Məhkəmə qərarları › İş №2(031)-752/2023

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-752/2023

28.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-752/2023 28.09.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X14 Hidayət oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Maraqlı şəxs olmaqla “Ölüm faktının müəyyən edilməsi” barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1965-ci təvəllüdlü X2 xx.xx.2022-ci ildə Xaçmaz şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X5 onun həyat yoldaşı olmuşdur. Yoldaşı xx.xx.1965-ci ildə Dəvəçi şəhərində anadan olmuşdur və xx.xx.2022-ci ildə Xaçmaz şəhərində vəfat etmiş və Şabran şəhərində dəfn olunmuşdur. Vəfat edərkən təcili tibbi yardım çağırılmadığı üçün ölüm haqqında tibbi arayış alınmamışdır. X5 üçün ölüm haqqında şəhadətnamə almaqdan ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilə bilməz, bu barədə məhkəməyə müraciət edilməlidir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmişdir. Xahiş edir, xx.xx.1965-ci təvəllüdlü X2 xx.xx.2022-ci ildə Xaçmaz şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılsın. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. İş üzrə maraqlı tərəf Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı tərəfin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı tərəf Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahiləri dinləyib, işdə olan sənədləri apaşdırıb hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X6 bildirdi ki, Ərizəçi onun dayısı nəvəsidir. X1 əri olmuşdur. Dilsus 2022-ci ilin may ayının 21-i Xaşmaz şəhərində vəfat etmişdir, Şabran şəhərində dəfn olunmuşdur. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 bildirdi ki, Ərizəçi onun qonşusu və uzaq qohumudur. Dilsuz onun əri olmuşdur, Sədaqətin əri Dilsuz keçən ilin may ayının 21də Xaçmaz şəhərində vəfat etmiş və Çabran şəhərində dəfn olunmuşdur. İşə əlavə edilmiş AZ-İ seriyalı 307508 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə Ərizəçi 13 may 1992-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İşə əlavə edilmiş Xaçmaz Mərkəzi rayon X9 Şəxsi TTTYŞ tərəfindən verilmiş 03 oktyabr 2022-ci il tarixli 232 saylı arayışdan görünür ki, 21 may 2022-ci il tarixdə saat 02- 25-də Xaçmaz şəhəri, İ.Qasımov küçəsi ev 50-yə çağrış olunmuş, X4 ağ ciyər xərçəngi diaqnozu qoyulmuşdur. İlk tibbi yardım göstərilmiş, göstərilən yardma baxmayaraq müəyyən vaxtdan sonra xəstə keçinmişdir. İşə əlavə edilmiş 12 iyun 2023-cü il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında yaşayan Ərizəçi həyat yoldaşı X7 21 may 2022-ci il tarixdə Xaçmaz şəhərində vəfat etmişdir və Şabran rayonunda dəfn edilmişdir. Aktın doğruluğunu Z.Əzizov, R.Nəsirov və S.Əzizova öz imzaları ilə təsdiq etmişlər. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 06 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadənamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İşə əlavə edilmiş foto şəkillərdən görünür ki, xx.xx.1965-ci təvəllüdlü X5 xx.xx.2022ci ildə vəfat etmişdir. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, həqiqətən də xx.xx.1965ci təvəllüdlü X5 xx.xx.2022-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1. maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Müəyyən edilmişdir ki, Ərizəçi həyat yoldaşı X2 ölümü haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Azərbaycan Respublikası MPM-nin 311. maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1965-ci təvəllüdlü X2 xx.xx.2022-ci ildə Xaçmaz şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1965-ci təvəllüdlü X2 xx.xx.2022-ci ildə Xaçmaz şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi ölümün qeydə alınması üçün qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : İlqar Cabbarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar