Məhkəmə qərarları › İş №2(031)-646/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-646/2025

05.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-646/2025 05.06.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxs qarşı barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxs qarşı barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs arasında mediatorun iştirakı ilə bağlanmış xx.xx.2024-cü il tarixili barışıq sazişinin məcburi icrası üçün məhkəmə qaydasında təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə aralarında Qusar 1 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən birgə nikahdan olan övladları xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq hər uşaq üçün ayda 100 manat olmaqla, cəmi 200 manat aliment ödəməsinə dair öhdəlik götürmüşdür. Lakin Maraqlı şəxs tərəfindən bu günə kimi öhdəlik yerinə yetirilməmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, iclasa gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı, 475614 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X4 arasında bağlanmış rəsmi nikah Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2019-cu ildə Əli və xx.xx.2020-ci ildə Sara adlı uşaqları olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Qusar 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilən mediasiya xidmətlərinin göstərilməsi barədə müqaviləyə əsasən mübahisə tərəfləri arasında mediasiya xidmətlərinin göstərilməsinə dair münasibətlər müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Qusar 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilən mediasiya prosesinə xitam verilməsi haqqında protokola əsasən tərəflərin nikaha davam etməsi mübahisəsinin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Qusar 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilən barışıq sazişinə əsasən Maraqlı şəxs və X4 arasında barışıq sazişi imzalanmışdır. Barışıq sazişində göstərilmişdir ki, tərəflər birgə nikah dövründə dünyaya gələn xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X2 X1 yaşadığı ünvan 1 ünvanında birlikdə yaşamasına Maraqlı şəxs etiraz etmir. Tərəflər Birgə nikah dövründə dünyaya gələn xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək hər uşaq üçün hər ay xx.xx.2024-cü ildən başlayaraq 100 manat, ümumilikdə 200 manat pul məbləğində aliment nəğd, bank və ya hesab vasitəsi ilə ödəməkdə Maraqlı şəxs könüllü olaraq razılığa gəlmiş və etiraz etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilməli, tərəflərin birgə nikah dövründə dünyaya gələn xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X5 ərizəçi X4 ilə birlikdə ünvan 1 ünvanında yaşamalı, Maraqlı şəxs xx.xx.2024-cü ildən başlayaraq birgə nikah dövründə dünyaya gələn xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa hər ay 100 manat olmaqla, ümumilikdə 200 manat məbləğində aliment tutularaq Ərizəçi ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Tərəflərin birgə nikah dövründə dünyaya gələn xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X5 ərizəçi X4 ilə birlikdə ünvan 1 ünvanında yaşamasınlar. Maraqlı şəxs xx.xx.2024-cü ildən başlayaraq birgə nikah dövründə dünyaya gələn xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa hər ay 100 (yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat məbləğində aliment tutularaq Ərizəçi ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar