Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-737/2021 29.09.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı CAVABDEHLƏR: Cavabdeh2 Bahəddin oğluna və Şabran rayon Dövlət Notariat Kontoruna qarşı Nümayəndə: X8 Mirasın qəbul edilməsi müddətinin uzadılması, vərəsəlik hüququnun tanınması, qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə Cavabdeh2 Bahəddin oğluna və Şabran rayon Dövlət Notariat Kontoruna qarşı iddia qaldıraraq miras kütləsinə daxil olan və mərhum X13 miras qalan Şabran rayonu Zağlı kəndində yerləşən 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən tikilinin - mirasın mərhum həyat yoldaşı X4 tərəfdən qəbul edilməsi müddətinin uzadılması, onun vərəsəlik hüququnun tanınması, həmin mülkə dair Şabran rayon DNK- ru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququna dair 28.01.2020-ci il tarixli 2V/50 reyestr nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında Cavabdeh2 Bahəddin oğlunun adına verilmiş çıxarışın ləğvi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təkrarən məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Cavabdeh2 Bahəddin oğlunun nümayəndəsi X3 iddiaçının iştirakı olmadan işə baxılması barədə xahişini nəzərə alaraq İddiaçı iştirakı olmadan iş baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, X4 ilə 1983-cü ildə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuş və həyat yoldaşı 11.12.2002-ci ildə dünyasını dəyişmişdir. Həyat yoldaşının atası X17 Şabran rayonunun Zağlı kəndində 0,04 ha torpaq sahəsi üzərində mülkü olmuş və Bahəddin Babayev 20 may 1986-cı ildə dünyasını dəyişmişdir. Həyat yoldaşı mərhumun qanun üzrə 1-ci növbə vərəsəsi kimi həmin miras əmlakı faktiki olaraq qəbul etmiş və bu mülkə aid torpaq sahəsi üzərində ayrıca 3 mərtəbəli yaşayış evi inşa etmiş, hal-hazırki vaxtda da onların ailə üzvlərinin istifadəsindədir. Miras əmlakın həyat yoldaşı, onun ölümündən sonra o, tərəfdən faktiki olaraq qəbul edilməsinə baxmayaraq Cavabdeh2 24.12.2019-cu il tarixdə Şabran rayon DNK-na ərizə ilə müraciət etmiş və həmin ərizəsində özünü mərhum Bahəddin Babayevin yeganə varisi kimi göstərmiş və əvvəlcə Bahəddin Babayevin adına həmin mülkə dair çıxarış almış və 28 yanvar 2020-ci il tarixdə həmin notariat kontorundan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etməklə miras əmlakı bütünlüklə öz adına rəsmiləşdirmiş və çıxarış da almışdır. Onun bütün bu əməliyyatlardan məlumatı olmamış, yalnız bu yaxınlarda Cavabdeh2 qızı bu mülkün onlara məxsus olduğunu və istədikləri vaxt onları bu mülkdən çıxara biləcəklərini dedikdən və bunun sübutu olaraq evə dair sənədlərin şəklini çəkərək Votsap vasitəsi ilə qızı Mədinə Babayevaya göndərdikdən sonra bilmişdir. Cavabdeh notariat kontoruna əzizəsində yeganə vərəsə olduğunu və ondan başqa miras qoyanın başqa 1-ci növbə vərəsəsinin olmamasını göstərmiş, hətta gələcəkdə vərəsələr müəyyən olunarsa həmin vərəsələrə miras əmlakdan pay verəcəyi barədə öhdəlik götürmüşdür. Mirasın qəbul edilməsi müddəti məhkəmə qaydasında uzadılmalıdır. Belə ki, miras qoyan vəfat etdikdən sonra onun həyat yoldaşı Balaqadaş Babayev miras qoyanın 1-ci növbə qanun üzrə vərəsəsi kimi miras əmlakı faktiki olaraq qəbul etmiş və miras əmlak olan ev onların daimi istifadəsində olmuş və bu gün də istifadəsindədir. Mərhum miras qoyan Babayev Bahəddinin həyat yoldaşı Mədinə Babayevanın ölüm haqqında şəhadətnaməsi olmadan notarius bu qanunsuz əməliyyatı aparmışdır. Halbuki bu şəxslər rəsmi nikahda olublar. Xahiş edir, miras kütləsinə daxil olan və mərhum X13 miras qalan Şabran rayonu Zağlı kəndində yerləşən 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən tikilinin - mirasın mərhum həyat yoldaşı X4 tərəfdən qəbul edilməsi müddətinin uzadılması, onun vərəsəlik hüququnun tanınması, həmin mülkə dair Şabran rayon DNK- ru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququna dair 28.01.2020-ci il tarixli 2V/50 reyestr nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında Cavabdeh2 Bahəddin oğlunun adına verilmiş çıxarışın ləğvi barədə qətnamə çıxarılsın. Cavabdeh2 Bahəddin oğlunun nümayəndəsi X8 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, Cavabdeh2 xx.xx.1948-ci ildə Dəvəçi (Şabran) rayonu, Zağlı kəndində X18 ailəsində doğulmuşdur. Doğulduğu ev Babayev Baba kişiyə, yəni cavabdehin atasının atasına aid olub-babasına. X7 da həmin 1918-ci ildə tikilmiş evdə doğulub oradan 2-ci dünya müharibəsinə gedib iştirak edib və qayıdıb həmin evdə təsərrüfatla məşğul olub, orada cavabdehin qucağında vəfat edib. Cavabdeh2 1971-ci ildə Talıbova (Babayeva) Məhbubə Məmətqulu qızı ilə ailə qurub orada yaşamışlar və təsərrüfatla məşğul olumuşlar. 3 övladları dünyaya gəlib. Uşaqlar məktəb yaşına çatdıqda məcbur olub Xaçmaz şəhərinə köçmüşlər və atası, anası yaşlı olduqlarına görə müntəzəm onları nəzarətdə saxlayıb, təsərrüfat işlərində kömək etmişlər. 1986-cı ildə cavabdehin X7 beyin iflici keçirərək yatağa düşmüşdür. Cavabdeh2 və ailəsi birlikdə atasının bütün ehtiyaclarını qarşılamışlar və onun qulluğunda durmuşlar. Halbuki, əsgər gedib ata yurduna qayıtmayan cavabdehdən böyük qardaşları Babayev Baba və Babayev Balaqardaş var idilər. Baba Sumqayıtda, Balaqardaş isə Bakıda yaşayırdı. Balaqardaş başqa kişidən 3 övladı olan qadın ilə evlənmiş və onun evinə girmiş, özündən qadının 4 övladı olmuşdur. Cavabdehin atası xəstə yatdıqda Balaqardaş artıq 2-ci dəfə X9 ilə evli idi və Bakıda 1-ci arvadının evində yaşayırdılar. Nə böyük qardaşı, nə də Balaqardaş atasıünın yasında belə, iştirak etməmişlər. Atasının il mərasimi çıxana qədər kənddə müntəzəm olaraq anasını köməksiz qoymamışlar və il mərasimindən sonra anasını X10 birlikdə Xaçmaz şəhəri, Səid Qurbanov küçəsi 46/17 saylı mənzilinə gətirmişdir. Cavabdehin anası X1 cavabdehin evində rəhmətə gedib və 5 mərtəbəli binanın bütün qonşuları ilə birlikdə gətirib Zağlı kəndində torpağa tapşırmışlar. Ata-baba yurdu dağılmasın deyə, ailə qəbirləri Zağlıda olduğu üçün kəndə qayıdıb təsərrüfatla məşğul olmağa başlamışdır. Cavabdehin oğlu X20 1996-cı ildə hərbi xidmətə getmiş və 2 il 7 aydan sonra xidmətini başa vurub kəndə qayıtmış və təsərrüfatı idarə etməkdə cavabdehə kömək etmişdir. 2002-ci ildə evlənmiş və Zağlı kəndində onun üçün məclis qurmuş, məclis video kasetə çəkilmişdir. Abdulova Sinəvər və qardaşı Balaqardaş kənddə yaşayıblarsa, görəsən atasının, anasının, oğlunun məclisində niyə iştirak etməyiblər. Mal-qara saxlamışlar, ağartı, süd, qatıq, yağ, pendir satmışlar, tərəvəz əkmişlər, bütün ehtiyaclarını ödəmişlər. Ot çalmışlar, vergi vermişlər, abunə kodu Cavabdeh2 **********00004, ünvan: Şabran rayonu. Zağlı kəndində olan elektrik sayğacı hal-hazırda işlək vəziyyətdədir. İctimai marşrut olan Şabran-Düzbilici, Düzbilici-Şabran marşrutu ilə yük aparıb, yük gətirmişdir. Cavaabdeh Cavabdeh2 və həyat yoldaşı hal-hazırda orada yaşayırıqsa, Sinəvər xanım harada yaşayır. İddia ərizəsində göstərdiyi kimi Zağlı kəndində onu tanıyan yoxdur. Şəxsiyyət vəsiqəsindəki ünvan qarşılıqlı nikah dövründə əldə etdikləri evi uşaqlara pay verməsin deyə satıb orada da yaşamır. İddia ərizəsindəki ünvan telefon №-si qardaşı qızı X2 aiddir. Sual doğur Sinəvər xanım harada yaşayır? Hal-hazırda evin damı köhnə olduğu üçün evi təmir edir və evdə heç bir avadanlıq yoxdur. Sual olunur: heç vaxt yaşamadığı, heç vaxt ünsiyyətdə olmadığı qardaşınınıda, övladı belə, olmadığı bir evin mirasçısı necə ola bilər? Ev cavabdehin babasına aid olub. Babasının atasından başqa qızı olub. Narxatun bibisi atasının yeganə qohumu olmuşdur. Ona görə o, vərəsəlik şəhadətnaməsi aldıqda bibisınin uşaqları da cavabdehə eyni dərəcəli vərəsə olduqlarını bildiyi üçün, onların da babalarının cavabdehin babası olduğunu bildiyi üçün o ərizəni qoymuşdur. Mədinə ilə birləşib zəifləri aldadıb evini əlindən alan Sinəvər üçün yox, düzgün qadındırsa, yaşadıqları evi satanda ərinin uşaqlarına pay verərdi. Birinci ərindən olan doğma qızına ev almazdı. Sinəvər xanımın qızına aldığı evi qızı satıb. Hal-hazırda Sinəvər xanım kiminsə villasında nəvəsi Kamranla xadimə işləyir. Ona nəvəsi Kamran baxır. Xahiş edir, işə məhkəmə iclasında düzgün baxılsın, iddia əsassız olduğundan təmin edilməsin. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Şabran rayon Dövlət Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Cavabdeh2 nümayəndəsini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş AZ-T seriyalı 174042 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X11 ilə X14 birgə nikahlarından 04.10.1962-ci ildə Mədinə adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş X12 ilə İddiaçı 14 dekabr 1983-cü ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İşə əlavə edilmiş Şabran rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30 iyun 2021ci il tarixli arayışdan görünür ki, X30 ilə X21 birgə nikahlarından 30.01.1938-ci ildə Balaqədəş adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08 iyul 2021ci il tarixli məktubdan görünür ki, 1992-93-cü il tarixdə vəfat etmiş nənələri X31 barəsində Xaçmaz rayon Qeydiyyat Şöbəsinin arxivində ölümü haqqında kt qeydi aşkar olunmamışdır. İşə əlavə edilmiş Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08 iyul 2021ci il tarixli 428 saylı arayışdan görünür ki, X21 ölüm haqqında məlumatları müəyyən edilməsi məqsədilə «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasi sisteminə 08.07.2021-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. İşə əlavə edilmiş Şabran rayon Dövlət Arxivi tərəfindən verilmiş 26 aprel 2011-ci il tarixli 193 saylı arxiv çıxarışından görünür ki, Şabran (keçmiş Dəvəçi) rayon XDS İK-nin Bilici kənd sovetliyinin 1980-1982-ci illərdə Zağlı kəndi üzrə tərtib edilmiş təsərrüfatbaşına kitabında X17 64 saylı təsərrüfatı qeydə alınmışdır. Həmin təsərrüfatdan 1918-ci ildə tikilmiş yaşayış evi və 0.04 ha həyətyanı torpaq sahəsi göstərilməklə ailə üzvləri – X32 və X31 qeyd edilmişdir. İşə əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi – **********88-10301 olan çıxarışdan görünür ki, Şabran rayonu Zağlı kəndində yerləşən fərdi yaşayış evi və 0.04 torpaq sahəsi X17 adına qeydə alınmışdır. İşə əlavə edilmiş AZ-İ seriyalı 301570 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X32 20 may 1986-cı ildə ölmüşdür. İşə əlavə edilmiş AZ-İV seriyalı 339764 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X32 ilə X5 birgə nikahlarından xx xxx 1948-ci ildə Əmirəli adlı uşağı anadan olmuşdur. İşə əlavə edilmiş 28 yanvar 2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 20 may 1986-cı ildə ölmüş X17 vərəsəsi oğlu Cavabdeh2 Bahəddin oğlu miras əmlakdan 1/1 hissədə pay almalıdır. İşə əlavə edilmiş 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********88-10301 olan Fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, Şabran rayonu Zağlı kəndində yerləşən fərdi yaşayış evi X17 adına qeydə alınmışdır. İşə əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi – **********88-10301, qeydiyyat nömrəsi – **********, qeydiyyat tarixi 19.02.2020-ci il olan çıxarışdan görünür ki, Şabran rayonu Zağlı kəndində yerləşən fərdi yaşayış evi və 0.04 torpaq sahəsi X6 adına qeydə alınmışdır. İşə əlavə edilmiş Şabran rayon İHB-nın Düzbilici İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş 08 sentyabr 2021-ci il tarixli 135 saylı arayışdan görünür ki, Babayev X22 rayonu Zağlı kəndində arvadı – X8 ilə birlikdə yaşayır. İşə əlavə edilmiş Şabran rayon İHB-nın Düzbilici İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03 dekabr 2019-cu il tarixli 255 saylı arayışdan görünür ki, Cavabdeh2 Bahəddin oğlunun mərhum atası X32 20.05.1986-cı il tarixdə vəfat etmişdir. Vəfat edən günə kimi Şabran rayon Zağlı kəndində qeydiyyatda olmuş və yaşamışdır. Ölümündən sonra onun təsərrüfatına Cavabdeh2 Bahəddin oğlu baxmış və idarə etmişdir. İşə əlavə edilmiş Şabran rayon İHB-nın Düzbilici İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03 dekabr 2019-cu il tarixli 256 saylı arayışdan görünür ki, X32 20.05.1986-cı ildə, mərhumə X24 02.02.1993-cü il tarixində vəfat edənə qədər Şabran rayonunun Zağlı kəndində qeydiyyatda olub, yaşamış və vəfat etdikdən sonra onların ailə üzvü 1948-ci il təvəllüdlü, oğlu Cavabdeh2 Bahəddin oğlu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələrdir. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsələr qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İş materiallarından görünür ki, Babayev X16 Bahəddin Baba oğlunun birinci növbədə vərəsəsidir və ondan miras qalmış əmlaka sahiblik etmiş, əmlakı faktiki istifadə etmiş və notariat qaydasında vərəsəlik şəhadətnaməsi almaqla miras əmlakın mülkiyyət hüququ qazanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Notariat haqqında” Azərbaycan Respublikası qanunun 35-ci maddəsinə əsasən notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin səlahiyyətini müəyyən etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iş üzrə Cavabdeh2 Bahəddin oğlu miras qoyanın birinci növbə vərəsəsidir. Miras qoyan X32 öldükdən sonra ondan qalmış miras əmlaka oğlu Babayev Əmrəli sahiblik etmişdir. Sonradan Cavabdeh2 həmin əmlakı qanuni əsaslarla DƏDRX-də öz adına qeydiyyata aldırmışdır. Odur ki, məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayaraq, belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh2 Bahəddin oğluna və Şabran rayon Dövlət Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması, vərəsəlik hüququnun tanınması, qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi barədə iddiası əsassızdır, ona görə də, təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. İddiaçıcavabdehlər Cavabdeh2 Bahəddin oğluna və Şabran rayon Dövlət Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması, vərəsəlik hüququnun tanınması, qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi barədə iddiası əsassız olduğundan təmin edilməsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV
Məhkəmə qərarları › İş №2(031)-737/2021
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-737/2021
29.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver