Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-571/2025 17.06.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X5 katibliyi, Ərizəçi nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci ildə Siyəzən şəhərində doğulmuş X3 xx.xx.2023-cü ildə Şabran rayonu, Çayqaraqaşlı kəndində çaya düşərək vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, X7 onun qızı olmuşdur. Qızı xx.xx.2020-ci ildə Siyəzən şəhərində anadan olmuş və xx.xx.2023-cü ildə Şabran rayonu, Çayqaraqaşlı kəndində evlərinin yanında axan çaya düşərək boğulub vəfat etmişdir. Bu barədə Şabran rayon prokurorluğunda araşdırma da aparılmışdır, uşağın bədəninin yarılıb müayinə edilməsinə etirazlarını bildirdiklərinə görə ekspert rəyi verilməmişdir. Bu səbəbdən də ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Hazırda əllərində olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla ölüm haqqında şəhadətnamə almaqdan ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilə bilməz, bu barədə məhkəməyə müraciət edilməlidir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X2 ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1, 307.2.3, 308, 309.1 və 310-311-ci maddələrinin tələblərini rəhbər tutaraq, müəyyən etmişdir ki, X7 xx.xx.2023-cü ildə Şabran rayonu, Çayqaraqaşlı kəndində çaya düşərək vəfat etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 16 nömrəli məktubunda göstərilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə şöbəyə təqdim edilmədiyindən X3 ölümünün qeydə alınması mümkün deyildir. İş materiallarında olan Şabran rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşunas X8 "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" 13 noyabr 2023-cü il tarixli qərarından görünür ki, 102c-23 nömrəli material üzrə cinayət hadisəsi olmadığından CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" 13 noyabr 2023-cü il tarixli qərarından görünür ki, X7 xx.xx.2023-cü ildə Şabran rayonu, Çayqaraqaşlı kəndində evlərinin yanında axan çaya düşərək boğulub vəfat etmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Ərizəçi ilə X4 birgə nikahlarından xx.xx.2020-ci ildə X7 adlı uşaqları anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə qeyd edir ki, iş materiallarının məcmusu ərizənin doğruluğunu təsdiq edir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, xx.xx.2020-ci ildə Siyəzən şəhərində doğulmuş X3 xx.xx.2023-cü ildə Şabran rayonu, Çayqaraqaşlı kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2020-ci ildə Siyəzən şəhərində doğulmuş X3 xx.xx.2023-cü ildə Şabran rayonu, Çayqaraqaşlı kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-571/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-571/2025
17.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver