Məhkəmə qərarları › İş №2(031)-461/2021

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-461/2021

26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-461/2021 26.05.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı CAVABDEH: Cavabdeh qarşı Pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 1900 (min doqquz yüz) manat məbləğində pulun və iddia ərizəsi ilə əlaqədar tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə cəmi- 1930 ( min doqquz yüz otuz) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək bildirdi ki, o, Şabran rayonu Rəhimli kənd sakini Cavabdehla 2020-ci ilin mart ayında Şabran rayonu ərazisində yerləşən “xxxx’ın yaxınlarında təsadüfən görüşərək, tanış olmuşdur. Həmin vaxtı o, Xəyala traktor almaq istədiyini bildirmişdir. Xəyal isə ona demişdir ki, Xaşmaz rayonunda yaşayan tanışı ona məxsus olan “Belarus” markalı traktorunu satmaq istəyir. O, Xəyaldan traktorun qiymətini soruşanda, Xəyal da həmin tanışına zəng edərək traktorun qiymətinin 1500 (min beş yüz) manat olduğunu öyrənmişdir. O, bir gün sonra Şabran şəhər avtovağzalının yaxınlığında Xəyalla görüşüb ona 1000 (min manat) pul vermişdir. Bundan bir aydan sonra Xəyalla Şabran rayonu Rəhimli kəndi ərzisində yenidən görüşüb ona 500 (beş yüz) manatda vermişdir. Həmin vaxtı Xəyal ona söz vermişdir ki, həmin traktoru alıb ona verəcək, lakin bu günə kimi cavabdeh ona nə traktoru alıb verməmiş, nədə ki, 1500 manat pulunu verməmişdir. Bu müddət ərzində dəfələrlə cavabdehlə əlaqə saxlayaraq ondan pulunu tələb etsə də Xəxal müxtəlif bəhanələr gətirib pulunu geri qaytarmamaşdır. O, da məcbur olub 10 iyun 2020-ci il tarixli, yazılı ərizə ilə pulunun Xəyaldan alınaraq ona qaytarılmasından ötrü Şabran RPŞ-nə müraciət etmişdir. Şabran və daha sonra Xaçmaz RPŞ-ində aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh həqiqətən onun ona traktor almaq üçün 1500(min beş yüz) manat pul verməyini etiraf edərək, göstərmişdir ki, o özü həmin pulu Bayram adlı Xaçmaz rayon sakininə vermişdir. Bu səbəbdən də onun pulunu hələ də, qaytara bilmir. O, Cavabdeh traktor almaq üçün verdiyi pulu banklardan kredit şəkilində götürüb ona vermişdir ki, həmin pullara traktor alaraq, istifadə etməklə kreditini qaytarar, lakin traktor ala bilməyərək aldandığı üçün qeyd olunan ciddi məbləğdə maddi ziyana düşmüşdür. O, 17 mart 2020-ci il tarixdə Unibank KB ASC-dən 12 ay müddətinə 900 (doqquz yüz) manat, 09 aprel 2020-ci il tarixdə isə Azərbaycan Beynəlxalq Bankdan 900(doqquz yüz) manat kredit pul götürüb həmin pullardan 1500(min beş yüz)manatını traktor alınması üçün Xəyala vermişdir. Bu günə kimi həmin banklara götürdüyü kredit puluna görə əlavə olaraq 400 (dörd yüz) manat məbləğində faiz ödəmişdir. Xahiş edir, Cavabdeh 1900 ( min doqquz yüz ) manat məbləğində pulun və iddia ərizəsi ilə əlaqədar tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə cəmi- 1930 ( min doqquz yüz otuz) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılsın. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək bildirdi ki, o, İddiaçı təxminən 2020-ci iln mart ayında dostu Siyəzən rayon sakini Babanın vasitəsi ilə tanımışdır. Tərlanla heç bir ədavəti və düşmənçiliyi yoxdur. O, İddiaçıla 2020-ci ilin mart ayında təsadüfən Şabran rayonu ərazisində yerləşən «xxxx» ASC-nin yaxınlığında görmüşdür. Həmin vaxt Tərlan ona traktor almaq istədiyini bildirmişdir. O isə Xaçmaz rayonunda yaşayan tanışının «Belarus» markalı traktoru satmaq istədiyini bildirmişdir. Tərlan traktorun qiymətini soruşmuş, o da həmin şəxsə zəng edib traktorun qiymətinin 1500 manat olduğunu öyrənmişdir. O, bir gün sonra Şabran rayonu avtovağzalının yaxınlığında Tərlanla görüşüb 1000 manat pul alıb tam olduqdan sonra Bayrama vermək üçün özündə saxlamışdır. 1 ay sonra o, Tərlanla Şabran rayonu Rəhimli kəndi ərazisində görüşüb 500 manat da almışdır. Sonra o, Xaçmaz rayonu ərazisində olan kəndlərin birindəki kafedə Bayramla görüşüb 1500 manat pulu ona vermişdir. Bayram pulu ondan alıb yaxın zamanlarda özündə olan «Belarus» markalı traktorun sənədlərini düzəldib Tərlana verəcəyini bildirmişdir. Həmin vaxtdan bu günə kimi Bayram onun zənglərinə cavab verməmiş və nə traktoru vermiş, nə də pulu geri qaytarmamışdır. Bayramın onları aldatdığı ona məlum olmuşdur. O, həmin pulu iddiaçıya hissə-hissə qaytarmağa etiraz etmir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Xaçmaz RPŞ-nin İB-nın müstəntiqi Elxan Allahverdiyevin 23 yanvar 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı və X1 ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşə əlavə edilmiş qəbzlərdən görünür ki, İddiaçı 20.07.2020-ci ildə 100 manat, 11.06.2020-ci ildə 60 manat, 10.08.2020-ci ildə 850 manat, 18.03.2020-ci ildə 115 manat, 10.04.2020-ci ildə 100 manat, 05.08.2020-ci ildə 100 manat10.09.2020-ci ildə 33 manat, 12.10.2020-ci ildə 35 manat, 10.11.2020-ci ildə Azərbaycan Beynəlxalq Bankına ödənişlər etmişdir. Məhkəmədə müəyyən edildi ki, İddiaçı Cavabdeh traktor almaq üçün 1500 (bir min beş yüz) manat məbləğində pul vermişdir. Lakin bu vaxta kimi cavabdeh nə traktoru iddiaçıya vermiş, nə də aldığı pulu geri qaytarmamışdır. Bu barədə iddiaçı dəfələrlə cavabdehə müraciət etmiş, lakin cavabdeh pulu bu vaxta kimi qaytarmamışdır. Ona görə də iddiaçı məcbur olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.10. maddəsinə əsasən borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1., 739.2. maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhtəsinə götürür. Həmin Məcəllənin 740. maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1. maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2. maddəsinə əsasən borclu öz öhdəliklərini hər bir təqsirli pozuntusu hərəkət və hərəkətsizlik üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə təqdim olunan sübutları və işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 1900 (min doqquz yüz) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə cəmi- 1930 (min doqquz yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1900 (min doqquz yüz) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə cəmi- 1930 (min doqquz yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar