Məhkəmə qərarları › İş №2(031)-705/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-705/2024

08.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-705/2024 08.07.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediator X2 iştirakı ilə bağlanmış 10 iyun 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, nikahın pozulması və uşaqların atanın himayəsinə verilməsi tələbinə dair Maraqlı şəxs mediasiya prosesinin tətbiqi barədə müqavilə bağlamış, mediator X3 özlərinə mediator seçərək, 10 iyun 2024-ci il tarixdə barışıq sazişi bağlamışlar. Barışıq sazişinə əsasən hər ikisi nikahın pozulması və xx.xx.2011-ci ildə anadan olmuş X6 və xx.xx.2012-ci ildə anadan olmuş X9 onun himayəsinə verilməsinə razılaşmışlar. Nikahın ləğvi məhkəmə qaydasında aparılmalıdır. Ona görə də Şabran rayon Əmirxanlı inzibati ərazi dairəsi nümayəndəliyində bağlanmış 01 saylı, xx.xx.2011-ci tarixli nikahın ləğvinə və xx.xx.2011 -ci ildə anadan olmuş X6 və xx.xx.2012-ci ildə anadan olmuş X9 onun himayəsində qalması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də sazişin təsdiqlənməsi zərurəti vardır. 10 gün könüllü vaxt keçmişdir. Maraqlı şəxs etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizəsini onunla əsaslandırmışdır ki, Ziya ilə aralarında olan ailə münasibətlərinə son qoyulması üçün mediasiya təşkilatına müraciət etdikdə, özünü 1 saylı Qusar mediasiya təşkilatının əməkdaşı kimi təqdim edən, Şabranda mediasiya ofisi kimi fəaliyyət göstərən ofisdə ilk dəfə gördüyü X1 mediasiya ofisi kimi fəaliyyət göstərən ofisdə ona dedi ki, barışıq sazişinə imza et, belə ki, sənəd üzərində uşaqlar atasında qalacaq, əslində isə uşaqlar sənin yanında olacaqdır. Sonra isə Namiq onu Xaçmaz şəhərinə mediatorun ofisinə dəvət etdi. Mediator Səriyyə xamım isə onları xanımlara tapşırıb çölə çıxdı. Namiq Xaçmaz şəhərinə mediator Səriyyə xanımın otağında onu aldadaraq, hədə qorxu gələrək barışıq sazişinə imza etdirdi. Hansı ki, onun övladlarını Ərizəçi himayəsinə vermək niyyəti olmamışdır. O, Ərizəçi ilə aralarında olan nikahın pozulmasına razıdır, lakin, övladlarının Ziyanın himayəsinə verilməsini istəmir. Həmin barışıq sazişi övladlarının Ərizəçi himayəsinə verilməsi hissəsində qanunsuzdur və həmin hissədə təsdiq edilməməlidir. Məhkəmə iclasında Ərizəçi bildirdi ki, o, Maraqlı şəxs ilə aralarında bağlanmış rəsmi nikahın pozulmasını istəyir. Lakin ərizə məhkəməyə səhv olaraq mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi kimi verilmişdir. O, məhkəmədən barışıq sazişinin təsdiqini yox, Maraqlı şəxs ilə aralarında olan nikahın pozulmasını xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs bildirdi ki, onu Xaçmaz şəhərinə mediatorun ofisinə dəvət etmişlər. Xaçmaz şəhərinə mediator Səriyyə xanımın otağında onu aldadaraq, hədə qorxu gələrək barışıq sazişinə imza etdirmişlər. O, onlardan şikayətçidir, bu barədə polisə də şikayət edəcəkdir. Hansı ki, onun övladlarını Ərizəçi himayəsinə vermək niyyəti olmamışdır. Bu səbəbdən də, barışıq sazişi övladlarının Ərizəçi himayəsinə verilməsi hissəsində qanunsuzdur və həmin hissədə təsdiq edilməməlidir. Məhkəmə ərizəçini və maraqlı şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2011-ci ildə X10 və xx.xx.2012-ci ildə X12 adlı uşaqları olmuşdur. İş materiallarında olan Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış Qusar 1 saylı mediasiya təşkilatının mediatoru X4 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər könüllü nikahın pozulmasına razılaşdılar. Maraqlı şəxs xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X9 atası Ərizəçi himayəsi və yanında qalmasına etiraz etmir. Ərizəçin Mirtəhmasib oğlunun aliment tələbi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizədə Ərizəçi Maraqlı şəxs ilə aralarında bağlanmış rəsmi nikahın pozulmasını istədiyini bildirmişdir, lakin ərizədə Ərizəçi ilə Maraqlı şəxs arasında mediator X2 iştirakı ilə bağlanmış 10 iyun 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Nikahın pozulması ilə əlaqədar Ərizəçi məhkəməyə iddia icraatı qaydasında müraciət edilməlidir. Eyni zamanda, Maraqlı şəxs məhkəmə iclasında barışıq sazişi bağlanarkən aldadıldığını bildirmişdir. Ona görə də, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi Maraqlı şəxs qarşı "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsindən imtina edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsindən imtina edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar