Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-801/2024 19.09.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1920-ci il təvəllüdlü X3 xx.xx.1987-ci ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, X6 onun nənəsi olmuşdur. 1920-ci ildə anadan olmuş, xx.xx.1987-ci ildə vəfat etmiş və Rəhimli kənd qəbiristanlığında dəfn edilmişdir. Vəfat edərkən təcili tibbi yardım çağırılmadığı üçün ölüm haqqında arayış alınmamışdır. Hazırda vərəsəlik məsələlərini həll etmək üçün ölüm haqqında şəhadətnamə almaqdan ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilə bilməz, bu barədə məhkəməyə müraciət edilməlidir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, iclasa gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 ərizənin doğruluğuna şahidlik etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X12 ərizənin doğruluğuna şahidlik etmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs Ərizəçi ünvanlanan məktubuna əsasən X3 ölümü haqqında tibbi şəhadətnamə olmadığından onun ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. İş materiallarında olan Vİİİ-ЖГ seriyalı, 337834 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X13 və X4 birgə nikahından Ərizəçi xx.xx.1981-ci il tarixdə dünyaya gəlmişdir. İş materiallarında olan ИЖ seriyalı, 027287 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X16 və X3 birgə nikahından X20 xx.xx.1950-ci il tarixdə dünyaya gəlmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X5, X9, X10, X2 Bibixanım Qənbər qızının 1920-ci ildə anadan olması, xx.xx.1987-ci ildə vəfat etməsi və Rəhimli kənd qəbiristanlığında dəfn edilməsini imzalarıyla təsdiq etmişdirlər. İş materiallarında olan Azərbaycan Respublikası Şabran Rayon İcra Hakimiyyətinin Başçısının Rəhimli İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışına əsasən X1 rayonu, Rəhimli kəndində yaşamış, xx.xx.1987-ci il tarixdə vəfat etmiş və Şabran rayonu, Rəhimli kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, həqiqətən də 1920-ci il təvəllüdlü X3 xx.xx.1987-ci ildə Dəvəçi kəndində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1. maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Müəyyən edilmişdir ki, Ərizəçi qızı X3 ölümü haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Azərbaycan Respublikası MPM-nin 311. maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 1920-ci il təvəllüdlü X3 xx.xx.1987-ci ildə Rəhimli kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1920-ci il təvəllüdlü X3 xx.xx.1987-ci ildə Rəhimli kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-801/2024
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-801/2024
19.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver