Məhkəmə qərarları › İş №2(031)-467/2025

Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-467/2025

13.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-467/2025 13.05.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı "ölüm faktının müəyyən edilməsi tələbinə" dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı "ölüm faktının müəyyən edilməsi tələbinə" dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə, saat 10:00-a təyin edilmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə sənədlərin və dövlət rüsumunun ona geri qaytarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilmişdir. Lakin tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. İşin məhkəmə baxışına hazırlanması zamanı iddia ərizəsinin baxılmamış saxlanmasının mümkünlüyü barədə MPM-də müddəaların olmadığını, eyni zamanda MPM-nin 170.1-ci maddəsində iddiaçının vəsatəti ilə iddia ərizəsinin qaytarılması nəzərdə tutulduğuna görə məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı "ölüm faktının müəyyən edilməsi tələbinə" dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. xx.xx.2025-ci il tarixli (qəbz nömrəsi: **********) qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul Şabran Rayon Maliyyə İdarəsi tərəfindən Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar