Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-404/2024 28.06.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1994-cü il təvəllüdlü X5 xx.xx.2005-ci ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, X8 onun qızı olmuşdur.Yoldaşı xx.xx.1994-cü ildə Dəvəçi şəhərində anadan olmuşdur və xx.xx.2005-ci ildə vəfat etmiş və Dəvəçi kənd qəbristanlığında dəfn olunmuşdur. Vəfat edərkən təcili tibbi yardım çağırılmadığı üçün ölüm haqqında tibbi arayış alınmamışdır. Hazırda vərəsəlik məsələlərini həll etmək üçün ölüm haqqında şəhadətnamə almaqdan ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilə bilməz, bu barədə məhkəməyə müraciət edilməlidir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 bildirdi ki, Ərizəçi onunla qonşuluqda yaşayır. Həqiqətən də xx.xx.1994-cü il təvəllüdlü X8 xx.xx.2005-ci ildə yaşadıqları evdə sandığın içinə girərək orada vəfat etmişdir. Məhkəmə ərizəçinin və şahidin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Ərizəçi 17 avqust 1993-cü ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 01 mart 2024-cü il tarixli arayışdan görünür ki, X8 xx.xx.1994-cü ildə anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 01 mart 2024-cü il tarixli 05 saylı məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadənamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan Şabran Rayon İHB-nın Dəvəçi İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 07 mart 2024-cü il tarixli aktdan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü X8 xx.xx.2005-ci ildə öz əcəli ilə evində vəfat etmişdir. Mərhumə X1 qəbristanlığında dəfn olunmuşdur. Aktın doğruluğunu S.Novruzova, G.Əmirova və T. Yusifova öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Çmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı çıxarışdan görünür ki, Dəvəçi rayonu, Təzəkənd kəndi ərazisində yerləşən 0,344095 ha torpaq sahəsi X7, Ərizəçi və X5 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Şabran Rayon Prokurorluğu tərəfindən verilmiş məktubdan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü X5 xx.xx.2022-ci il tarixdə vəfat etməsi ilə bağlı Şabran rayon prokurorluğunda hər hansısa cinayət işi istintaq edilməmiş və araşdırma materialı olmamışdır. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, həqiqətən də xx.xx.1994cü il təvəllüdlü X5 xx.xx.2005-ci ildə Dəvəçi kəndində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1. maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Müəyyən edilmişdir ki, Ərizəçi qızı X5 ölümü haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Azərbaycan Respublikası MPM-nin 311. maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1994-cü il təvəllüdlü X5 xx.xx.2005-ci ildə Dəvəçi kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1994-cü il təvəllüdlü X5 xx.xx.2005-ci ildə Dəvəçi kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-404/2024
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-404/2024
28.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver