Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-54/2025 06.02.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək anası X1, 2011-ci il tarixində Şabran rayonu Mollakamallı kəndində qocalıqdan vəfat etməsi (ölüm faktının) müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 xx.xx.2011-ci il tarixdə Şabran rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, anası X2 1925-ci ildə Dəvəçi (indiki Şabran) rayonu Mollakamallı kəndində anadan olmuşdur. Anasının doğum haqqında şəhadətnaməsinin alınması ilə əlaqədar Şabran rayon Dövlət Arxivinə müraciət etmişdir. Şabran rayon Dövlət Arxivininin xx.xx.2024-ci il tarixli 125 saylı məktubu ilə ona cavab verilmişdir ki, Maraqlı şəxs doğum qeydinin aktları kitabına baxış keçirilmiş, lakin orada 1925-ci ildə Şabran rayonu Mollakamallı kəndində anadan olmuş X1 doğum haqqında şəhadətnaməsinə təsadüf olunmamışdır. Anası 2011-cl il tarixində qocalıqdan Şabran rayon Mollakamallı kəndində vəfat etmişdir. Onu Şabran rayon Mollakamallı kənd qəbirstanlığında dəfn etmişlər. Buna şahid kənd sakinləri olmuşdur. Mərhum anasının "Ölüm haqqında Şəhadətnamə"sinin alınması zərurəti ilə əlaqədar, Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs rəisinin xx.xx.2024-cü il tarixli 25 saylı cavab məktubunda, ona bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı Qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının Dövlət Qeydiyyatı qaydasının 8.5-ci maddəsinə görə, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün onun ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməlidir. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3, Şahid1 və Şahid2 ayrıayrılıqda bildirdilər ki, X2 xx.xx.2011-ci il tarixində Mollakamallı kəndində öz əcəli ilə vəfat etmiş, Mollakamallı kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə proses iştirakçısının izahatını, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs Ərizəçi ünvanlanan 08 avqust 2024-cü il tarixli 25 saylı məktubdan görünür ki, X1 ölümü haqqında tibbi şəhadətnamə olmadığından onun ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməlidir. İş materiallarında olan Şabran rayon Dövlət Arxivi tərəfindən verilmiş 03 sentyabr 2024-cü il tarixli 125 saylı məktubdan görünür ki, Maraqlı şəxs doğum qeydinin aktları kitabına baxış keçirilmiş, lakin orada 1925-ci ildə Şabran rayonu Mollakamallı kəndində anadan olmuş X1 doğum haqqında şəhadətnaməsinə təsadüf olunmamışdır. İş materiallarında olan "Şabran Rayon Mərkəzi Xəstəxanası" X4 tərəfindən verilmiş 16 noyabr 2024-cü il tarixli məktubdan görünür ki, vətəndaş X1 ölümü ilə bağlı Şabran RMX PHŞ-nə müraciət etmədikləri və ölüm səbəbi məlum olmadığı üçün, ölüm haqqında şəhadətnamə verə bilmirlər. İş materiallarında olan Torpağa Mülkiyyət Hüquqa Dair JN-0050, kod 30406058 saylı Dövlət Aktından görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 26 sentyabr 1997ci il tarixli 09 saylı qərarına əsasən X1 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0.76 ha torpaq sahəsi verilmişdir. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, həqiqətən də X2 xx.xx.2011-ci il tarixdə Şabran rayonunda vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Müəyyən edilmişdir ki, Ərizəçi anası X1 ölümü haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X1 xx.xx.2011-ci il tarixində Şabran rayonunda vəfat etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 xx.xx.2011-ci il tarixində Şabran rayonunda vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-54/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-54/2025
06.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver