Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-842/2024 16.08.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Ərizəçi nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2024-cü ildə Bakı 8 saylı Mediasiya Təşkilatında aralarında bağlanmış MŞB/8/2024- 01430 saylı barışıq sazişinin təstiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə rəsmi nikahlarından xx.xx.2022-ci ildə X13 adında bir övladları anadan olmuşdur. Maraqlı şəxslə xasiyyətləri uyğun gəlmədiyi üçün Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3814/2023 saylı qətnaməsi ilə nikahları pozulmuş, azyaşlı övladı onun himayəsində saxlanılmaqla 170 manat aliment müəyyən edilmişdir. Xüsusi ilə qeyd edir ki, bu müddət ərzində Maraqlı şəxs valideyinlik öhdəliyini layiqincə yerinə yetirməmiş və heç bir məbləğdə aliment ödəməmişdir. Sonradan valideyinlik hüquqlarından mərhum edilməsi barədə ona rəsmi təklif göndərmişdir. Müraciəti əsasında onun səlahiyyətli nümayəndəsi olan anası X7 Bakı 8 saylı MT-də iştirak etmiş və təklifini qəbul etmişdir. Aralarında xx.xx.2024-cü il tarixli MŞB/8/2024-01430 nömrəli Barışıq Sazişi imzalanmış və maraqlı şəxs valideyinlik hüquqlarından mərhum edilməsinə öz razılığını bildirmişdir. Ərizəçi nümayəndəsi X9 məhkəmə iclasında ərizəsini müdafiə edərək, xx.xx.2024-cü il tarixdə Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/8/2024-01430 saylı barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3814/2023 saylı qətnaməsindən görünür ki, Qarayevə (Məmmədova) Məleykə Cavid qızı ilə Maraqlı şəxs arasında 18 may 2021-ci il tarixində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 1604 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahınlarından olan 13 avqust 2022-ci il təvəllüdlü X13 iddiaçı X2 yanında qalması, cavabdeh Maraqlı şəxs 22 may 2023-cü il tarixindən etibarən 13 avqust 2022-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat məbləğində aliment tutulub iddiaçı X4 verilməsi qət edilmişdir. İş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü ildə Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/8/2024-01430 saylı barışıq sazişindən görünür ki, -Birinci tərəf: Ərizəçi Bu saziş imzalamaqla İkinci tərəf: (sabiq həyat yoldaşı) xx.xx.1993-cü il təvəllüdlü Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn xx.xx.2022-ci il təvəllüdlü X10 qarşı İkinci tərəfin Maraqlı şəxs uşaq anadan olndan bu günədək öz valideynlik vəzifələrini yerinə yetirmədiyini təsdiq və etiraf etdiyi, habelə valideynlik hüquqlarından məhrum edilməsi ilə bağlı Birinci tərəf: Ərizəçi tələbini qəbul etdiyi ilə razıdır. 2. Birinci tərəf: Ərizəçi Bu saziş imzalamaqla İkinci tərəf: (sabiq həyat yoldaşı) Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn xx.xx.2022-ci il təvəllüdlü X10 münasibətdə valideynlik hüquqlarından məhrum edildikdə, İkinci tərəf: X5 alimet tələbinin olmayacağını təsdiq edir. 3. Birinci tərəf: Ərizəçi xx.xx.1993-cü il təvəllüdlü Maraqlı şəxs, yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X10 münasibətdə valideynlik hüquqlarından məhrum edilməsi ilə bağlı İkinci tərəfə qarşı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öz üzərinə öhdəlik götürür. 1. İkinci tərəf: Qarayev X11 imzalamaqla Birinci tərəf: (sabiq həyat yoldaşı) xx.xx.2001 -cı il təvəllüdlü Ərizəçi ilə birgə nikahdan dünyaya gələn yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X10 münasibətdə uşaq anadan olandan bu günədək öz valideynlik vəzifələrini yerinə yetirmədiyini təsdiq və etiraf etdir, habelə onun valideynlik hüquqlarından məhrum edilməsi ilə bağlı Birinci tərəf: Ərizəçi tələbini qəbul etdiyini təsdiq edir. 2. İkinci tərəf: Qarayev X11 imzalamaqla Birinci tərəf: (sabiq həyat yoldaşı) xx.xx.2001-cı il təvəllüdlü Ərizəçi ilə birgə nikahdan dünyaya gələn yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X10 münasibətdə valideynlik hüquqlarından məhrum edildikdən sonra, Birinci tərəf: Ərizəçi ondan alimet tələblərinin olmayacağını təsdiq etdiyi ilə razıdır. 3. İkinci tərəf: Qarayev X12 tərəf: Ərizəçi ilə birgə nikahdan dünyaya gələn yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X8 valideynlik hüquqlarından məhrum edilməsi ilə bağlı Birinci tərəfin ona qarşı aidiyyəti məhkəməyə müraciət edəcəyi ona məlumdur və buna etiraz etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azırbaycan Respublikası Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən valideynlər (onlardan biri) valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər: öz valideynlik vəzifələrini yerinə yetirmədikdə (64.0.1.); alimenti qəsdən ödəmədikdə (64.0.2.); heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı sosial xidmət müəssisələrindən götürməkdən imtina etdikdə (64.0.3.); valideynlik hüquqlarından sui-istifadə etdikdə (64.0.4.); uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə; xroniki alkoqol və narkomaniya xəstəsidirsə (64.0.6.); uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə (64.0.7.); uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə (64.0.8). Həmin Məcəllənin 65-ci maddəsinə əsasən valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Azərbaycan Respublikası Mediasiya haqqında qanununun 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 34.5-ci maddəsinə əsasən Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Göründüyü kimi, Azərbaycan Respublikası Ailə Məcəlləsində valideynlik hüququndan məhrum etmə məhkəmə qaydasında həll edilir. Valideynlik hüquqlarından məhrum etmə əsasları isə yalnız Ailə Məcəlləsinin 64-cü maddəsində qeyd edilmiş və həmin əsaslar sırasında valideynlərin öz aralarında bağlanmış sazişə əsasən valideynlik hüquqlarından məhrum etmə nəzərdə tutulmamışdır. Odur ki, mediasiya prosesi zamanı atanın öz valideynlik hüququndan məhrum etməyə dair bəyanatı qanunvericiliyin tələblərinə ziddir və mediasiya prosesi zamanı barışıq sazişinin təsdiq edilməsini istisna edir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3814/2023 saylı qətnaməsinə əsasən Maraqlı şəxs 22 may 2023-cü il tarixindən etibarən 13 avqust 2022-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat məbləğində aliment tutulub X4 verilməsi qət edilmişdir. Tərəflər arasında xx.xx.2024-cü il tarixdə Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/8/2024-01430 saylı barışıq sazişindən də görünür ki, -Birinci tərəf: Ərizəçi Bu saziş imzalamaqla İkinci tərəf: (sabiq həyat yoldaşı) Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn xx.xx.2022-ci il təvəllüdlü X10 münasibətdə valideynlik hüquqlarından məhrum edildikdə, İkinci tərəf: X5 alimet tələbinin olmayacağını təsdiq edir. Bu səbəbdən də, məhkəmə iş üzrə sübutlara hüquqi qiymət verərək belə bir nəticəyə gəlir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3814/2023 saylı qətnaməsi ilə qət edilmiş aliment 13 avqust 2022-ci il təvəllüdlü X1 üçün verildiyindən X2 alimentdən imtina etməsi qanuna zidd olduğundan, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü ildə Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/8/2024-01430 saylı barışıq sazişinin təstiq edilməsi barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı "mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-842/2024
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-842/2024
16.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver