Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-747/2024 02.09.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X8 katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.1980-ci il təvəllüdlü X2 13 avqust 1993-cü il tarixdə Şabran şəhərində avtomobil qəzası nəticəsində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, X5 onun oğlu olmuşdur. Oğlu 13 avqust 1993-cu ildə maşın qəzasinda xəsarət alaraq vəfat etmiş və Dəvəçikənd qəbristanliginda dəfn olunmuşdur. Vəfat edərkən təcili tibbi yardım çagırılmadıgı üçün ölüm haqqında Tibbi arayış alınmamışdır. Oğlu Bəhmən üçün ölüm haqqında şəhadətnamə almaqdan ötrü Maraqlı şəxsnə müraciət edilmişdir. Lakin bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadıgından Qeydiyyat Şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilə bilməz, bu barədə məhkəməyə müraciət edilməlidir. Ona görə də məcbur olaraq məhkəməyə müarcət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, X6 onun qonşusu olmuş, həqiqətən rəhmətə getmiş və o, onun yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirmişdir ki, X6 onun qonşusu olmuş, həqiqətən rəhmətə getmiş və o, onun yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirmişdir ki, X6 onun qonşusu olmuşdur, həqiqətən 1993-cü ildə avtoqəza nəticəsində vəfat etmiş və o, onun yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1, 307.2.3, 308, 309.1 və 310-311-ci maddələrinin tələblərini rəhbər tutaraq, müəyyən etmişdir ki, X7 xx.xx.1993cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixli № 13 nömrəli məktubunda göstərilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə şöbəyə təqdim edilmədiyindən X2 ölümünün qeydə alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə qeyd edir ki, iş materiallarının məcmusu ərizənin doğruluğunu təsdiq edir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, xx.xx.1980-ci il təvəllüdlü X2 xx.xx.1993-cü il tarixdə Şabran şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1980-ci il təvəllüdlü X2 xx.xx.1993-cü il tarixdə Şabran şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-747/2024
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-747/2024
02.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver