Məhkəmə qərarları › İş №2(031)-455/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-455/2025

02.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-455/2025 02.06.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı nümayəndəsi X7 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X28 İdarəsini mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etdiyi “avtomobilin qanunsuz sahiblikdən geri alınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X28 İdarəsini mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etdiyi “avtomobilin qanunsuz sahiblikdən geri alınması” tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh qanunsuz olaraq sahibliyində saxladığı və qeydiyyat şəhadətnaməsinə əsasən ona məxsus olan **-DA-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” minik markalı nəqliyyat vasitəsinin onun sahibliyinə geri qaytarılması və məhkəməyə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı yuxarıdakı iddia ərizəsi üzrə tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X16 ona məxsus olan və notarial qaydada onun adından verilmiş mülki etibarnamə əsasında onun adından çıxış edərək ailə avtomobilləri olan **-DA-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” minik markalı nəqliyyat vasitəsinin satıb əvəzinə başqa maşın almaq istəyirdi. Bu məqsədlə həyat yoldaşı X16 xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərində yerləşən maşın bazarına getmişdir. Sumqayıt maşın bazarında maşın alveri ilə məşğul olan “Əli” adlı şəxs (X22; qeydiyyat ünvanı: Zəngilan rayonu, Ağbis kəndi; faktiki yaşadığı ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi; Ş/V: AA2481300, d/t: xx.xx.1995; FİN: 68JKZCE; xx.xx.2020; ASAN 3; Əlaqə nömrəsi: *** *** ** **) və onun yanında olan adlarını bilmədiyikləri tanışları 2-3 nəfər şəxs həyat yoldaşı X10 yaxınlaşaraq ona məxsus **-DA-*** dövlət qeydiyyat nömrəli Toyota Prius markalı minik avtomobilini almaq istədiklərini, ona məxsus **-DA-*** dövlət qeydiyyat nömrəli Toyota Prius markalı minik avtomobili etibarnamə əsasında X17 məxsus olan **-DH-*** dövlət qeydiyyat nömrəli Azsamand markalı minik avtomobili ilə barter etmək (dəyişmək) üçün ona məxsus **-DA-*** dövlət qeydiyyat nömrəli Toyota Prius markalı minik avtomobilindən əlavə həyat yoldaşı X6 1500 (min beş yüz) manat nağd pul istəmişlər. Həyat yoldaşı X4 Əli Yelmar oğlu və onun yanında olan şəxslərin təklifi ilə razılaşmış və aralarında olan şifahi razılaşmağa uyğun olaraq ona məxsus **-DA-*** dövlət qeydiyyat nömrəli Toyota Prius markalı minik avtomobilini və üzərində əlavə 1500 (min beş yüz) manat verərək etibarnamə əsasında X17 məxsus olan **-DH-*** dövlət qeydiyyat nömrəli Azsamand markalı minik avtomobilini alınmışdır. Həyat yoldaşı X16 ilə aralarında olan şifahi razılaşmaya əsasən X22 **-DH-*** dövlət qeydiyyat nömrəli Azsamand markalı minik avtomobilinə dair xx.xx.2024-cü il tarixdə həyat yoldaşı X7 adına notarial qaydada etibarnamə vermişdir. O, da öz növbəsində həyat yoldaşı X16 ilə X22 və onun yanında olan şəxslərin arasında olan şifahi razılaşmağa uyğun ona məxsus **-DA-*** dövlət qeydiyyat nömrəli Toyota Prius markalı minik avtomobilinə dair X2 ona dediyi yaxın tanışı olan (“WhatsApp” –da adını, nömrəsini yazıb şəxsiyyət vəsiqəsini göndərdiyi) şəxsin (Cavabdeh; Ş/V: AA*******; FİN: SSF8AKN; d/t: xx.xx.1996; qeydiyyat ünvanı: Şabran rayonu, Şabran şəhəri, X.Xoyski küçəsi, ev 5; Əlaqə nömrəsi: *** *** ** **) adma notarial qaydada etibarnamə vermişdir. Bundan sonra, həyat yoldaşı X4 Əli Yelmar oğlundan etibarnamə əsasında aldıqları **-DH-*** dövlət qeydiyyat nömrəli Azsamand markalı minik avtomobilinin əsaslı təmiri üçün ən azı 2000 manat məbləğində əlavə pul xərcləmişdir. Daha sonra, ailə vəziyyəti ilə əlaqədar təcili pul lazım olduğu üçün həyat yoldaşı X4 Əli Yelmar oğlundan etibarnamə əsasında aldıqları **-DH-*** dövlət qeydiyyat nömrəli Azsamand markalı minik avtomobilini 06 Oktyabr 2024-cü il tarixdə notarial qaydada verilmiş etibarnamə əsasında X8 (qeydiyyat ünvanı: Hacıqabul rayonu, Atbulaq Ə/D, Kürdçü kəndi, d/t: xx.xx.1987) satmışlar. Lakin bu yaxınlarda X14 tərəfindən ona bildirilmişdir ki, X13 etibarnamə əsasında həyat yoldaşı X3 və sonradan həyat yoldaşı X7 da etibarnamə əsasında X1 **-DH-*** dövlət qeydiyyat nömrəli Azsamand markalı minik avtomobilinə dair həmin minik maşınının texniki pasportunda adı qeyd olunan şəxs X18 ilə X22 arasında yaranmış hər hansı problemə görə və ya onlara məlum olmayan səbəblərə görə **-DH-*** dövlət qeydiyyat nömrəli Azsamand markalı minik avtomobilinə dair notarial qaydada verilmiş bütün etibarnamələr tanımadıqları və heç vaxt görmədikləri şəxs - X18 (qeydiyyat ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Ə/D. Xocəsən qəsəbəsi, Sulutəpə Y/M, ev l, d/t: xx.xx.1989; Ş/V: AA1303295; FİN: 3AE59BH; ASAN 3; xx.xx.2019) tərəfindən ləğv etmişdir və X18 həmin minik avtomobilini geri tələb edərək sözügedən maşının cərimə meydançasına aparılmasına nail olmuşdur. Buna görə də, həmin maşını etibarnamə əsasında həyat yoldaşı X6 alan şəxs - X14 hal-hazırda onlardan həmin maşına görə verdiyi pulu tələb edir. Bununla əlaqədar olaraq bildirir ki, həyat yoldaşı X7 adına X11 etibarnamə əsasında aldıqları **-DH-*** dövlət qeydiyyat nömrəli Azsamand markalı minik avtomobilini alarkən həmin maşının sahibi kimi yalnız X19 tanımışlar və həyat yoldaşı X4 Əli Yelmar oğluna etibar edərək və inanaraq həmin maşının dəyəri olan 8000 manatı pulu X17 vermişdir (6000 manatın əvəzinə ona məxsus olan 77DA276 dövlət qeydiyyat nömrəli Toyota Prius markalı minik avtomobilini vermişlər və əlavə olaraq 1500 manat nağd pul vermişdir). Hal-hazırda X13 və onunla əlbir olduğunu ehtimal etdiyləri, X18, Cavabdeh və tanımadığı digər şəxslərin ola bilsin ki, qabaqcadan məqsədli şəkildə planlaşdırılmış qanunsuz əməlləri nəticəsində, xüsusən də X22 həyat yoldaşı X7 etibarımdan sui-istifadə edərək və onu aldadaraq onlara ümumilikdə 10 000 manat məbləğində maddi ziyan vurmuşdur. Qeyd olunan qanun pozuntularına hüquqi qiymət verilməsi və həmin şəxslərin barəsində hüquqi məsuliyyət tədbirlərinin görülməsi ilə bağlı tərəflərindən Azərbaycan Respublikasının Bas Prokurorluğuna, X9 və Azərbaycan Respublikasının Daxili İslər Nazirliyinə yazılı xx.xx.2025-ci il tarixdə qaydada şikayət məktubları göndərilmişdir. Lakin indiyədək müraciətlərinə heç bir cavab verilməmişdir. Qeyd olunanları nəzərə alaraq, onun tərəfindən X2 həyat yoldaşı X10 dediyi yaxın tanışı olan şəxs Cavabdeh adına ona məxsus olan 77DA276 dövlət qeydiyyat nömrəli Toyota Prius markalı minik avtomobili ilə bağlı notarial qaydada verilmiş etibarnaməyə tərəfindən xitam verilmişdir. Lakin hal-hazırda Cavabdeh qanunsuz sahibliyində saxladığı və qeydiyyat şəhadətnaməsinə əsasən ona məxsus olan 77DA276 dövlət qeydiyyat nömrəli Toyota Prius markalı minik avtomobilini ona geri qaytarmaqdan qanunsuz olaraq imtina edir. Qeyd olunan cavabdeh tərəfindən öhdəliklərinin indiyədək könüllü şəkildə icra edilməməsi pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək və bununla bağlı əlavə xərclər çəkmək və əlavə vaxt itirmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X16 iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, 2024-cü ilin avqust ayında Sumqayıt şəhərində yerləşən avtomobil satışı mərkəzindən özünə 2005-ci il buraxılışlı, göy rəngli **-DA-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius" markalı avtomobili 5.900 manat ödəyərək almış və daha sonra həmin avtomobilə əlavə 2.000 manat pul xərcləyərək təmir etdirmişdir. Daha sonra avtomobilin ilk sahibi tərəfindən baş etibarnamə ləğv edildiyindən o bu barədə avtomobili aldığı Kamran ilə danışdıqda Kamran ona Əli adlı şəxslə aralarında mülki mübahisə yarandığı üçün baş etibarnaməni ləğv etdiyini, ona sürmək üçün etibarnamə verdiyini bildirərək problem həll olunduqdan sonra ona yenidən baş etibarnamə verə biləcəyini bildirmişdir. İddia tələbi əsassızdır, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmənin hazırlıq iclasında şahid qismində dindirilən X22 bildirmişdir ki, Kamran Bayramovu və Cavabdeh tanıyır, onlarla ədavəti və düşmənçiliyi yoxdur. Kamrana o maşın satmış, daha doğrusu barter etmiş, Kamranın maşınını Priusu Natiqə satmışlar 5900 manata, Kamrana Azsamant maşını satmış, üzərinə də 1500 manat qoyub vermişdir. Kamran Natiqə etibarnamə vermişdir, Natiq aldığı maşının motorunun nömrəsi düzgün olmadığından öz adına sənədləşdirə bilməmişdir. Kamran sonradan Natiqə verdiyi etibarnaməni ləğv etdirmişdir. Natiqin Priusun pulunu salonda kimə verməsini bilmir. İş üzrə mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X28 İdarəsinə məhkəmə iclasının keçirilmə vaxı və yeri barəsində məlumat verilsə də, o, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, nümayəndəsinin hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən iş üzrə mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X28 İdarəsinin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatları dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı polis mayoru X5 “cinayət işinin başlanmasının rədd edilməsi barədə" xx.xx.2024-cü il tarixli qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən qeyd olunan faktda cinayət hadisəsi olmadığı üçün fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(042)- 569/2025 saylı qətnamədən görünür ki, X6 7500 manat və ödənilmiş 96 manat dövlət rüsumunun əvəzi, cəmi 7596 manat alınaraq X8 verilməsi qət edilmişdir. İş materiallarında olan CMS – “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən İddiaçı mülkiyyətində olan yol nəqliyyat vasitələrinə dair çıxarışdan görünür ki, xx.xx.2023cü il tarixdən etibarən onun mülkiyyətində 2005-ci ildə istehsal edilmiş boz göy metallik rəngli, **-DA-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” minik markalı nəqliyyat vasitəsi vardır. Beləliklə, tədqiq olunmuş sübutların məcmusu ilə müəyyən olunur ki, “Toyota Prius” minik markalı **-DA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X12 məxsusdur və hazırda da onun mülkiyyətində olsa da, faktiki olaraq Cavabdeh istifadəsindədir və sonuncu etibarnamə əsasında həmin nəqliyyat vasitəsini idarə edir. İddiaçı X20 isə hazırda hələdə onun mülkiyyətində olan “Toyota Prius” minik markalı **-DA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdehdən geri tələb edir. Belə ki, iddia tərəfi ilə cavabdeh tərəf arasında olan şifahi razılaşmaya əsasən 2024-cü ilin avqust ayında həmin avtomobili Əli adlı şəxslə barter edilmiş və həmin avtomobili daha sonra Cavabdeh adlı şəxsə baş etibarnamə əsasında satılmışdır. Əli də Kamran Bayramova “Azsamand” markalı avtomobili baş etibarnamə ilə satmışdır. Lakin, həmin vaxt Kamran Bayramov avtomobili öz adına rəsmiləşdirə bilməmiş, 2024-cü ilin noyabr ayında “Azsamand” markalı avtomobilin sahibi baş etibarnaməni ləğv etdiyini öyrəndikdə Rəqsanə Yunusova, “Toyota Prius” markalı avtomobilə olan Cavabdeh baş etibarnaməsini ləvğ etmişdir. Cavabdeh şikayəti əsasında Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-də araşdırma aparılmış, Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı polis mayoru X5 “cinayət işinin başlanmasının rədd edilməsi barədə" xx.xx.2024-cü il tarixli qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən qeyd olunan faktda cinayət hadisəsi olmadığı üçün fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, tərəflər arasında olan şifahi razılaşmaya əsasən iddia tərəfinin mülkiyyətində “Toyota Prius” minik markalı **-DA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi əlavə ödəniş edilməklə cavabdehə məxsus “Azsamand” minik markalı, **-DH-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə barter edilməli olsa da, “Azsamand” minik markalı, **-DH-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin iddiaçının adına keçirilməsi mümkün olmamış və bu səbəbdən də tərəflər arasında alqı-satqı baş tütmümamışdır. Bu səbəbdən də tərəflər arasında olan razılaşmaya əsasən iddiaçı tərəfindən verilmiş etibarnamə ləğv edilmişdir və iddiaçı hazırda mülkiyyətində olan nəqliyyat vasitəsini geri tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.2-ci maddəsinə əsasən mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 568.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Həmin Məcəllənin 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Həmin Məcəllənin 572.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 662.1-ci maddəsinə əsasən dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 662.2-ci maddəsinə əsasən dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 662.3-cü maddəsinə əsasən dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Konstitusiya Məhkəməsi Plenumunun S.Məmmədovanın şikayəti üzrə xx.xx.2004-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" xx.xx.2019-cu il tarixli Qərarına əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə məhkəmə ilin faktiki hallarını və Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı ilə üçüncü şəxs X22 arasında olan şifahi dəyişdirmə müqaviləsinə əsasən tərəflər iddia tərəfinin mülkiyyətində “Toyota Prius” minik markalı **-DA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi əlavə ödəniş edilməklə “Azsamand” minik markalı, **- DH-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə dəyişdirilməsi ilə bağlı razılaşmaya gəlsələr də, sonradan “Azsamand” minik markalı, **-DH-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin üçünü şəxslər tərəfindən iddiaçının mülkiyyətinə keçirilməsi mümkün edilmədiyindən, dəyişdirilmə baş tutmamış və hazırda da iddiaçı mülkiyyətində olan “Toyota Prius” minik markalı **-DA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini cavabdehin qanunsuz sahibliyindən geri tələb edir. Bu səbəbdən də iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh qanunsuz olaraq sahibliyində saxladığı “Toyota Prius” minik markalı **-DA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ondan alınaraq həmin nəqliyyat vasitəsi mülkiyyətçisi İddiaçı sahibliyinə geri qaytarılmalı və Cavabdeh 100 (yüz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 357-360 maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh qanunsuz olaraq sahibliyində saxladığı “Toyota Prius” minik markalı **- DA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ondan alınaraq həmin nəqliyyat vasitəsi mülkiyyətçisi İddiaçı sahibliyinə geri qaytarılsın. Cavabdeh 100 (yüz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, iş üzrə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar