Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-76/2025 02.04.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı nümayəndəsi X15, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə İddiaçı Cavabdeh2 və Şabran Rayon Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması, payların müəyyən edilməsi tələbinə dair mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 və Şabran Rayon Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması, payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1ndan qalmış mirasın tərəfindən qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması, Şabran Rayon Notariat Ofisi tərəfindən X8 və X10 adına verilmiş, 2V reyestrdə 462 nömrə ilə qeyd edilmiş 1 oktyabr 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, X1ndan miras qalmış JN-011B, kodu 30411018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətdə olan 0,05 ha torpaq sahəsinin, JN-011F, kodu 30411018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətdə olan 0,11 ha torpaq sənəsinin, xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********66 reyestr nömrəli nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan 0,800002 ha torpaq sahəsinin, xx.xx.2007ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********69 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan 0,927991 ha torpaq sahəsinin, xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********71 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan 0,664015 ha torpaq sahəsinin ona məxsus hissələri üzərində vərəsəlik hüququnun tanınması və miras əmlakların hər birindən 1/3 hissədə pay hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək X1ndan qalmış mirasın tərəfindən qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması, Şabran Rayon Notariat Ofisi tərəfindən X8 və X10 adına verilmiş, reyestrdə 2V-462 nömrə ilə qeyd edilmiş 1 oktyabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, reyestrdə 2V-8 nömrə ilə qeyd edilmiş 14 fevral 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, reyestrdə 2V-9 nömrə ilə qeyd edilmiş 14 fevral 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, X1ndan miras qalmış JN-011B, kodu 30411018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətdə olan 0,05 ha torpaq sahəsinin, JN-011F, kodu 30411018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətdə olan 0,11 ha torpaq sahəsinin, xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********66 reyestr nömrəli nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan 0,800002 ha torpaq sahəsinin, xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********69 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan 0,927991 ha torpaq sahəsinin,xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********71 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan 0,664015 ha torpaq sahəsinin, xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********76 reyestr nömrəli hüquqların dövlət qeydivyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan 1,268179 ha torpaq sahəsinin ona məxsus hissələri üzərində, Dəvəçi Rayon İcra Hakimiyyəti Başçısının 6 mart 2000-ci il tarixli, 74 saylı sərəncamına əsasən X1na ayrılmış 1000 m2 həyətyanı torpaq sahəsi üzərində vərəsəlik hüququnun tanınması və miras əmlakların hər birindən 1/3 hissədə pay hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək X1ndan qalmış mirasın tərəfindən qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması, Şabran Rayon Notariat Ofisi tərəfindən X8 və X10 adına verilmiş, reyestrdə 2V-462 nömrə ilə qeyd edilmiş 1 oktyabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, reyestrdə 2V-8 nömrə ilə qeyd edilmiş 14 fevral 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, reyestrdə 2V-9 nömrə ilə qeyd edilmiş 14 fevral 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, X1ndan miras qalmış JN-011B, kodu 30411018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətdə olan 0,05 ha torpaq sahəsinin, JN-011F, kodu 30411018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətdə olan 0,11 ha torpaq sahəsinin, xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********66 reyestr nömrəli nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan 0,800002 ha torpaq sahəsinin, xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********69 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan 0,927991 ha torpaq sahəsinin, xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********71 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan 0,664015 ha torpaq sahəsinin, xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********76 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan 1,268179 ha torpaq sahəsinin ona məxsus hissələri üzərində, Dəvəçi Rayon İcra Hakimiyyəti Başçısının 6 mart 2000-ci il tarixli 74 saylı sərəncamına əsasən X1na ayrılmış 1000 m2 həyətyanı torpaq sahəsi üzərində vərəsəlik hüququnun tanınması və miras əmlakların hər birindən 1/3 hissədə pay hüququnun müəyyən edilməsi, özgəninkiləşdirilən əmlaklara münasibətdə isə hazırki bazar qiymətlərinə uyğun dəyərinin hesablanmaqla cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Dəvəçi Rayonu Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli, 4 saylı qərarı ilə X10, Cavabdeh2, X6, X12, X9, X7 ümumi birgə mülkiyyətinə ünvan 2i ərazisində 0,05 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Onların adına JN-011B, kodu 30411018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənmişdir. Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 28 aprel 1998ci il tarixli, 4 saylı qərarı ilə X10, Cavabdeh2, X6, X12, X9, X7 ümumi birgə mülkiyyətinə ünvan 2i ərazisində 0,11 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Onların adına JN- 011F, kodu 30411018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənmişdir. xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********66 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X10, Cavabdeh2, X6, X12, X9 ümumi birgə mülkiyyətdə olan, ünvan 2i ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0,800002 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları rəsmiləşdirilmişdir. xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********69 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X10, Cavabdeh2, X6, X12, X9 ümumi birgə mülkiyyətdə olan, ünvan 2i ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0,927991 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları rəsmiləşdirilmişdir. xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********71 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X10, Cavabdeh2, X6, X12, X9 ümumi birgə mülkiyyətdə olan, ünvan 2i ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0,664015 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları rəsmiləşdirilmişdir. X1 ilə anası X22 2004-cü ildə qeyri-rəsmi şəkildə ailə həyatı qurmuşdurlar. Onların övladları olaraq xx.xx.2005-ci il tarixdə o, anadan olmuşdur. Doğum haqqında şəhadətnamədə X1 qeyd olunmuşdur. X1 28 mart 2006-cı il tarixində vəfat etmişdir. Atasının ölümündən sonra anası və o, birlikdə atasının və digər şəxslərin ümumi birgə mülkiyyətində olan ünvan 2ində yerləşən evdə bir müddət yaşasalar da, Cavabdeh2 onlara həmin evdə yaşamağa imkan verməmiş, anası məcbur olub onu da götürərək həmin evdən çıxmışdır. Atasının ölümündən sonra o, babası X18, nənəsi Cavabdeh2 birinci növbəli vərəsələri olaraq qalmışlar. Daha sonra 2023-cü ilin avqust ayında babası X18 vəfat etmişdir. Atasının miras əmlaklara dair vəsiyyətnaməsi olmamışdır. O, atasından miras qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmək məqsədi ilə nümayəndəsi vasitəsi ilə Şabran Rayon Notariat Ofisinə müraciət etsə də, Şabran Rayon Notariat Ofisi tərəfindən onlara ünvanlanmış 28 oktyabr 2024-cü il tarixli, 612 nömrəli cavab məktubunda göstərilmişdir ki, X16 xx.xx.2006-cı il tarixdə vəfat etmiş, X9 adına xx.xx.2019-cu il tarixdə 8V reyestrdə 284 nömrə ilə qeyd olunmuş vərəsəlik işi açılmış, xx.xx.2024-cü il tarixdə Cavabdeh2 və X13 2V reyestrdə 462 nömrə ilə qeyd olunmuş miras əmlaka dair qanun üzrə vəəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu səbəbdən ona miras qalan əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar aidiyyatı üzrə Şabran Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilməsi tövsiyyə olunmuşdur. Göründüyü kimi bu yaxınlarda xəbər tutmuşdur ki, Cavabdeh2 atasının ölümündən sonra atasının birinci növbəli vərəsələrindən biri olaraq onu nəzərə almadan müxtəlif saxta sənədlər əsasında öz adına və babası X10 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmişdir. Atasından qalmış miras əmlaklardan ona da birinci növbəli vərəsə olaraq pay çatır və onun adına da qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməli idi. O, mirasın qəbulundan imtina etməmişdir. Ona görə də Şabran Rayon Notariat Ofisi tərəfindən Cavabdeh2 və X10 adına verilmiş 2V reyestrdə 462 nömrə ilə qeyd edilmiş 1 oktyabr 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Cavabdeh2 atasından miras qalmış əmlakların tərəfindən qəbul edilməsinə süni şəkildə maneələr törətmiş, atası öləndən sonra ona və anasına atasının ümumi birgə mülkiyyətində olan evdə yaşamalarına imkan verməmiş, onu atasından miras qalmış torpaq sahələrinə buraxmamışdır. Bu səbəbdən də miras əmlaklara sahiblik və həmin əmlakları idarə edə bilməmişdir. Yetkinlik yaşına çatmadığı üçün notariat ofisinə mirasın qəbulu ilə bağlı ərizə verə bilməmişdir. Bu səbəbdən atasından qalmış mirası vaxtında qəbul edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X22 iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Şabran Rayon Notariat Ofisi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 809998 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X15 birgə nikahından xx.xx.2005-ci ildə Gündüz adlı uşaqları olmuşdur. İş materiallarına əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-011F, kod 30411018 saylı şəhadətnamədən görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli, 4 saylı qərarına əsasən X10 və ailə üzvlərinin mülkiyyətinə 0,11 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-011B, kod 30411018 saylı şəhadətnamədən görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli, 4 saylı qərarına əsasən X10 və ailə üzvlərinin mülkiyyətinə 0,05 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı, ******* saylı çıxarışdan görünür ki, X10 və ailə üzvlərinin mülkiyyətinə Dəvəçi rayonu, Əmirxanlı kəndi ərazisindən kənd təsərrüfatı təyinatlı torpaqlardan 0,800002 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı, ******* saylı çıxarışdan görünür ki, X10 və ailə üzvlərinin mülkiyyətinə Dəvəçi rayonu Əmirxanlı kəndi ərazisindən kənd təsərrüfatı təyinatlı torpaqlardan 0,927991 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı, ******* saylı çıxarışdan görünür ki, X10 və ailə üzvlərinin mülkiyyətinə Dəvəçi rayonu, Əmirxanlı kəndi ərazisindən kənd təsərrüfatı təyinatlı torpaqlardan 0,664015 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Şabran Rayon Notariat Ofisi tərəfindən İddiaçı nümayəndəsi X19 ünvanlanmış 28 oktyabr 2024-cü il tarixli, 612 saylı məktubdan görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdə vəfat etmiş, İddiaçı adına xx.xx.2019-cu il tarixdə 8V reyestrdə 284 nömrə ilə qeyd olunmuş vərəsəlik işi açılmış, xx.xx.2024-cü il tarixdə Cavabdeh2 və X13 2V reyestrdə 462 nömrə ilə qeyd olunmuş miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu səbəbdən ona miras qalan əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar aidiyyatı üzrə Şabran Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarına əlavə edilmiş Şabran Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, tərəfilərindən X2 X4 araşdırılma aparılmış və X18 barədə arvadının Cavabdeh2, oğullarının X20, X14, X16, X21, X17 olduğu müəyyən edilmişdir. X9 ailə üzvləri barədə məlumatlarda oğlunun İddiaçı olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 1 oktyabr 2019-cu il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2006-cı il tarixdə ölmüş X9 vərəsələri atası X18 və anası Cavabdeh2 miras əmlakdan 1/2 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə X11 verilmiş **********76 reyester nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyesterindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 1,268179 ha olan torpaq sahəsinin mərhum X11 düşən hissəsindən ibarətdir. İş materiallarına əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 14 fevral 2022ci il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2006-cı il tarixdə ölmüş X9 vərəsələri atası X18 və anası Cavabdeh2 miras əmlakdan 1/2 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə X11 verilmiş **********69 reyester nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyesterindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0,92991 ha olan torpaq sahəsinin mərhum X11 düşən hissəsindən ibarətdir. İş materiallarına əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 14 fevral 2022ci il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2006-cı il tarixdə ölmüş X9 vərəsələri atası X18 və anası Cavabdeh2 miras əmlakdan 1/2 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə X11 verilmiş **********66 reyester nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyesterindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0,800002 ha olan torpaq sahəsinin mərhum X11 düşən hissəsindən ibarətdir. İş materiallarına əlavə edilmiş Şabran Rayon Notariat Kontoru tərəfindən verilən xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X9 adına xx.xx.2010-cu il tarixdən xx.xx.2018-ci il tarixləri aralığında vərəsəlik işi açılmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixdə çap edilmiş X18 tərəfindən verilən ərizədən görünür ki, o, ünvan 2i ünvanında yaşamış və xx.xx.2006-cı il tarixdə vəfat etmiş oğlu X5 ona çatan miras əmlakını qəbul etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixdə çap edilmiş Cavabdeh2 tərəfindən verilən ərizədən görünür ki, o, ünvan 2i ünvanında yaşamış və xx.xx.2006-cı il tarixdə vəfat etmiş oğlu X5 ona çatan miras əmlakını qəbul etmişdir. İş materiallarında olan Şabran Rayon İcra Hakimiyyəti Başçısının Əmirxanlı İnzibati Dairəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X16 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Vəfat edən günə kimi ünvan 2ində qeydiyyatda olmuş və yaşamışdır. Ölümündən sonra onun təsərrüfatına atası X18 baxmış və idarə etmişdir. İş materiallarına əlavə edilmiş Şabran Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, X16 barəsində nikah haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş V-ЖГ seriyalı, 329177 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, atası X18 və anası Cavabdeh2 olan X16 doğulmuşdur. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 189572 nömrəli ölüm haqqında şəhadətmədən görünür ki, X16 xx.xx.2006-cı il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 3 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 25.3-cü maddəsinə əsasən vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür. Həmin Məcəllənin 29.1-ci maddəsinə əsasən Bu Məcəllənin 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Həmin Məcəllənin 29.2-ci maddəsinə əsasən 7 yaşından 14 yaşınadək olan şəxslərin xırda məişət əqdlərini, əvəzsiz olaraq fayda götürməyə yönəldilmiş onlardan əmələ gələn hüquqların notariat qaydasında təsdiqlənməsi və ya dövlət qeydiyyatına alınması tələb olunmayan əqdləri və qanuni nümayəndənin özünün və ya onun razılığı ilə üçüncü şəxsin müəyyən məqsəd üçün və ya sərbəst istifadə üçün verdiyi vəsait barəsində sərəncam üzrə əqdləri müstəqil bağlamaq ixtiyarı vardır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı olmadan müstəqil surətdə öz qazancı, təqaüdü və digər gəlirləri barəsində sərəncam verməyə, elm, ədəbiyyat və ya incəsənət əsərinin, ixtiranın və ya qanunla qorunan digər əqli fəaliyyət nəticəsinin müəllifi hüquqlarını həyata keçirməyə, xırda məişət əqdləri və bu Məcəllənin 29-2-ci maddəsində nəzərdə tutulan digər əqdləri bağlamağa ixtiyarı vardır. On altı yaşı tamam olmuş yetkinlik yaşına çatmayanların kooperativ üzvü olmaq ixtiyarı da vardır. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. Həmin Məcəllənin 33.6-cı maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1202.2-ci maddəsinə əsasən məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1244-cü maddəsinə əsasən mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarına əsasən Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Burada nəzərə almaq lazımdır ki, mirasın qəbul edilməsi, habelə mirasdan imtina ilə əlaqədar müddətlərin axımı vərəsələrin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başlayır. Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Göründüyü kimi xx.xx.2005-ci il təvəllüdlü və hazırki işlə bağlı ərizəsinin məhkəməyə daxil olduğu tarixdə, yəni xx.xx.2024-cü il tarixdə artıq 19 yaşı olan İddiaçı iddia ərizəsində mirasın qəbulu müddətinin üzrlü səbəbdən buraxıldığını iddia etsə də, səbəb olaraq iddia ərizəsində özü və məhkəmə iclasında onun nümayəndəsi X3 Gündüz Mehrac oğlunun yetkinlik yaşına çatmadığından notariat ofisinə xx.xx.2006-cı il tarixdə vəfat etmiş iddiaçının X1ndan qalmış mirasın qəbulu ilə bağlı ərizə verə bilmədiyini göstərmişdir. Lakin yuxarıda qeyd olunan müddəalara əsasən X3 Gündüz Mehrac oğlunun 7 yaşından 14 yaşınadək qəyyumu və 14 yaşından 18 yaşınadək himayəçisi olaraq mirasın qəbulu üçün müraciət etmək imkanının olmasına baxmayaraq, mirasın açıldığı vaxtdan, yəni xx.xx.2006-cı il tarixdən mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddət ərzində müraciət etməmişdir. Bundan əlavə məhkəmə iclasında X22 əri X9 xx.xx.2006-cı il tarixdə vəfat etməsi və ondan qalmış miras əmlakı barədə məlumatının olduğunu bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin Qərara əsasən mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və Qərarın qəbul olunduğu tarixdə məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Qeyd olunan Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilmiş və Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və Qərarın qəbul olunduğu tarixdə məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Lakin iş üzrə vərəsəlik münasibətləri X9 xx.xx.2006-cı il tarixdə vəfat etməsi əsasında yarandığından sözügedən Qərar hazırki işə şamil edilmir. Beləliklə, iddiaçı miras əmlakı nə qanunda müəyyən edilmiş müddətdə (6 ay müddətində) notariat kontoruna mirasın qəbul edilməsi barədə ərizə verməklə rəsmi qaydada, nə də miras əmlaka sahiblik etməklə, onu idarə etməklə faktiki olaraq mirası qəbul etməmişdir ki, bu da onun hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmadığı qənaətinə gəlməyə əsas verir. İddia tələbinin digər hissələri ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbinin qalan hissələri yalnız mirasın qəbul edilməsi müddətinin uzadılması ilə bağlı tələbin təmin edildiyi halda uğurlu ola bilərdi. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qalan hissələrdə də təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Şabran Rayon Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması, payların müəyyən edilməsi tələbi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Şabran Rayon Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması, payların müəyyən edilməsinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-76/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-76/2025
02.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver