Məhkəmə qərarları › İş №2(031)-411/2021

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-411/2021

26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-411/2021 26.05.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: "İddiaçı" MMC-nin CAVABDEH: Cavabdeh qarşı Pul tələbi barədə mülki işə 26 may 2021-ci ildə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı "İddiaçı" MMC Cavabdeh qarşı iddia qaldıraraq 16.08.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********77021 olan X6 7 markalı telefon, X3qlıq üçün 400 manat ödənilməmiş hissə 132 manat dəbbə, 05.09.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********13118 olan Samsung Galaxy S10 markalı telefon üçün 1947 manat ödənilməmiş hissə, 584 manat dəbbə, 12.09.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********49172 olan Samsung Galaxy A50 markalı telefon üçün 450 manat ödənilməmiş hissə, 135 manat dəbbə, ümumilikdə 3688 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3718 manat Cavabdeh alınaraq alınaraq iddiaçı "İddiaçı" MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. "İddiaçı" MMC məhkəməyə teleqramla müraciət edərək onların iştirakı olmadan işə baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə "İddiaçı" MMC-nin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "İddiaçı" MMC iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh, «xxxx» MMC ilə 16.08.2019-cu il, 05.09.2019-cu il və 12.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********77021, İMEİ Kodu **********13118 və İMEİ Kodu **********49172 olan X6 7, Samsung Galaxy S10 və Samsung Galaxy A50 markalı telefon, X3qlıq almış və nəticədə 3688 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 794 manat (9 ay x 88 manat +2 manat ilkin ödəniş) İMEİ Kodu **********77021 olan X6 7 markalı telefon, X3qlıq üçün ümumilikdə, 572 manat olmaqla ondan, 440 manat ödənilməmiş hissə, 132 manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş nəticədə 05.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2323 manat (12 ay x 177 manat+199 manat ilkin ödəniş) İMEİ Kodu **********13118 olan Samsung Galaxy S10 markalı teelfon üçün ümumilikdə, 2531 manat olmaqla ondan, 1947 manat ödənilməmiş hissə, 584 manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 12.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 690 manat (12 ay x45 manat + 150 manat ilkin ödəniş) İMEİ Kodu **********49172 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə, 585 manat olmaqla ondan, 450 manat ödənilməmiş hissə, 135 manat dəbbə, cavabdehin cəmi ödədiyi məbləğ 970 manat təşkil edir. Xahiş edir, 16.08.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********77021 olan X6 7 markalı telefon, X3qlıq üçün 400 manat ödənilməmiş hissə 132 manat dəbbə, 05.09.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********13118 olan Samsung Galaxy S10 markalı telefon üçün 1947 manat ödənilməmiş hissə, 584 manat dəbbə, 12.09.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********49172 olan Samsung Galaxy A50 markalı telefon üçün 450 manat ödənilməmiş hissə, 135 manat dəbbə, ümumilikdə 3688 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3718 manat Cavabdeh alınaraq alınaraq iddiaçı "İddiaçı" MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirdi ki, onunla «xxxx» MMC arasında bağlanmış 16.08.2019-cu il, 05.09.2019-cu il və 12.09.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********77021, İMEİ Kodu **********13118 və İMEİ Kodu **********49172 olan X6 7, Samsung Galaxy S10 və Samsung Galaxy A50 markalı telefon, X3qlıq almış və nəticədə 3688 manat borcu yaranmışdır. O, xəstəliyə düşmüş, hazırda heç yerdə işləmir. Bu səbəbdən də, borcunu ödəyə bilməmişdir. İddianı qismən qəbul edir, dəbbə pulunun azaldılmasını xahiş edir. Məhkəmə cavabdehi dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş 16.08.2019-cu il, 05.09.2019-cu il və 12.09.2019-cu il tarixli müqavilələrindən görünür ki, Cavabdeh "İddiaçı" MMC-dən İMEİ Kodu **********77021, İMEİ Kodu **********13118 və İMEİ Kodu **********49172 olan X6 7, Samsung Galaxy S10 və Samsung Galaxy A50 markalı telefon, X3qlıq almış və nəticədə 3688 manat borcu yaranmışdır. İşə əlavə edilmiş X1 Dr.Elşən Abdullayev tərəfindən verilmiş raportdan görünür ki, Cavabdeh X2 müayinədən keçmiş, müayinə zamanı onda aşkarlanan xəstəliklər – L1 fəqərə cisminin üst tamamlayıcı lövhəsi səviyyəsində çökmə sınığı qeyd olunur. Bu səviyyətə spinal kanala minimal dislokasiya müşahidə edilir. L2 fəqərə cisminin üst tamamlayıcı lövhəsində ödem izlənilir. L4-5 diskdə dural kisəni sıxan 3.5 mm ölçüdə geniş əsaslı arxa-mərkəzi yırtıq izlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifələrinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən «Öhdəliyin icra edilməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1. maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.3. maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edir. Məhkəmə tərəflərə əlavə sübutlar təqdim etməyi təklif etməsinə baxmayaraq, tərəflər məhkəməyə əlavə sübutlar təqdim etməmişdir. Həmin Məcəllənin 78.1. maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 16.08.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********77021 olan X6 7 markalı telefon, X3qlıq üçün 400 manat ödənilməmiş hissə, 05.09.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********13118 olan Samsung Galaxy S10 markalı telefon üçün 1947 manat ödənilməmiş hissə, 12.09.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********49172 olan Samsung Galaxy A50 markalı telefon üçün 450 manat ödənilməmiş hissə, 151 manat dəbbə, ümumilikdə 2988 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "İddiaçı" MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 238-244, 252, 253cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 16.08.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********77021 olan X6 7 markalı telefon, X3qlıq üçün 400 manat ödənilməmiş hissə, 05.09.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********13118 olan Samsung Galaxy S10 markalı telefon üçün 1947 manat ödənilməmiş hissə, 12.09.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********49172 olan Samsung Galaxy A50 markalı telefon üçün 450 manat ödənilməmiş hissə, 151 manat dəbbə, ümumilikdə 2988 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "İddiaçı" MMC-yə ödənilsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar