Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-761/2024 10.09.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X7 katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1899-cu il təvəllüdlü X4 xx.xx.1969-cu ildə (Dəvəçi) Şabran rayonu Şabran şəhərində və 1903-cü il təvəllüdlü X1 xx.xx.1969-cu ildə (Dəvəçi) Şabran rayonu Şabran şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, X6 onun babası olmuşdur. Babası 1899-cu ildə anadan olmuş, xx.xx.1969-cu ildə vəfat etmiş və Şabran şəhər qəbiristanlığında dəfn edilmişdir. Vəfat edərkən təcili tibbi yardım çağrılmadığı üçün ölüm haqqında tibbi arayış alınmamışdır. X3 onun nənəsi olmuşdur. Nənəsi 1903-cü ildə anadan olmuş, xx.xx.1969cu ildə vəfat etmiş və Şabran şəhər qəbiristanlığında dəfn edilmişdir. Vəfat edərkən təcili tibbi yardım çağrılmadığı üçün ölüm haqqında tibbi arayış alınmamışdır. Vərəsəlik hüquqlarını həyata keçirmək üçün onlar barədə ölüm haqqında şəhadətnamə almaqdan ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Qeydiyyat şöbəsindən bildirmişlər ki, ölüm haqqında tibbi arayış olmadığından Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilə bilməz, bu barədə məhkəməyə müraciət edilməlidir. Ona görə də, məcbur olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirmişdir ki, Ərizəçi onun qonşusudur, atası Əlişah, atasının atası Ziyəddin, Həlimə isə onun həyat yoldaşı olmuşdur. Mübarizin babası Ziyəddin 1969-cu ildə, Həlimə isə ondan sonra vəfat etmişlər, onların hər ikisi Şabran şəhərində Güləmli qəbiristanlığında dəfn edilmişdir. Məhkəmənin hazırlıq iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, Ərizəçi onun qonşusudur, atası Əlişah, atasının atası Ziyəddin, Həlimə isə onun həyat yoldaşı olmuşdur. Mübarizin babası Ziyəddin 1969-cu ildə, Həlimə isə ondan sonra vəfat etmişlər, onların hər ikisi Şabran şəhərində Güləmli qəbristanlığında dəfn edilmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1, 307.2.3, 308, 309.1 və 310-311-ci maddələrinin tələblərini rəhbər tutaraq, müəyyən etmişdir ki, X6 xx.xx.1969cu ildə və X3 xx.xx.1969-cu ildə vəfat etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixli 33, 34 nömrəli məktublarında göstərilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə şöbəyə təqdim edilmədiyindən X1 və X4 ölümünün qeydə alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə qeyd edir ki, iş materiallarının məcmusu ərizənin doğruluğunu təsdiq edir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, 1899-cu il təvəllüdlü X4 xx.xx.1969-cu ildə (Dəvəçi) Şabran rayonu Şabran şəhərində və 1903-cü il təvəllüdlü X1 xx.xx.1969-cu ildə (Dəvəçi) Şabran rayonu Şabran şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1899-cu il təvəllüdlü X4 xx.xx.1969-cu ildə (Dəvəçi) Şabran rayonu Şabran şəhərində və 1903-cü il təvəllüdlü X1 xx.xx.1969-cu ildə (Dəvəçi) Şabran rayonu Şabran şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-761/2024
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-761/2024
10.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver