Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-884/2020 13.11.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Mən, Şabran rayon məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlu İddiaçı Cavabdeh qarşı məhkəməyə təqdim etdiyi iddia ərizəsini nəzərdən keçirib MÜƏYYƏN ETDİM : İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldırmışdır. Ərizəni nəzərdən keçirib hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə olunmalıdır. Lakin iş üzrə İddiaçı iddia ərizəsinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəməmişdir. Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar göstərilməlidir. İddiaçı iddia ərizəsinin xahiş edir hissəsində nəyi tələb etməsi başa düşülmür, bununla da iddia ərizəsinin qanunla müəyyən edilmiş forma və məzmununa riayət edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1. maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən belə olan halda iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263 - 264 maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı məhkəməyə təqdim etdiyi iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə Şabran rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №2(031)-884/2020
Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-884/2020
13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver