Məhkəmə qərarları › İş №2(031)-75/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-75/2025

15.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-75/2025 15.01.2026 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı cavabdehin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********01 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən çıxarışa əsasən mülkiyyətində olan 0,5952 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 0,37 ha hissəsinin cavabdehin qanunsuz sahibliyindən ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Dəvəçi Rayonu Aqrar İslahat Komissiyasının 27 fevral 1998-ci il tarixli, 2 nömrəli qərarı ilə ona ünvan 3ndən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi naturada ölçülərək ona göstərilmişdir. Qeyd olunan torpaq sahəsinə dair ona cizgidə göstərilən sərhəd daxilində torpağa mülkiyyət hüququna dair JN-0035, kodu 30405038 olan dövlət aktı verilmişdir. Dövlət aktından da göründüyü kimi 0,66 ha torpaq sahəsi 2 hissədə yerləşməklə mülkün nömrəsi 0035 olan 5952,26 m2 və mülkün nömrəsi 35P olan 660,86 m2 əraziləri əhatə etmişdir. 0,5952 ha torpaq sahəsinə dair adına xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********01 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən çıxarış verilmişdir. Cavabdeh uzun illərdir ki, ona məxsus qeyd olunan 0,5952 ha torpaq sahəsinin 0,37 ha hissəsini özbaşına olaraq zəbt etmişdir. Ona məxsus 0,59 ha torpaq sahəsinin 0,37 ha hissəsi hal-hazırda Cavabdeh qanunsuz sahibliyindədir. Cavabdeh ona məxsus həmin torpaq sahəsinin ona məxsus olduğunu iddia etməkdədir. O, bu səbəbdən mülkiyyətində olan torpaq sahəsindən tam şəkildə istifadə edə bilmir. Subut olaraq qeyd edə bilər ki, o, bir daha ünvan 3ndə yerləşən 0,5952 ha torpaq sahəsinin koordinatlarının yerində dəqiqləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı ünvan 1 ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ərizənizdə qeyd olunmuş ünvan 3ndə yerləşən 0,59 ha torpaq sahəsinin faktiki yerində elektron uçot baza məlumatlarına əsasən qonşu torpaq sahələri ilə birlikdə bir tərəf döngə nöqtəsinin koordinatlarını yerində tanıtdıq lakin, qonşu torpaq sahələrinin istifadəçiləri ilə mübahisə yarandığına görə digər üç tərəf döngə nöqtələrinin koordinatlarını yerində tanıdılması mümkün olmamışdır. O, dəfələrlə cavabdehin qanunsuz sahibliyindən əmlakını geri tələb etsə də, heç bir nəticəsi olmamışdır. İddiaçı dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********01 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən çıxarışa əsasən mülkiyyətində olan 0,5952 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 0,3893 ha hissəsinin cavabdehin qanunsuz sahibliyindən ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair kodu JN0035 olan, 30405038 saylı dövlət aktından görünür ki, Dəvəçi Rayonu Aqrar İslahat Komissiyasının 27 fevral 1998-ci il tarixli, 2 nömrəli qərarına əsasən X2 mülkiyyətinə kənd təsərrüfatı məhsulları itehsalı məqsədi ilə 0,66 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********01, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışdan və AN seriyalı, 780072 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İddiaçı mülkiyyətinə ünvan 3ndən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasından 0,5952 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ünvan 3ndə yerləşən 0,59 ha torpaq sahəsinin faktiki yerində elektron uçot baza məlumatlarına əsasən qonşu torpaq sahələri ilə birlikdə bir tərəf döngə nöqtəsinin koordinatlarını yerində tanıdılmış, lakin qonşu torpaq sahələrinin istifadəçiləri ilə mübahisə yarandığına görə digər üç tərəf döngə nöqtələrinin koordinatlarının yerində tanıdılması mümkün olmamışdır. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********25, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan çıxarışdan və AN seriyalı, 365701 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Cavabdeh mülkiyyətinə ünvan 3ndə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasından ilə 0,3434 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 8 avqust 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********01 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şabran rayonu, Taxtalar ərazisində yerləşən 0,5952 hektar torpaq sahəsinin cizgiləri, X1 X3 (TEKUİS) ümumi massivdə azalma olması səbəbindən 0,0658 ha azalaraq 0,5294 ha kimi tərtib olunmuşdur. 0,5294 ha torpaq sahəsinin 0,3893 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Cavabdeh və onun ailə üzvlərinə verilmiş 0,53 ha torpaq sahəsi Bakı Şəhəri 23 saylı Notariat Ofisinin xx.xx.2019-cu il tarixli, 4Ə-315 saylı alğı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin mülkiyyətinə keçmişdir. 0,53 ha torpaq sahəsi DWG xəritələrinə əsasən İddiaçı məxsus 0,5952 ha torpaq sahəsinin şimal-şərq sərhədinə bitişik olsa da, TEKUİS- də 0,53 ha torpaq sahəsinin cizgiləri hava xətti ilə 450 metr şərq tərəfdə tərtib olunmuşdur. Cavabdeh istifadə etdiyi 0,3893 ha torpaq sahəsi İddiaçı məxsus 0,5294 ha sahənin daxilində yerləşir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-u maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 15 aprel 2002-ci il tarixdən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məcəllələri üzrə Avropa məhkəməsinin yuridiksiyasının məcburliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksyası altında olan insanların Konvensiyada nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında qeyd edilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə hər hansı müdaxilə qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. Əmlakdan maneəsiz istifadə hüququnun mahiyyətini açıqlayan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 1979-cu il tarixli Marks Belçikaya qarşı qərarında göstərilir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Yuxarıda sadalanan normaların mahiyyəti və hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvericilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İş materiallarında olan 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********01, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışa və AN seriyalı, 780072 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı ünvan 3ndə 0,5952 ha torpaq sahəsi üzərində hüququ rəsmiləşdirilmişdir. Bundan əlavə mütəxəssis rəyinə əsasən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********01 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şabran rayonu, Taxtalar ərazisində yerləşən 0,5952 hektar torpaq sahəsinin cizgiləri X1 X3 ümumi massivdə azalma olması səbəbindən 0,5294 ha kimi tərtib olunmuşdur. Cavabdeh istifadə etdiyi 0,3893 ha torpaq sahəsi İddiaçı məxsus 0,5294 ha sahənin daxilində yerləşir. Göründüyü kimi iddiaçı mülkiyyətində olan əmlakdan maneəsiz istifadə hüquqlarından məhrum olmuşdur. Bu hal onun hüquqlarını məhdudlaşdırır və əmlakına dair mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. İddiaçı qanunvericiliyin tələblərinə əsasən sözügedən torpaq sahəsinə sahiblik və istifadə hüquqlarını bərpa etmək məqsədilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına uyğun məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********01 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 3ndə yerləşən 0,5294 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 0,3893 ha hissəsi cavabdehin qanunsuz sahibliyindən İddiaçı geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********01 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 3ndə yerləşən 0,5294 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 0,3893 ha hissəsi cavabdehin qanunsuz sahibliyindən İddiaçı geri qaytarılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar