Məhkəmə qərarları › İş №2(031)-794/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-794/2025

11.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-794/2025 11.08.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X10 katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1958-ci il təvəllüdlü X4 02 fevral 1959-cu ildə Dəvəçi (indiki Şabran) rayonu Padar kəndində vəfat etməsi, xx.xx.1957-ci il təvəllüdlü X5 05 iyun 1957-ci ildə Dəvəçi (indiki Şabran) rayonu Padar kəndində vəfat etməsi və xx.xx.1988-ci il təvəllüdlü X1 06 iyul 1990-cı ildə Dəvəçi (indiki Şabran) rayonu Padar kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, X7, X8 onun bibisi və X3 onun bacısı olmuşdur. X2 xx.xx.1958-ci ildə Şabran şəhərində anadan olmuş və 4 ay sonra 02 fevral 1959-cu ildə Dəvəçi (indiki Şabran) rayonu Padar kəndində vəfat etmiş, bibisi X8 xx.xx.1957-ci ildə anadan olmuş və 05 iyun 1957-ci ildə Dəvəçi (indiki Şabran) rayonu Padar kəndində vəfat etmiş və bacısı X3 xx.xx.1988-ci ildə anadan olmuş və 06 iyul 1990-cı ildə Dəvəçi (indiki Şabran) rayonu Padar kəndində vəfat etmiş və Padar kənd qəristanlığında dəfn olunmuşdur. Vəfat edərkən təcili tibbi yardım çağırılmadığı üçün ölüm haqqında tibbi arayış alınmamışdır. Vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün ölüm haqqında şəhadətnamə almaqdan ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilə bilməz, bu barədə məhkəməyə müraciət edilməlidir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 öz izahatında bildirmişdir ki, Elxan onun qardaşı oğludur. Anasından eşitdiyinə görə onun iki bacısı olub, azyaşlı olan vaxt ölmüşlər, Elxanın da bir bacısı olub, o da uşaq vaxtı ölmüşdür. Məhkəmə ərizəçinin və şahidin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1, 307.2.3, 308, 309.1 və 310-311-ci maddələrinin tələblərini rəhbər tutaraq, müəyyən etmişdir ki, X7 02 fevral 1959-cu ildə Dəvəçi (indiki Şabran) rayonu Padar kəndində, X8 05 iyun 1957-ci ildə Dəvəçi (indiki Şabran) rayonu Padar kəndində və X3 06 iyul 1990-cı ildə Dəvəçi (indiki Şabran) rayonu Padar kəndində vəfat etmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18, 19 və 20 nömrəli məktublarda göstərilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamələr şöbəyə təqdim edilmədiyindən X4, X5 və X1 ölümünün qeydə alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə qeyd edir ki, iş materiallarının məcmusu ərizənin doğruluğunu təsdiq edir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, xx.xx.1958-ci il təvəllüdlü X4 02 fevral 1959-cu ildə Dəvəçi (indiki Şabran) rayonu Padar kəndində, xx.xx.1957-ci il təvəllüdlü X5 05 iyun 1957-ci ildə Dəvəçi (indiki Şabran) rayonu Padar kəndində və xx.xx.1988-ci il təvəllüdlü X1 06 iyul 1990-cı ildə Dəvəçi (indiki Şabran) rayonu Padar kəndində vəfat etmələri faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1958-ci il təvəllüdlü X4 02 fevral 1959-cu ildə Dəvəçi (indiki Şabran) rayonu Padar kəndində, xx.xx.1957-ci il təvəllüdlü X5 05 iyun 1957-ci ildə Dəvəçi (indiki Şabran) rayonu Padar kəndində və xx.xx.1988-ci il təvəllüdlü X1 06 iyul 1990-cı ildə Dəvəçi (indiki Şabran) rayonu Padar kəndində vəfat etmələri faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar