Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-792/2025 19.08.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlə Cavabdeh1 və Cavabdeh2 qarşı “ərazidən çıxarılma, daşınmaz əmlakın qanunsuz sahiblikdən geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ərazidən çıxarılma, daşınmaz əmlakın qanunsuz sahiblikdən geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şabran rayonu, Şahnəzərli kəndində yerləşən 0.12 ha ərazidən çıxarılmaları və həmin ərazinin boşaldılaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən İddiaçı geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş iddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Şabran rayonu, Şahnəzərli bələdiyyəsi mülkiyyətində olan 0.12 ha torpaq sahəsi iddiaçıya satılmışdır. Qeyd olunan torpaq sahəsinə dair iddiaçının adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli çıxarış verilmişdir. Qeyd olunan 0.12 ha torpaq sahəsi iddiaçıya satılarkən həmin torpaq sahəsinin üzərində istismara yararsız vəziyyətdə olan tikili mövcud olmuş, həmin tikili yararsız vəziyyətdə olduğundan və həmin tikili üzərində mülkiyyət hüquqlarını qeydə aldırmaq mümkün olmadığından bələdiyyə həmin ərazini boş torpaq sahəsi kimi iddiaçıya satmışdır. Bu səbəbdən daha sonra həmin ərazi boş torpaq sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı qohum olduqlarına görə cavabdehlərin xahişlərini nəzərə alaraq, 0.12 ha torpaq sahəsində yerləşən yararsız vəziyyətdə olan tikilidə onlara müvəqqəti olaraq qalmağa icazə vermiş və onlar da müvəqqəti olaraq həmin tikilidə məskunlaşmışlar. Cavabdehlərdən Cavabdeh1 iddiaçının xalası oğlu, Cavabdeh2 isə Cavabdeh1 həyat yoldaşıdır. Lakin, cavabdehlər iddiaçının mülkiyyətində olan 0.12 ha ərazidən çıxmaq istəmirlər. İddiaçı dəfələrlə cavabdehlərdən mülkiyyətində olan ərazidən çıxmalarını tələb etsə də bunun heç bir nəticəsi omamışdır. Bu hal isə mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozmaqdadır. Belə ki, iddiaçı, həmin yararsız vəziyyətdə olan tikilini söküb yerində fərdi yaşayış evi inşa etdirmək istəyir. 0.12 ha torpaq sahəsindəki tikili yararsız vəziyyətdə olan, sənədsiz tikili olduğundan cavabdehlərin həmin tikilidə qeydiyyatlarından və rəsmi istifadə hüquqlarından söhbət belə gedə bilməz. Göründüyü kimi iddiaçıya məxsus 0.12 ha ərazi cavabdehlərin qanunsuz sahibliyindədir. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan ünvan 1ində yerləşən 0.12 ha ərazidən çıxarılmaları və həmin ərazinin boşaldılaraq cavabdehlərin qanunsuz sahibliyindən iddiaçıya geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsinə dair qətnbamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirakı edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki olaraq ünvan 1ində yerləşən 0.12 ha torpaq sahəsində olan tikilidə yaşadıqlarını nəzərə alaraq, hazırki iş üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, İddiaçı cavabdehlə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ərazidən çıxarılma, daşınmaz əmlakın qanunsuz sahiblikdən geri qaytarılması” tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - AN – İ seriyalı, ******* saylı, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Şabran rayonunun Şahnəzərli Bələdiyyəsi İddiaçı ünvan 1ində yerləşən 0,12 ha torpaq sahəsini satmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, İddiaçı xüsusi mülkiyyətində ünvan 1i ünvanında 0,12 ha torpaq sahəsi vardır (daşınmaz əmlakın reyestr nömrəsi: **********27; qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi xx.xx.2025-ci il). - ********** saylı mədaxil qəbzdən görünür ki, hazırki iş üzrə məhkəməyə iddia ərizəsinin verilməsi ilə bağlı İddiaçı tərəfindən 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. - CMS – “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Cavabdeh1 şəxsiyyət vəsiqəsinə dair məlumatlar ilə bağlı çıxarışdan görünür ki, o, ünvan 2i ünvanında qeydiyyatdadır. - CMS – “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Cavabdeh2 şəxsiyyət vəsiqəsinə dair məlumatlar ilə bağlı çıxarışdan görünür ki, o, ünvan 3i ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 13-cü maddəsinin İİ bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 13-cü maddəsinin İİİ bəndinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinin İ bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. 29-cu maddəsinin İİ bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 2.2-ci maddəsinə əsasən mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" xx.xx.2019-cu il tarixli Qərarına əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə məhkəmə iş üzrə təqdim olunmuş sübutları, tərəflərin izahatlarını və əlaqəli hüquqi normaları hərtərəfli araşdıraraq belə qənaətə gəlmişdir ki, hazırki iş üzrə İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən (daşınmaz əmlakın reyestr nömrəsi: **********27; qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi xx.xx.2025-ci il) mülkiyyətində olan ünvan 1i ünvanında 0,12 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən geri qaytarılmasını, yəni mülkiyyətində olan həmin torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılaraq ona verilməsini tələb edir. Bu səbəbdən də hazırki iş üzrə iddia təmin edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şabran rayonu, Şahnəzərli kəndində yerləşən 0.12 ha torpaq sahəsindən çıxarılmalı və сavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən həmin Şabran rayonu, Şahnəzərli kəndində yerləşən 0.12 ha torpaq sahəsi boşaldılaraq İddiaçı geri qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, ********** saylı mədaxil qəbzə əsasən hazırki iş üzrə məhkəməyə iddia ərizəsinin verilməsi ilə bağlı İddiaçı tərəfindən 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənildiyindən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada həmin dövlət rüsumunun məbləği olan 100 (yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 357-360 maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şabran rayonu, Şahnəzərli kəndində yerləşən 0.12 ha torpaq sahəsindən çıxarılsınlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Şabran rayonu, Şahnəzərli kəndində yerləşən 0.12 ha torpaq sahəsi boşaldılaraq İddiaçı geri qaytarılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada hazırki iş üzrə ödənilmiş dövlət rüsumunun məbləği olan 100 (yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, iş üzrə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-792/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-792/2025
19.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver