Məhkəmə qərarları › İş №2(031)-542/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-542/2024

06.06.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-542/2024 06.06.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı "mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı "mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediator Natiq Əzizovun iştirakı ilə bağlanmış 22 aprel 2024-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, nikahın pozulması və uşağın onun himayəsinə verilməsinə razılaşmışlar. Maraqlı şəxs ilə mediasiya prosesinin tətbiqi barədə müqavilə bağlamış, mediator Natiq Əzizovu özlərinə mediator seçərək, 22 aprel 2024-ci il tarixdə barışıq sazişi bağlamışlar. Barışıq sazişinə əsasən nikahın pozulmasına və övladı xx.xx.2022-cü il təvəllüdlü X1, onun yanında qalmasına razılaşmışlar. Ona görə də nikahın pozulması və uşağın onun himayəsinə verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək, 22 aprel 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəçini izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İV seriyalı 671434 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü X3 adlı uşaqları olmuşdur. İş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış Qusar 1 saylı mediasiya təşkilatının mediatoru X4 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər birgə nigah dövründə dünyaya gələn xx.xx.2022-ci il təvəllüdlü X3 birinci tərəf Ərizəçi uşağın himayəsinə verilməsinə ikinci tərəf Maraqlı şəxs Fəramiz qızı etiraz etmir. Birinci tərəf Ərizəçi birgə nigah dövründə dünyaya gələn xx.xx.2022-ci il təvəllüdlü X2 birinci tərəf yaşadığı ünvan Şabran rayon Rəhimli kəndində yaşadığı ünvanda övladın himayəsində saxlanılması və yaşamasına ikinci tərəf Maraqlı şəxs Fəramiz qızı etiraz etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış 22 aprel 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə Ərizəçi ərizəsi təmin edilməli, tərəflərin birgə nikahlarından doğulmuş – xx.xx.2022-ci il təvəllüdlü X3 Ərizəçi yanında saxlanılsın. Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 22 aprel 2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Tərəflərin birgə nikahlarından doğulmuş – xx.xx.2022-ci il təvəllüdlü X3 Ərizəçi yanında saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar