Məhkəmə qərarları › İş №2(031)-844/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-844/2024

21.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-844/2024 21.11.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1972-ci il tarixində Dəvəçi rayonunun Qorğan kəndində anadan olmuş X4 xx.xx.2024-cü il tarixində Şabran rayonunun ərazisində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, atası, xx.xx.1972-ci il tarixdə Dəvəçi rayonunun Qorğan kəndində anadan olmuş X7 xx.xx.2024-cü il tarixdə Şabran rayonunun ərazisində vəfat etsə də, həmin vaxt ailə təşviş içində olduğu üçün tərəflərindən Şabran rayon X12 müraciət edilməmişdir. Bundan sonra vəfat etmiş atası X7 ilə bağlı vərəsəlik işinin açılmasından ötrü xx.xx.2024-cü il tarixdə atası X4 vəfat etməsi barədə ölüm şəhadətnamənin alınması ilə bağlı Şabran Rayon Mərkəzi X8 Şəxsinə müraciət etsə də, xəstəxana tərəfindən xx.xx.2024-cü il tarixli, 18-1- 34/2-574/2024 nömrəli məktubla ona xx.xx.2024-cü il tarixdə Şabran rayon X12 müraciət etmədiyi üçün forma 106 verilməsinin mümkün olmadığı bildirilmişdir. Bununla yanaşı xx.xx.1972-ci il təvəllüdlü atası X4 vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamənin alınması məqsədi ilə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə də müraciət etməyinə baxmayaraq, 26 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla ona müvafiq tibb sənədinin olmaması səbəbi ilə ona ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş və müvafiq tibb sənədinin olmadığı üçün atası X4 vəfat etməsi faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etməli olduğu ona izah edilmişdir. Göründüyü kimi hazırda vəfat etmiş atası X4 ölüm haqqında şəhadətnaməsinin alınması mümkün deyildir və ona görə də məcbur olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X2 bildirdi ki, X7 onun baldızının yoldaşıdır. Onkoloji xəstə olmuşdur. Həmin vaxt ailə təşviş içində olduğu üçün X14 çağırılmamışdır. Həqiqətən də, X7 xx.xx.2024-cü il tarixində vəfat etmişdir, yaxın qohum olduğu üçün Elçinin yas mərasimində 40 gün iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 bildirdi ki, X7 onun bibisinin həyat yoldaşı olmuşdur. Onkoloji xəstəlikdən xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Şabran rayonu Qorğan kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan "Şabran Rayon Mərkəzi Xəstəxanası" X15 tərəfindən verilmiş 08 avqust 2024-cü il tarixli 18-1-34/2-574/2024 saylı arayışdan görünür ki, Ərizəçi dediyinə görə atası X7 26 iyul 2025-cü il tarixində vəfat etmişdir. Atası vəfat etdiyi zaman ailə təsviş içində olduğu üçün Şabran rayon X12 müraciət etməyi unutmuşlar. Ona görə də Şabran RMX PHŞ tərəfindən ona atasının vəfat etməsi barədə ölüm şəhadətnaməsinin verilməsi mümkünsüzdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs Ərizəçi ünvanlanan 08 avqust 2024-cü il tarixli məktubdan görünür ki, X4 ölümü haqqında tibbi şəhadətnamə olmadığından onun ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməlidir. İş materiallarında olan İ-JQ seriyalı 299761 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 05 mart 1972-ci ildə anadan olmuşdur. İş materiallarında olan Vİ-JQ seriyalı 289284 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Qədəşova (Ağayeva) Xalidə Siracəddin qızı 09 aprel 1993-cü ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İş materiallarında olan AZ-İİ seriyalı 368420 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X1 birgə nikahlarından xx.xx.1996-cı ildə İlkin adlı uşaqları olmuşdur. İş materiallarında olan 08 avqust 2024-cü il tarixli aktdan görünür ki, Dəvəçi rayonu Qorğan kəndində anadan olmuş X7 26 iyul 2024-cü il tarixdə Şabran rayonunun ərazisində vəfat etmişdir. Aktın doğruluğunu Ərizəçi, M.Qədəşova və S.Qədəşov öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Şabran Rayonu Pirəbədil Bələdiyyəsi tərəfindən verilmiş 27 sentyabr 2024-cü il tarixli 383 saylı arayışdan görünür ki, Qorğan kənd sakini X7 xx.xx.1972-ci il tarixində Qorğan kəndində anadan olmuşdur, 26 iyul 2024-cü il tarixində dünyasını dəyişmiş və Şabran rayonu Qorğan kənd qəbirsanlığında dəfn olunmuşdur. İş materiallarında olan X3 görünür ki, X5 "Sidik kisəsinin dəqiqləşdirilməmiş hissəsinin bədxassəli yenitörəməsi" diaqnozu qoyulmuşdur. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, həqiqətən də xx.xx.1972-ci il tarixində Dəvəçi rayonunun Qorğan kəndində anadan olmuş X7 xx.xx.2024-cü il tarixində Şabran rayonu ərazisində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1. maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Müəyyən edilmişdir ki, Ərizəçi atası X4 ölümü haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Azərbaycan Respublikası MPM-nin 311. maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1972-ci il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixində Şabran rayonunun ərazisində vəfat etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1972-ci il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixində Şabran rayonunun ərazisində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar