Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-831/2025 28.08.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X7 katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü ildə Dəvəçi (indiki Şabran) rayonunda anadan olmuş X3 xx.xx.2005-ci il tarixində Dəvəçi (indiki Şabran) rayonunda pnevmoniya səbəbindən vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Ərizəçi atası X12 ilə Xıdırova (Qasımova) Şəfəq Nuru qızının birgə nikahlarından xx.xx.2004-cü ildə övladları X6 anadan olmuş, həmin uşaq xx.xx.2005-ci il tarixində Dəvəçi (indiki Şabran) rayonunda pnevmoniya səbəbindən vəfat etmiş, lakin, valideynlərindən heç kəs müraciət edərək X3 adına ölüm haqqında şəhadətnamə əldə etməmişdir. Ərizəçi doöma anası X4 olmuş, atası ilə anasının arasında olan nikahları pozulandan sonra, atası X2 (Qasımova) Şəfəq Nuru qızı ailə həyatı qurmuşdur. Yəni, X13 ərizəçinin ögey anası, X6 isə onun ögey qardaşı sayılır. Ərizəçinin ögey anası X13 xx.xx.2024-cü il tarixində, atası X12 isə xx.xx.2025-ci il tarixində vəfat etmişlər. Valideynləri vəfat etdiklərindən ərizəçi, ögey qardaşının X3 adına ölüm haqqında şəhadətnamə almaq məqsədilə Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, lakin Maraqlı şəxs xx.xx.2025-ci il tarixli cavab məktubu ilə ərizəçiyə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının Dövlət Qeydiyyatı qaydasının 8.5 maddəsinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar qardaşı X3 ölümü barədə tibbi şəhadətnamə təqdim edilmədiyi üçün onun ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməlidir. Həqiqətən də, X3 ölümünü təsdiq edəcək tibb müəssisəsinin sənədi mövcud deyildir, belə bir sənəd əldə edilməmişdir. X1 müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının qeydiyyatı qaydasına riayət edilmədiyindən və mövcud şəraitdə belə qaydadan istifadə olunması qeyri-mümkün olduğundan ərizəçi, X3 ölümü haqqında şəhadətnamə ala bilmir. X3 müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ölüm haqqında şəhadətnamə alınması, vərəsəliklə bağlı məsələləri həll etmək məqsədi ilə ərizəçiyə lazımdır. Ona görə də ərizəçi, X3 müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 öz izahatında bildirmişdir ki, Elxan onun qardaşı oğludur. Anasından eşitdiyinə görə onun iki bacısı olub, azyaşlı olan vaxt ölmüşlər, Elxanın da bir bacısı olub, o da uşaq vaxtı ölmüşdür. Məhkəmə ərizəçinin və şahidin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1, 307.2.3, 308, 309.1 və 310-311-ci maddələrinin tələblərini rəhbər tutaraq müəyyən etmişdir ki, xx.xx.2004-cü ildə Dəvəçi (indiki Şabran) rayonunda anadan olmuş X6 xx.xx.2005-ci il tarixində Dəvəçi (indiki Şabran) rayonunda pnevmoniya səbəbindən vəfat etmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 29 nömrəli məktubunda göstərilmişdir ki, ölüm haqqında tibbi şəhadətnaməşöbəyə təqdim edilmədiyindən xx.xx.2004-cü ildə Dəvəçi (indiki Şabran) rayonunda anadan olmuş X3 xx.xx.2005-ci il tarixində Dəvəçi (indiki Şabran) vəfat etməsinin qeydə alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə qeyd edir ki, iş materiallarının məcmusu ərizənin doğruluğunu təsdiq edir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, xx.xx.2004-cü ildə Dəvəçi (indiki Şabran) rayonunda anadan olmuş X3 xx.xx.2005-ci il tarixində Dəvəçi (indiki Şabran) rayonunda pnevmoniya səbəbindən vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2004-cü ildə Dəvəçi (indiki Şabran) rayonunda anadan olmuş X3 xx.xx.2005-ci il tarixində Dəvəçi (indiki Şabran) rayonunda pnevmoniya səbəbindən vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-831/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-831/2025
28.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver