Məhkəmə qərarları › İş №2(031)-781/2023

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-781/2023

03.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-781/2023 03.11.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb elədiyi ölüm faktının müəyyən edilməsinə dair mülki işə baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1968-ci təvəllüdlü X1 xx.xx.2021-ci ildə Şabran şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X2 onun həyat yoladı olmuşdur. Yoldaşı xx.xx.1968-ci ildə Şabran şəhərində anadan olmuşdur və xx.xx.2021-ci ildə Şabran şəhərində vəfat etmiş və Şabran qəbristanlığında dəfn olunmuşdur.Vəfat edərkən təcili tibbi yardım çağırılmadığı üçün ölüm haqqında tibbi arayış alınmamışdır. Vərəsəlik məsələlərinin həlli məqsədi ilə həyat yoldaşının ölümü haqqında şəhadətnamə almaqdan ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilə bilməz, bu barədə məhkəməyə müraciət edilməlidir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmişdir. Xahiş edir, xx.xx.1968-ci təvəllüdlü X1 xx.xx.2021-ci ildə Şabran şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılsın. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. İş üzrə maraqlı tərəf Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı tərəfin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidi dinləyib, işdə olan sənədləri apaşdırıb hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirdi ki, Ərizəçi onun qonşusudur. Araz isə Pərvanənin əri olmuşdur. Araz xx.xx.2021-ci ildə vəfat etmişdir. Onun dəfn və yas mərasimində də iştirak etmişdir. İşə əlavə edilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 23 avqust 1968-ci ildə Dəvəçi şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İşə əlavə edilmiş AZE seriyalı 17991717 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 23 iyul 1968-ci ildə Dəvəçi şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olmuşdur. İşə əlavə edilmiş 08 avqust 2023-cü il tarixli aktdan görünür ki, indiki ünvan 2 ünvanında yaşamış X2 53 yaşında 23 oktyabr 2021-ci ildə Dəvəçi (indiki Şabran) şəhərində vəfat etmiş və şəhər qəbristanlığında dəfn edilmişdir. Aktın doğruluğunu Q.Hüseynov, V.Əliyev, Ə.Yaralıyev öz imzaları ilə təsdiq etmişlər. İşə əlavə edilmiş V-Jİ seriyalı 494533 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə Ərizəçi 03 yanvar 1992-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 08 avqust 2023-cü il tarixli məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadənamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İşə əlavə edilmiş Şabran bələdiyyəsi tərəfindən verilmiş 12 sentyabr 2023-cü il tarixli 205 saylı arayışdan görünür ki, Şabran şəhər sakini olmuş, mərhum X2 həqiqətən də xx.xx.2021-ci il tarixində Şabran şəhərində vəfat etmiş və şəhərin Taxtakörpü qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, həqiqətən də xx.xx.1968ci təvəllüdlü X2 xx.xx.2021-ci ildə Şabran şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1. maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Müəyyən edilmişdir ki, Ərizəçi həyat yoldaşı X1 ölümü haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Azərbaycan Respublikası MPM-nin 311. maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1968-ci il təvəllüdlü X1 xx.xx.2021-ci il tarixdə Şabran şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1968-ci il təvəllüdlü X1 xx.xx.2021-ci il tarixdə Şabran şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : İlqar Cabbarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar