Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-60/2025 14.02.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2, Cavabdeh3 Ərmirqulu qızına və Şabran Rayon Notariat Ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və vərəsəlik hüququnun tanınması tələbinə dair mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2, Cavabdeh3 Ərmirqulu qızına və Şabran Rayon Notariat Ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edərək xx.xx.2015-ci il tarixdə Cavabdeh2 və Cavabdeh3 2V reyestrdə 121 nömrə ilə qeyd olunmuş digər əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 xx.xx.1998-ci il tarixində vəfat etmiş ataları X1 miras qalmış əmlaka dair vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən 3 sot torpaq sahəsinin X2 payına düşən hissədə İddiaçı3, İddiaçı1, İddiaçı4 vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələblərini onunla əsaslandırmışdılar ki, JN-196A, KOD 30401004 "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnaməyə əsasən mülkiyyətlərində və yaşadıqları ünvan 2 ünvanında yerləşən 0,03 ha torpaq sahəsinə və üzərində tikilmiş evə hüquqları Daşınmaz Əmakın Dövlət reyestrində qeydiyyata alınması üçün xx.xx.1998-ci il tarixində vəfat etmiş ataları X1 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar Şabran Rayon Notariat Ofisinə müraciət etmişlər. Şabran rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 559,560,561,562 saylı məktublarına əsasən xx.xx.1998-ci il tarixində vəfat etmiş ataları X2 adına xx.xx.2015-ci il tarixdə 8V reyestrdə 89 nömrə ilə qeyd olunmuş vərəsəlik işi açılmış, xx.xx.2015-ci tarixdə Cavabdeh2 və Cavabdeh3 2V reyestrdə 121 nömrə ilə qeyd olunmuş digər əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu səbəbdən atalarından qalan miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmələri tövsiyə olunmuşdur. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı3 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı4 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh3 Ərmirqulu qızı və Şabran Rayon Notariat Ofisi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AZ seriyalı, 016040 saylı, İİ-JQ seriyalı, 389232 saylı, AZ seriyalı, 016036 saylı və AZ seriyalı, ******* saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X6 ilə X8 birgə nikahlarından xx.xx.1956-cı ildə Solmaz, xx.xx.1959-cu ildə Vaqif, xx.xx.1961-ci ildə Məsim və xx.xx.1964-cü ildə Enfira adlı uşaqları olmuşdur. İş materiallarına əlavə edilmiş V-JQ seriyalı, 264854 saylı və İV-JQ seriyalı, 289158 saylı ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X6 xx.xx.1998-ci ildə, X11 xx.xx.1990-cı ildə vəfat etmişdirlər. İş materiallarına əlavə edilmiş Şabran Rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 559, 560, 561, 562 saylı cavab məktublarından görünür ki, xx.xx.1998-ci il tarixində vəfat etmiş X2 adına xx.xx.2015-ci il tarixdə 8V reyestrdə 89 nömrə ilə qeyd olunmuş vərəsəlik işi açılmış, xx.xx.2015-ci tarixdə Cavabdeh2 və Cavabdeh3 2V reyestrdə 121 nömrə ilə qeyd olunmuş digər əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu səbəbdən İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 atalarından qalan miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. İş materiallarına əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-196F, kodu 30401004 olan şəhadətnamənin surətindən görünür ki, Dəvəçi Rayonu Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli, 6 saylı qərarına əsasən X2 və ailə üzvləri – İddiaçı3, X3, X5, X9, İddiaçı1, İddiaçı4 və X7 mülkiyyətinə fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0,03 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2015-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.1998-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi arvadı-Cavabdeh3, qızı-Cavabdeh2 miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Şabran torpaq şöbəsinin verdiyi 7 fevral 2001-ci il tarixli, JN-0052, kodu 30409038 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı və Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 01/110 nömrəli daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışa əsasən ünvan 3i ünvanında yerləşən 4,48 ha torpaq sahəsinin X4 düşən hissəsindən ibarətdir. İş materiallarına əlavə edilmiş torpağa mülkiyyət hüququna dair JN-0052, kodu 30409038 olan dövlət aktından görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 10 iyul 1998-ci il tarixli qərarına əsasən X2 və ailə üzvləri – Cavabdeh3 və Cavabdeh2 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 4,48 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 01/110 nömrəli daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan görünür ki, X2 və ailə üzvləri – Cavabdeh3 və Cavabdeh2 mülkiyyətinə ünvan 3i ərazisindən 4,48 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29.5-ci maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair xx.xx.2023-cü il tarixli Qərarına əsasən qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair xx.xx.2023-cü il tarixli Qərarına əsasən qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1243.3-cü maddəsində göstərilir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1321-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmenti, belə predmentlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Həmin Məcəllənin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, vərəsə tərəfindən miras əmlakın faktiki qəbulu onun müəyyən hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşımalıdır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli Qərarlarında qeyd edilmişdir ki, faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixıli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən Azərbaycan Respublikasının Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Mülki Məcəllənin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Göründüyü kimi, mülki iş üzrə vərəsələr mirasın qəbulu müddətini itirməsinə baxmayaraq, ünvan 2 ünvanında yerləşən 0,03 ha torpaq sahəsinə və üzərində tikilmiş evə faktiki sahibliyi İddiaçı1, İddiaçı3 və İddiaçı4 həyata keçirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair xx.xx.2023-cü il tarixli Qərarına əsasən Konstitusiya vərəsəlik hüququnu təsbit edərkən yalnız bu hüququn mövcudluğuna deyil, miras qoyanın mirasının vərəsələrinə keçməsini təmin edən qanuni mexanizmin mövcudluğuna da dövlət təminatı yaradır. Çünki belə bir hüquqi mexanizmin mövcud olmaması vərəsəlik hüququnun konstitusiya təminatını formal etmiş olar. Qərardan göründüyü kimi mirasın vərəsələrə keçməsini təmin edən qanuni mexanizmin mövcud olmaması vərəsəlik hüququnun konstitusiya təminatını formal etməkdədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərini, ölümün qeydə edilmə faktını və mirasın qəbul edilməsi faktını müəyyən edə bilər. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-196A seriyalı, kodu 30401004 olan şəhadətnaməyə əsasən iddiaçılar mülkiyyətlərində və yaşadıqları ünvan 2 ünvanında yerləşən 0,03 ha torpaq sahəsinə və üzərində tikilmiş evə dair mülkiyyət hüquqlarının Daşınmaz Əmakın Dövlət Reyestrində qeydiyyata alınması üçün xx.xx.1998-ci il tarixdə vəfat etmiş ataları X1 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar Şabran Rayon Notariat Ofisinə müraciət etmişdirlər. Şabran Rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 559,560,561,562 saylı cavab məktublarından görünür ki, xx.xx.1998-ci il tarixində vəfat etmiş X2 adına xx.xx.2015-ci il tarixdə 8V reyestrdə 89 nömrə ilə qeyd olunmuş vərəsəlik işi açılmış, xx.xx.2015-ci tarixdə Cavabdeh2 və Cavabdeh3 2V reyestrdə 121 nömrə ilə qeyd olunmuş digər əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu səbəbdən iddiaçılara atalarından qalan miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Məhkəmə, JN- 196A seriyalı, kodu 30401004 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş 0,03 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evinə yerində baxış keçirmiş, müəyyən edilmişdir ki, həmin torpaq sahəsi iddiaçıların hazırda faktiki istifadəsindədir və həmin torpaq sahəsinin üzərində yerləşən mənzildə yaşayırlar. Odur ki, belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 2 ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin X2 payına düşən hissədə İddiaçı3, İddiaçı1, İddiaçı4 faktiki vərəsəlik hüququ tanınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin X2 payına düşən hissədə İddiaçı3, İddiaçı1, İddiaçı4 faktiki vərəsəlik hüququ tanınsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-60/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-60/2025
14.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver