Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-753/2023 26.10.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4886 (dörd min səkkiz yüz səksən altı) manat məbləğində pulun və ödədiyi 70 (yetmiş) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2017ci il tarixdə əvvəlki adı "xxxx" X5 Açıq Səhmdar Cəmiyyəti indiki adı "xxxx" Açıq Səhmdar Cəmiyyəti olan bankdan 03 (üç) il müddətinə 7500 (yeddi min beş yüz) manat pul götürüb cavabdeh X2 vermişdir. Cavabdeh 02 (iki) il pulu banka ödəmiş, axırıncı 01 (bir) ili ödəniş etməmişdir. Bank İddiaçı məhkəməyə vermiş və İddiaçı məhkəmə qətnaməsinə əsasən 4886 (dörd min səkkiz yüz səksən altı) manat pulu banka ödəmişəm. Ondan sonra İddiaçı dəfələrlə pulunu cavabdeh X1 istəsə də, cavabdeh X3 İddiaçı pulunu verməmiş, hətta İddiaçı təhdid etmişdir. Bu səbəblərdən də İddiaçı Azərbaycana Respublikasının Mülki Məcəlləsinin 448.1, 442.1 və 739.1-ci maddələrinə istinad edərək iddia ərizəsi ilə məhkəməyə müraciət edib cavabdeh X1 4886 (dörd min səkkiz yüz səksən altı) manat pulun və ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 134, 135, 138 və 139-cu maddələrində nəzərdə tutulmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmişdir. Buna baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Lakin İddiaçı xx.xx.2023-cü il tarixli, reyestrdə 7E-3152 nömrə ilə qeyd edilmiş etibarnamə əsasında nümayəndəsi Nümayəndə iştirakını təmin etmişdir. Bu səbəbdən də məhkəmə işə İddiaçı iştirakı olmadan və onun nümayəndəsi Nümayəndə iştirakı ilə baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, İddiaçı hazırki iş üzrə xx.xx.2023-cü il tarixə, saat 14:30-a təyin edilmiş məhkəmə iclasının keçirilmə vaxtı və yeri barəsində məlumatlandırıldığını öz imzası ilə təsdiq etmişdir. - xx.xx.2023-cü il tarixli, reyestrdə 7E-3152 nömrə ilə qeyd edilmiş etibarnamədən görünür ki, İddiaçı nümayəndəsi Nümayəndə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 74-cü maddəsində nəzərdə tutulmuş nümayəndənin səlahiyyətlərini həyata keçirməsini etibar etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiasının təmin edilməsini və Cavabdeh 4886 (dörd min səkkiz yüz səksən altı) manat məbləğində pulun və ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ilk öncə İddiaçı ona qarşı "pul" tələbinə dair iddiasını qəbul etməyərək göstərmişdir ki, İddiaçı bankdan götürdüyün pulun hamısını ona verməyib və o, İddiaçı bankdan götürdüyü pulun ona verdiyi hissəsini geri qaytarıb. Bundan sonra "CD" diskdəki Cavabdeh məxsus səs yazısına məhkəmə iclasında baxış keçirilmiş və Cavabdeh məhkəmə tərəfindən qəbul ediləcək yekun məhkəmə aktına hörmətlə yanaşdığını və İddiaçı ona qarşı "pul" tələbinə dair iddiasında göstərilən tələbi yerinə yetirməyə hazır olduğunu bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - "Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 4-Y-1-0-213-17 saylı kredit müqaviləsinə 1 saylı əlavədən (ödəniş cədvəlindən) görünür ki, "Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti 36 (otuz altı) ay müddətinə 7500 (yeddi min beş yüz) manat məbləğində pul vəsaitini 29 (iyirmi doqquz) faiz dərəcəsi ilə İddiaçı kredit vermişdir. - xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 11:18:00-da İddiaçı "Yelo Bank” Açıq Səhmdar Cəmiyyətindən götürdüyü kredit üzrə "Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinə 2000 (iki min) manat məbləğində ödəniş edilmişdir. - xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 11:24:32-də İddiaçı "Yelo Bank” Açıq Səhmdar Cəmiyyətindən götürdüyü kredit üzrə "Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinə 400 (dörd yüz) manat məbləğində ödəniş edilmişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli, PAİHTD-12937 nömrəli məktubdan görünür ki, xx.xx.2017-ci il tarixli, 4-Y-1-0-213-17 saylı kredit müqaviləsinə əsasən İddiaçı 7500 (yeddi min beş yüz) manat məbləğində kredit verilmişdir və xx.xx.2020-ci il tarixə İddiaçı xx.xx.2017-ci il tarixli, 4-Y-1-0-213-17 saylı kredit müqaviləsi üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyəti (əvvəlki adı "xxxx" X5 Açıq Səhmdar Cəmiyyəti) qarısında heç bir öhdəliyi mövcud deyil. - "CD" diskdəki Cavabdeh məxsus səs yazısından görünür ki, Cavabdeh İddiaçı 4000 (dörd min) manat məbləğində borcunun olduğunu etiraf etmiş və həmin borcu yaxın zamanda ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" xx.xx.2019-cu il tarixli Qərarına əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "M. Sarıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 fevral 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyin predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların verilməsi, görülmüş işlər, göstərilmiş xidmətlər üzrə borclu şəxslərin davranışı təşkil edir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddənin məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Beləliklə məhkəmə İddiaçı "Yelo Bank” Açıq Səhmdar Cəmiyyətindən kredit götürərək Cavabdeh borca verdiyi pul vəsaitinin cavabdeh tərəfindən ona geri qaytarılmamış hissəsini geri tələb etdiyini və Cavabdeh məhkəmə iclasında İddiaçı ona "Yelo Bank” Açıq Səhmdar Cəmiyyətindən kreditə götürdüyü pulu borca verdiyini etiraf etməsini və İddiaçı ona borca verdiyi pulu tam şəkildə geri qaytarmasını təsdiq edən hərhansı bir mötəbər sübutu məhkəməyə təqdim etməməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası təmin edilməli və Cavabdeh 4886 (dörd min səkkiz yüz səksən altı) manat məbləğində pul vəsaiti və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 357-360 maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4886 (dörd min səkkiz yüz səksən altı) manat məbləğində pul vəsaiti və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 4950 (dörd min doqquz yüz əlli) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2(031)-753/2023
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-753/2023
26.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver