Məhkəmə qərarları › İş №2(031)-558/2025

Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-558/2025

24.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-558/2025 24.06.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Ekololgiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı X2 Mərkəzinin Cavabdeh qarşı meşə fondu torpağının istifadəsinə qadağa qoyulması və zəbt edilmiş ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekololgiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı X2 Mərkəzi Cavabdeh qarşı meşə fondu torpağının istifadəsinə qadağa qoyulması və zəbt edilmiş ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Dəvəçi meşəbəyliyində müqavilənin bitməsi ilə əlaqədar olaraq zəbt etdiyi 0,05 ha meşə fondu torpağının istifadəsinə qadağa qoyulması və zəbt edilmiş ərazinin boşaldılıb əvvəlki vəzyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsi və ona əlavə olunan sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alıb və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Ekololgiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı X2 Mərkəzinin Cavabdeh qarşı meşə fondu torpağının istifadəsinə qadağa qoyulması və zəbt edilmiş ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Şabran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar