaşdırıb hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X5 ilə X1 ayrı-ayrılıqda bildirdilər ki, həqiqətən də X4 uzun müddətdir ürək-damar, şəkər xəstəliyindən yüksək təzyiqdən əziyyət çəkirdi, 4 fevral 2022-ci il tarixində halı qəflətəən pisləşərək vəfat etmişdir və Şahbaz Ömərov vəfat edərkən yanında olmuşlar. İşə əlavə edilmiş AB seriyalı ******* saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxx 1967-ci ildə anadan olmuşdur. İşə əlavə edilmi 14 fevral 2022-ci il tarixli akdan görünür ki, atası X4 uzun müddətdir ürək-damar, şəkər xəstəliyindən yüksək təzyiqdən əziyyət çəkirdi, 4 fevral 2022-ci il tarixində halı qəflətəən pisləşmişdir. Vəfat edən zaman yanında həyat yoldaşı Abdullayev Nəsibə və qohumu rüfət Rəsulov olmuşdur. Aktın doğruluğunu imzalarla təsdiq etmişlər. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən 15 fevral 2022-ci il tarixli 09 saylı məktubdan görnür ki, ölüm haqqında tibbi şəhadənamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, həqiqətən də X4 04.02.2022-ci ildə Şabran rayon, Gəndov kəndində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1. maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Müəyyən edilmişdir ki, Ərizəçi atası X2 ölümü haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Azərbaycan Respublikası MPM-nin 311. maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 17.04.1940-cı il təvəllüdlü X2 04.02.2022-ci ildə Şabran rayon, Gəndov kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 17.04.1940-cı il təvəllüdlü X2 04.02.2022-ci ildə Şabran rayon, Gəndov kəndində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi ölümün qeydə alınması üçün qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Çingiz İsgəndərov.
Məhkəmə qərarları › İş №2(031)-369/2022
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-369/2022
01.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver